Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7245/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Vista velosiped, Mikrodalğalı soba, Tozsoran Panasonic, Paltaryuyan LG üçün 55 (əlli beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Siac kondisioner üçün 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefon üçün 455.4 (dörd yüz əlli beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 45.6 (qırx beş manat, altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon üçün 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 614.4 (altı yüz on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 61.6 (altmış bir manat, altmış qəpik) manat cərimə, ümumilikdə 1844 manat borc və 38.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, Vista velosiped, mikrodalğalı soba, tozsoran Panasonıc, Paltaryuyan LG, Hoffmann Siac kondisioner, İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefon, İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon, Paltaryuyan LG almış və nəticədə 1844 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2709 manat (18 ay x 150.5 manat + 0 manat ilkin ödəniş) olan Vista velosiped, mikrodalğalı soba, Tozsoran Panasonic, Paltaryuyan LG üçün 55 manat olmaqla ondan, 55 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 757.8 manat (18 ay x 42.1 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Siac kondisioner üçün 229 manat olmaqla ondan 209 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1013.4 manat (18 ay x 53.8 manat + 45 manat ilkin ödəniş) olan İmei kodu **********24379 Samsung GalaxyA71 markalı telefonüçün 501 manat olmaqla ondan 455.4 manat ödənilməmiş hissə, 45.6 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500.4 manat (12 ay x 41.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon üçün 383 manat olmaqla ondan 349 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1391.4 manat (18 ay x 77.3 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün 676 (altı yüz yetmiş altı) manat olmaqla ondan 614.4 manat ödənilməmiş hissə, 61.6 manat cərimə miqdarında borc yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 4689.2 manat təşkil edir, cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir . Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20364047 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Vista velosiped, Mikrodalğalı soba, Tozsoran Panasonic, Paltaryuyan LG-ni müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Vista velosiped, X1 Səmayə İsaq qızına tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21012380 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Hoffmann Siac kondisioneri müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22101582 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23078245 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22344685 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", LG paltaryuyanı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, LG paltaryuyan Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Vista velosiped, Mikrodalğalı soba, Tozsoran Panasonic, Paltaryuyan LG üçün 55 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Siac kondisioner üçün 209 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefon üçün 455.4 manat ödənilməmiş hissə, 45.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon üçün 349 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 614.4 manat ödənilməmiş hissə, 61.6 manat cərimə, ümumilikdə borcu 1844 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC 38,44 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa müddət ərzində ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Vista velosiped, Mikrodalğalı soba, Tozsoran Panasonic, LG paltaryuyan, Hoffmann Siac kondisioner, İmei kodu **********24379 Samsung Galaxy A71 markalı telefon, İmei kodu **********94367 Xiaomi Redmi 9T markalı telefon, LG paltaryuyana dair xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 55 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 209 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 455.4 manat ödənilməmiş hissə, 45.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 349 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 614.4 manat ödənilməmiş hissə, 61.6 manat cərimə, ümumilikdə 1844 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 55 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 209 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 455.4 manat ödənilməmiş hissə, 45.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 349 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 614.4 manat ödənilməmiş hissə, 61.6 manat cərimə, ümumilikdə 1844 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 38,44 manat caavbdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 55 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 209 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 455.4 manat ödənilməmiş hissə, 45.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 349 manat ödənilməmiş hissə, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 614.4 manat ödənilməmiş hissə, 61.6 manat cərimə olmaqla, ümumilikdə 1844 (min səkkiz yüz qırx dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 44 (qırx dörd) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7245/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7245/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver