Məhkəmə qərarları › İş №e-2(011)-7315/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7315/2024

04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7315/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 170 manat məbləğində alimentin artırılaraq yetkinlik yaşına çatanadək cavabdehin əmək haqqısının (əlavə və mükafatlar nəzərə alınmaqla) ¼-i məbləğində alimentin və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3825/2021 saylı qətnaməsi ilə Sadıxova (Zahidova) Fəxriyə İmran qızı ilə Cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-205/2024 saylı qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7 iddiaçı Cavabdeh yanında saxlanılsın. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının yanında birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X8 qalır. Hazırda uşağın tələbatının artmasını, həyat şəraitinin dəyişməsi, qida məhsullarının qiymətinin qalxmasını nəzərə alaraq alimentin artırılmasına ehtiyac vardır. Ona görə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, verdiyi izahatında bildirmişdir ki, birgə nikahdan olan digər övladı X12 Zahidovun himayəsində saxlanılır. Hesab edir ki, alimentin miqdarının dəyişdirilməsinə zərurət yoxdur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Bekə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3825/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən 24 noyabr 2007-ci il tarixdə 4130 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, 23 yanvar 2010-cu il təvəllüdlü X7 və 17 noyabr 2011-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra anaları, iddiaçı X5 yanında saxlanılaraq onun himayəsinə verilməsi, 23 yanvar 2010-cu il təvəllüdlü X3 və 17 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 22 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, birgə nikahdan olan xx.xx.2010cu il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(011)-3825/2021 saylı qətnaməsinə əsasən 23 yanvar 2010-cu il təvəllüdlü X7 ilə bağlı iddiaçı Cavabdeh hər hər ay 170 manat aliment tutulması öhdəliyinə xitam verilməsi və alimentin tutulmasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də “direktor” vəzifəsində işləyir, əmək haqqısı 2.269,71 manat təşkil edir. İş materiallarında olan MŞB/2-0815/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya sessiyasının xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Qeyd edilən Məcəllənin112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği və tutulma qaydası dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, hazırki qətnamə ilə tutulacaq alimentin məbləği dəyişdirildiyindən alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunu ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, alimentin artırılmış illik həcminə uyğun olaraq dövlət rüsumuna görə 67,64 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə xərci olaraq ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3825/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Sadıxova (Zahidova) Fəxriyə İmran qızının xeyrinə tutulan alimentin miqdarı və tutulma qaydası dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. 67,64 (altmış yeddi manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar