Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-726/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 29145 (iyirmi doqquz min bir yüz qırx beş) manat pul məbləğinin və vəkilə xidmət haqqı kimi ödənilmiş 1200 (bir min iki yüz) manat pul məbləğinin, həmçinin 177,44 (bir yüz yetmiş yeddi manat qırx dörd qəpik) manat ödənilmiş məhkəmə rüsumunun, ümumilikdə 30522,44 (otuz min beş yüz iyirmi iki manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, ünvanında yerləşən 56 saylı mənzilə üst qonşuda yaşayan Cavabdeh məxsus 61 nömrəli mənzildən su axıdılaraq İddiaçı məxsus mənzilin təmirinə və içəridə olan əşyalara ciddi ziyan dəymişdir. Məsələ ilə bağlı qonşuların iştirakı ilə akt tərtib edilmiş, ziyanın qiymətlənidirilməsi üçün "xxxx" MMC adlı qiymətləndirici şirkətə müraciət olunmuşdur. "xxxx" MMC, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, ünvanında yerləşən 56 saylı mənzilə subasma nəticəsində dəymiş zərərin dəyərinin qiymətləndirilməsi işini yerinə yetirmiş və bu barədə hesabat tərtib etmişdir. İddiaçı məxsus mənzilə üst qonşuda yaşayan Cavabdeh məxsus 61 nömrəli mənzildən su axıdılması nəticəsində 29145 (iyirmi doqquz min bir yüz qırx beş) manat dəyərində zərər vurulmuşdur. Cavabdeh ona məxsus mənzildən su axıdılması nəticəsində dəymiş zərərin onun tərəfindən könüllü ödənilməsi tələb olunsa da, cavabdeh zərərin əvəzini ödəməkdən boyun qaçırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh belə bir halın yaşandığını və iddiaçının mənzilinə zərər dəydiyini etiraf edir. Lakin iddiaçı tərəfindən göstərilən iddia tələbinin həcmi olduqca yüksək məbləği əhatə edir. Belə ki, iddiaçının mənzilinə 29.145 (iyirmi doqquz min yüz qırx beş) manat zərərin dəyməsi qeyri-mümkündü. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş No: 001-21/008-AT/24 saylı Qiymətləndirmə Hesabatı aydın formada tərtib edilməmişdir və məzmun etibarilə anlaşılmazdır. Qiymətləndirmə Hesabatının 3-cü səhifəsində qeyd edilmişdir ki, "daşınmaz əmlakın 3.36985 ha torpaq sahəsinin 12 avqust 2024-cü il tarixinə bazar dəyəri 29.145 (iyirmi doqquz min bir yüz qırx beş) manat müəyyən edilmişdir", Qeyd edilən haldan da aydındır ki, iddia tələbinin həcmi cavabdeh tərəfindən vurulmuş ziyana münasibətdə düzgün məbləği əks etdirmir. Bu səbəbdən tərəfimizdən məhkəməyə mülki işlər üzrə tikinti-texniki ekspertizasımın keçirilməsi ilə bağlı vəsatət təqdim ediləcəkdir. Sonda Vəkil2 İddiaçı "Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 29145 (iyirmi doqquz min bir yüz qırx beş) manat pul məbləğinin və vəkilə xidmət haqqı kimi ödənilmiş 1200 (bir min iki yüz) manat pul məbləğinin, həmçinin 177,44 (bir yüz yetmiş yeddi manat qırx dörd qəpik) manat ödənilmiş məhkəmə rüsumunun, ümumilikdə 30522,44 (otuz min beş yüz iyirmi iki manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə" iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, bütün lazimi sübutlar məhkəməyə təqdim edilmiş, işlə bağlı bütün məlumatlar əldə olunmuşdur, iddia ərizəsi əsaslıdır. Ekspertiza aparılarkən lazimi fotolar, videolar təqdim edilmişdir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC tərəfindən təqdim edilmiş ekspertiza şəkillər vasitəsilə aparılmış, bu həmin rəyin mötəbərliyini şübhə altına alır, ekspert rəyində həmçinin zərər dəymiş yerlərdən əlavə balkonun, padyezin də şəkli var. Əşyalara dəymiş zərər cüzidir. Avqustda ev tam sökülmüş, Barat Consultancy MMC tərəfindən aparılmış ekspertiza həmin şəraitdə aparılmışdır. Ekspert rəylərində bu hallar nəzərə alınmamışdır. Bu səbəbdən həmin ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə həmin hadisə baş verib, Barat Consultancy MMC xx.xx.2024-cü il tarixdə işə başlayıb, iddiaçı hadisədən sonra söküntü aparmağa başlayıb. X5 MMC sökülmüş evdə aparıb ekspertizanı, həm də ekspertiza aparılarkən biz dəvət olunmamışıq. İkinci ekspert rəyi də birinci ekspert rəyi ilə eynilik təşkil edir. Birinci ekspert göstərdi ki, 6 dənə qapı xarab olub, dedim göstər zərər dəymiş qapını qol çəkim, 6 tok şunur xarab olub dedi, dedim göstər mənə zərər dəyən toku mən qol çəkim. Sonradan Rəşad dedi ki, mən evi alayarımçıq istəmirəm. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam payda xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan “XƏTAİ-21" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin komendantı X7, Xudu Məmmədov küçəsi ev 20 ünvanında yerləşən 13-cü mərtəbə 56 saylı mənzildə yaşayan və həmin mənzilin sahibi İddiaçı və onun qonşusu 57 saylı mənzilin sahibi X2 tərəfindən imzalanmış 27 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, aktı imza edənlər xx.xx.2024-cü il tarixində İddiaçı aid mənzilə baxış keçirmiş, baxış zamanı üst qonşuda yaşayan Cavabdeh məxsus 61 saylı mənzildən su axıdılaraq İddiaçı aid mənzilin təmirinə və yataq dəsti əşyalarına ziyan dəydiyi məlum olmuşdur. Bununla bildirmişlər ki, İddiaçı həm mənzilinə, həm də əşyalarına ziyan dəyib. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AKT-123/24 nömrəli müstəqil ekspert X3 tərəfindən Bakı şəh, Xətai r-nu, X.Məmmədov ev 20,mən 56 sığorta şəhadətnaməsi M- Pİ-0953/23 (sığortalı) İddiaçı məxsus daşınmaz əmlaka dəymiş zərərin həcmini müəyyən edilməsi üçün qiymətləndirilmə işinin surətindən görünür ki, əmlaka dəymiş zərər 7571 manat, görüləcək işlər 9020 manat olmaqla, Bakı şəh, Xətai r-nu, X.Məmmədov ev 20,mən 56 sığorta şəhadətnaməsi M-Pİ-0953/23 (sığortalı) İddiaçı məxsus daşınmaz əmlaka dəymiş zərərin həcmi: 16 591,00 AZN (On altı min beş yüz doxsan bir manat) təşkil edir. İş materiallarında olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 20 ünvanında yerləşən 56 saylı mənzilə subasma nəticəsində dəymiş zərərin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 001-21/008-AT/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, söküntü və təmir bərpa işləri ümumilikdə 17608 manat, mühəndis və təşkilatçılıq işləri (10%) 1761 manat, nəzərə alınmayan xərclər (3%) 581 manat, subasma nəticəsində əşyalara dəymiş zərər 9195 manat olmaqla İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 20 ünvanında yerləşən 56 saylı mənzilə subasma nəticəsində dəymiş zərər xx.xx.2024-cü il tarixinə 29145 manat müəyyən edilmişdir. İş materiallarında olan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin MZ/M/0003/25 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2nvanında yerləşən 56 nömrəli mənzilə su sızmasının texniki səbəbi paltaryuyan maşının borsunun partlaması olmuşdur. ünvan 2nvanında yerləşən 61 nömrəli mənzilin sahibi ilə söhbətdə mənzil sahibi paltaryuyan maşının borsunun partlaması nəticəsində aşağıdakı mənzilə su dolması və bunun nəticəsində aşağı mərtəbədə olan ünvan 2nvanında yerləşən 56 nömrəli mənzilə zərər dəyməsini etiraf etmişdir. ünvan 2nvanında yerləşən 56 nömrəli mənzilə, ünvan 2nvanında yerləşən 61 nömrəli mənzilindən su axıdılması nəticəsində İddiaçı dəymiş ziyanın məbləği 29160 (iyirmi doqquz min bir yüz altmış) AZN məbləğində müəyyən olunmuşdur. Mənzilə dəymiş zərər 19965 manat, daşınar əşyalara dəymiş zərər 9195 manatdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənəlməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 177.44 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2nvanında yerləşən 56 nömrəli mənzil İddiaçı məxsusdur, həmin mənzilə Cavabdeh məxsus ünvan 2nvanında yerləşən 61 nömrəli mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin həm özünə, həm də mənzildə olan əşyalara aiddir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir, cavabdeh subasma hadisəsinin yaşandığını və iddiaçının mənzilinə zərər dəydiyini etiraf edir, lakin dəymiş zərərin məbləği ilə razı deyil. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının mənzilinə dəymiş maddi ziyanın məbləğinin müəyyən edərkən qeyd edir ki, müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə gəlinmiş nəticə hazırki iş üzrə təqdim edilmiş digər ekspert rəyləri ilə gəlinən nəticələrlə əhatə olduğundan, xx.xx.2024-cü il tarixli ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəydə əmlaka dəymiş zərərin hesablanması cədvəlində “Plintus”-ların miqdarı 100 m, qiyməti 3 manat qeyd edilsə də, “Plintus”-ların cəmi məbləği yanlışlıqla 30 manat (10 m “Plintus”-un dəyəri) qeyd edilmiş, dəymiş zərər 270 manat əksik hesablanmışdır. Beləliklə, məhkəmə iddiaçının mənzilinə dəymiş maddi ziyanın məbləğinin müəyyən edərkən xx.xx.2024-cü il tarixli ekspert rəyini və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilinə cavabdehin hüquqazidd əməli ilə dəymiş maddi ziyanın məbləği 16861 manat (16591 manat ekspert rəyi üzrə dəyərin həcmi + 270 manat əksik hesablanmış zərər) müəyyən edilməlidir. Məhkəmə, iddiaçının mənzilində olan daşınar əşyalara dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən qeyd edir ki, "xxxx" MMC-nin və Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin təqdim etdiyi ekspert rəyləri daşınar əşyalara dəymiş maddi ziyanın məbləği üzrə eyni nəticəyə gəlmişlər (9195 manat). Məhkəmə ekspert rəylərinə münsibətdə qeyd edir ki, dəyəri 3500 manat olan “Pianino (Casio)-Celviano AP 750 Bk” və dəyəri 3000 manat olan “TV Sony”-ə subasma nəticəsinə zərər dəyməsi faktı iddiaçı tərəfindən sübut edilmədiyindən və bu cür hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, qeyd edilən əşyalar subasma nəticəsində zərər dəymiş daşınar əşya hesab edilməməlidir. Beləliklə, məhkəmə iddiaçının mənzilində olan daşınar əşyalara dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən "xxxx" MMC-nin və Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin təqdim etdiyi ekspert rəylərini və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilində olan daşınar əşyalara cavabdehin hüquqazidd əməli ilə dəymiş maddi ziyanın məbləği 2695 (9195-6500) manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, "xxxx" MMC-nin və Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin təqdim etdiyi ekspert rəylərində nəzərdə tutulmuş iddiaçının mənzilinə və ona məxsus daşınar əşyalara cavabdehin hüquqazidd əməli ilə dəymiş ziyanın aradan qaldırılması üçün əlavə mühəndis və təşkilati işlərin görülməsi ilə bağlı xərclər xx.xx.2024-cü il tarixli ekspert rəyində nəzərə alınmadığından həmin xərclərin məbləğinin müəyyən edilməsi zərurəti də mövcuddur. Məhkəmə həmin əlavə mühəndis və təşkilati işlərlə bağlı xərclərin məbləğini müəyyən edərkən hesab edir ki, həmin xərclər mənzilə və daşınar əşyalara dəymiş zərərin 10%-i həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin hüquqazidd əməli ilə dəymiş maddi ziyanın ümumi məbləği olan 21511 manat 60 qəpik məbləğində pul vəsaiti (16861 manat məzilə dəymiş zərər+ 2695 manat daşınar əşyalara dəymiş zərər + 1955.6 manat avə mühəndis və təşkilati işlərlə bağlı xərclər) Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 1200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 1200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənzilə axıdılmış su sızma nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 21511 manat 60 qəpik, vəkil xidmət haqqı kimi ödənilmiş 1200 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsində cavabdehə aid edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154.54 manat alınaraq iddiaçıya və ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənzilə axıdılmış su sızma nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 21511 (iyirmi bir min beş yüz on bir) manat 60 (altmış) qəpik, vəkil xidmət haqqı kimi ödənilmiş 1200 (min iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 154 (yüz əlli dörd) manat, 54 (əlli dörd) qəpik alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-726/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-726/2025
15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver