Məhkəmə qərarları › İş №e-2(011)-7245/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7245/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(011)-7245/2025 23.02.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı cavаbdеh cavabdeh1 ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 58839,29 manat əsas, 8345,55 manat faiz, 10.000 manat cərimə, 228,81 manat isə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% həddində gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 77.413,61 manat borcun, 322,39 manat dövlət rüsumunun, 52 manat sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın sonrakı ipoteka predmeti olan və cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ## ###### 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 1121181471, reyestr nömrəsi 010013003025-10301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki , ümumi sahəsi 409,40 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan sonra fərdi yaşayış evində qeydiyyatda olan bütün şəxslərin qeydiyyatdan çıxarılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdeh cavabdeh1 ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə iddiaçı İddiaçı xeyrinə 58.839,30 manat əsas, 8345,55 manat faiz, 10.000 manat cərimə, 1283,02 manat isə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% həddində gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 78.467,80 manat borcun, 400 manat mütəxəssis rəyinin alınması üçün ödənilmiş vəsaitin, 326,75 manat dövlət rüsumunun, 52 manat sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın ipoteka predmeti olan və cavabdeh cavabdeh2 qızma Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, ## ###### 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 1121181471, reyestr nömrəsi 010013003025-10301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 252.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdeh1 ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə olan borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanmış ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 18% hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 100.000 manat məbləğində daşınmaz əmlakın alışı və tikintisi məqsədi ilə birdəfəlik kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, Kredit alan cavabdeh1 və İpoteka qoyan cavabdeh2 arasında ## #### 2022-ci il tarixli, G/İ/BIR/BF-***-**** saylı ipoteka müqaviləsi imzalanmış və buna uyğun olaraq ipoteka qoyan cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 409.40 kv.m sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və buna dair daşınmaz əmlakın dövlət reyestrindən *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmış ##.##.2022-ci il tarixli yüklülük çıxarışı təqdim edilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən Borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 60 (altmış) gün və daha çox müddətdə gecikdirdə “Bank” “Borcalan”dan bu müqaviləyə birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 1.6-cı bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə ## ###### 2025-ci il tarixdə **/**** saylı pretenziya məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda tərəfimizdən ## ###### 2025-ci il tarixində **/**** saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehlərə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmiş, həmin bildirişin ##.##.2025-ci il tarixində rəsmi qaydada əldə etsə də (056287 və ****** №-li qaimələr), hazırki günə qədər cavabdeh tərəfindən mövcu olan öhdəliklər tam icra olunmamışdır. ## ###### 20245-ci il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 77413,61 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 58 839,29 manat əsas borcu, 8345,55 manat faiz borcunu, 10.000 manat cərimə borcunu, 228,81 manat isə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% həddində gecikdirilmiş faiz borcunu ehtiva edir. Öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan və ipoteka qoyan cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36-cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə 1125125422 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı ASC ilə cavabdeh1 arasında ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsinə əsasən bank borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18% ödəmək şərtilə 100.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə cavabdeh2 arasında ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üçün ## #### 2022-ci il tarixli, G/İ/BIR/BF- ***-**** saylı ipoteka müqaviləsi imzalanaraq Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 409.40 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ##.##.2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 409.40 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeyd alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Borclu cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra etməmiş. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə ##.##.2026-ci il tarixə İddiaçı ASCyə 58.839,29 manat əsas, 8345,55 manat faiz, 10.000 manat cərimə, gecikdirilmiş 157 günə görə illik 5 faizlə hesablanmış zərərə görə 1283,02 manat, cəmi 78.467,8 manat borcu yaranmışdır. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeyd alınması üçün 52 manat və məhkəmədə iddia qaldırmaq üçün 326,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. “xxxx” MMC-nin qiymətləndirmə rəyinə əsasən Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsinin və onun üzərindəki, ümumi sahəsi 409.40 kv.m sahədən ibarət fərdi yaşayış evinin ## ###### 2025-ci il tarixənə bazar dəyəri 280.000 manat, likvid dəyəri 252.000 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 319. Borclunun öhdəlikləri yerinə Yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə Yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmus öhdəliklərini yerinə Yetirmədiyi və ya yerinə Yetirilməsini gecikdirdiyi Hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsi bağlandığı tarixə olan redaksiyada). 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarı

1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.

2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.

Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xeyrinə 58.839,29 manat əsas borc, 8345,55 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığına görə azaldılaraq 4118,7 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaya 1283,02 manat məbləğində faiz borcunun tutulması hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalarının müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarlarında hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MMin 445.7- ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Mülki iş materiallarından görünür ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh1 dəymiş zərərin əvəzi olaraq kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləği tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh cavabdeh1 1283,02 manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddiaya tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qiymət verərək qeyd edir ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı kimi cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2022-ci il tarixli, G/İ/BIR/BF-***-**** saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh cavabdeh1 kredit müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixli bildiriş cavabdehə göndərilmiş və ##.##.2025-ci il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borc ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ** saylı, ## #### 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 252.000 manat təşkil edir. Belə olan halda sözügedən əmlakın ilkin satış qiyməti 252.000 manat müəyyən edilməlidir. Məhkəmə iddiaya əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, bu iddia tələbi kredit müqaviləsi üzrə əsas, faiz, cərimə borcunun və dəymiş zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə əhatə edilir. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.

Məhkəmə xərcləri: İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq məhkəmə xərclərinə daxil olan qiymətləndirmə tədqiqatının aparılması üçün xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Belə olan halda qiymətləndirmə tədqiqatının aparılması üçün 300 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumuna görə 52 manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 307,76 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulsun. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xeyrinə ## #### 2022-ci il tarixli, BIR/BF-***-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 58.839,29 (əlli səkkiz min səkkiz yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 8345,55 (səkkiz min üç yüz qırx beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 4118,7 (dörd min yüz on səkkiz manat yetmiş qəpik) manat, dəymiş zərərə görə 1283,02 (min iki yüz səksən üç manat iki qəpik) manat, ümumilikdə 72.586,56 (yetmiş iki min beş yüz səksən altı manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsuma görə 52 (əlli iki) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 307,76 (üç yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Tələb cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evin ilkin satış qiyməti 252.000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, * saylı Zeytun sovxozu, ev 74 ünvanında yerləşən 0,0520 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 409,40 kv.m olan fərdi yaşayış evin satışından əldə edilən vəsaitdən əsas borca görə 58.839,29 (əlli səkkiz min səkkiz yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 8345,55 (səkkiz min üç yüz qırx beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 4118,7 (dörd min yüz on səkkiz manat yetmiş qəpik) manat, dəymiş zərərə görə 1283,02 (min iki yüz səksən üç manat iki qəpik) manat, ümumilikdə 72.586,56 (yetmiş iki min beş yüz səksən altı manat əlli altı qəpik) manat, qiymətləndirmə tədqiqatına görə 300 (üç yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsuma görə 52 (əlli iki) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 307,76 (üç yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar