Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7352/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft Yumsaq mebel, Transformer Jurnal masa, Walnut stol, Walnut Kürsü üçün 758 (yeddi yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün CANALİ Tepsi, Vinzer Bicag itileyen, Mini soba HOFFMANN üçün 308.8 (üç yüz səkkiz manat səksən qəp) manat ödənilməmiş hissə, 30.2 (otuz manat iyirmi qəp) manat cərimə, ümumilikdə 1172 manat borc, 31.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 31,72 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə (qəbzin nömrəsi- **********, tranzaksiya nömrəsi **********01) ödənilmiş 31,72 (otuz bir manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərdən rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7352/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7352/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver