Məhkəmə qərarları › İş №e-2(011)-7253/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7253/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7253/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı soyuducu üçün 657.60 manat ödənilməmiş hissə, 65.40 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61872 olan Samsung Galaxy A12 markalı telefon üçün 365 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu; 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, Soft markalı mebel əşyası üçün 206 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu; 28 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07534 olan Samsung Galaxy A11 markalı telefon üçün 173 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu; 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı Led tv və Braun markalı ütü üçün 153.60 manat ödənilməmiş hissə, 15.40 manat cərimə borcu olmaqla, ümumilikdə 1709 manat borc və 37.09 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla saslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26 avqust 2020-ci il, 26 avqust 2020-ci il, 28 oktyabr 2020-ci il, 21 oktyabr 2021-ci il və 21 oktyabr 2021-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Hoffmann markalı soyuducu, Samsung Galaxy A12 markalı telefon, Soft markalı mebel əşyası, Samsung Galaxy A11 markalı telefon, Samsung markalı Led tv və Braun markalı ütü almış və nəticədə cavabdehin 1709 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 26 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 549.60 manat olan Soft markalı mebel əşyası üçün ümumilikdə 226 manat olmaqla 206 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu; 26 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 921.60 manat olan Samsung markalı Led tv və Braun markalı ütü üçün ümumilikdə 169 manat olmaqla 153.60 manat ödənilməmiş hissə, 15.40 manat cərimə borcu; 28 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 534.60 manat olan Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə 190 manat olmaqla 173 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 739.80 manat olan Hoffmann markalı soyuducu üçün ümumilikdə 723 manat olmaqla 657.60 manat ödənilməmiş hissə, 65.40 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 487.44 manat olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 401 manat olmaqla 365 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.677,84 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Hoffmann markalı soyuducu, Samsung Galaxy A12 markalı telefon, Soft markalı mebel əşyası, Samsung Galaxy A11 markalı telefon, Samsung markalı Led tv və Braun markalı ütü almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 25 oktyabr 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 26 avqust 2020-ci il tarixli, 21114463 saylı müqavilə üzrə hesablanmış 20 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 26 avqust 2020ci il tarixli 21114368 saylı müqavilə üzrə hesablanmış 15.40 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 28 oktyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 17 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqavilə üzrə hesablanmış 65.40 manat cərimə məbləği azaldılaraq 6 manat məbləğində; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqavilə üzrə hesablanmış 36 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 avqust 2020-ci il tarixli 21114463 saylı müqaviləyə əsasən ödənilməmiş 206 manat əsas borc, 2 manat cərimə borcu; 26 avqust 2020-ci il tarixli 21114368 saylı müqaviləyə əsasən ödənilməmiş 153.60 manat əsas borc, 2 manat cərimə borcu; 28 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 173 manat əsas borc, 2 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən ödənilməmiş 657.60 manat əsas borc, 6 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən ödənilməmiş 365 manat əsas borc, 3 manat cərimə borcu olmaqla, cəmi 1.570,20 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 37.09 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 37.09 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 avqust 2020-ci il tarixli 21114463 saylı müqaviləyə əsasən ödənilməmiş 206 (iki yüz altı) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 26 avqust 2020-ci il tarixli 21114368 saylı müqaviləyə əsasən ödənilməmiş 153.60 (bir yüz əlli üç manat altmış qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 28 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 173 (bir yüz yetmiş üç) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən ödənilməmiş 657.60 (altı yüz əlli yeddi manat altmış qəpik) manat əsas borc, 6 (altı) manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən ödənilməmiş 365 (üç yüz altmış beş) manat əsas borc, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1.570,20 (bir min beş yüz yetmiş manat iyirmi qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 37.09 (otuz yeddi manat doqquz qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar