Məhkəmə qərarları › İş №e-2(011)-7263/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7263/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7263/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızı iddiaçı "xxxx" MMC -nin ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ TV STİCK üçün 109.98 manat ödənilməmiş hissə, 10.02 manat сərimə,ümumilikdə 120 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qaytarılması barəsində ərizə verdiyində mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar