Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7391/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 ədəd “TCL Tac” markalı kondisioner, 3 ədəd “zəmanət + 3 il” xidməti üçün 1.525,05 (bir min beş yüz iyirmi beş manat beş qəpik) manat ödənilməmiş hissə, 152,51 (yüz əlli iki manat əlli bir qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, “Oppo Reno 12 pro” markalı telefon (İMEİ kod: **********22132), “qızıl zəmanət ultra 2 il” xidməti üçün, 937,8 (doqquz yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 93,78 (doxsan üç manat yetmiş səkkiz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, “Xiaomi Redmi 13” markalı telefon (İMEİ kod **********73049), “zəmanət + 3 il” xidməti, “vinil şəffaf” örtücü üçün 361,08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 36,11 (otuz altı manat on bir qəpik) manat cərimə, ümumilikdə 3.106,32 manat borc və 51,07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən 3 ədəd “TCL Tac” markalı kondisioner, 3 ədəd “zəmanət + 3 il” xidməti, “Oppo Reno 12 pro” markalı telefon (İMEİ kod: **********22132), “qızıl zəmanət ultra 2 il” xidməti, “Xiaomi Redmi 13” markalı telefon (İMEİ kod **********73049), “zəmanət + 3 il” xidməti, “vinil şəffaf” almış və nəticədə 3.106,32 (üç min yüz altı manat otuz iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.925,9 (iki min doqquz yüz iyirmi beş manat doxsan qəpik) manat (18 ay x 162,55 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd “TCL Tac” markalı kondisioner, 3 ədəd “zəmanət + 3 il” xidməti üçün ümumilikdə, 1.677,56 (bir min altı yüz yetmiş yeddi manat əlli altı qəpik) manat olmaqla ondan, 1.525,05 (bir min beş yüz iyirmi beş manat beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 152,51 (yüz əlli iki manat əlli bir qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.398,96 (bir min üç yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat (18 ay x 77,72 manat + 0 manat ilkin ödəniş) olan “Oppo Reno 12 pro” markalı telefon (İMEİ kod: **********22132), “qızıl zəmanət ultra 2 il” xidməti üçün ümumilikdə, 1.031,58 (bir min otuz bir manat əlli səkkiz qəpik) olmaqla ondan, 937,8 (doqquz yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 93,78 (doxsan üç manat yetmiş səkkiz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 526,32 (beş yüz iyirmi altı manat otuz iki qəpik) manat (12 ay x 43.86 manat + 0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi 13” markalı telefon (İMEİ kod **********73049), “zəmanət + 3 il” xidməti, “vinil şəffaf” örtücü üçün ümumilikdə 397,19 (üç yüz doxsan yeddi manat on doqquz qəpik) manat olmaqla ondan, 361,08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,11 (otuz altı manat on bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.027,25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin 1.2-ci maddəsinə əsasən “Müştəri” bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)\xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq 'Mal' adlanacaq) “ABC”yə sifariş verir, “ABC” həmin “Mal”ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, “Müştəri” isə həmin “Mal”ın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin Müqavilənin 2.2-ci maddəsinə görə “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər) dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Həmin Müqavilənin 5.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini tam yerinə yetirənə qədər “Mal” ABC-nin mülkiyyəti hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal” mülkiyyət hüququ “Müştəri”yə keçir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2-%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2024-cü tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Xiaomi Redmi 13” markalı telefon (İMEİ kod **********73049), “zəmanət + 3 il” xidməti və “vinil şəffaf” xx.xx.2024-cü il tarixli 15951572 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin xx.xx.2024-cü il tarixli Əlavəsinə əsasən hər ay 43,86 manat olmaqla 12 ay müddətinə pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 10778189 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Bu bəndinin icrası ilə əlaqədar müqavilənin 3.5-ci bəndinə əsasən “ABC” əlavə ödənişlər tələb edə bilər. xx.xx.2024-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Oppo Reno 12 pro” markalı telefon (İMEİ kod: **********22132), “qızıl zəmanət ultra 2 il” xidməti, və ödənişin təminatı xidməti xx.xx.2024-cü il tarixli 10778189 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 10778189 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 77,72 manat olmaqla xx.xx.2024xx.xx.2026-cı il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 15951572 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Bu bəndinin icrası ilə əlaqədar müqavilənin 3.5-ci bəndinə əsasən “ABC” əlavə ödənişlər tələb edə bilər. xx.xx.2024-cü tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, 3 ədəd “TCL Tac” markalı kondisioner və 3 ədəd “zəmanət + 3 il” xidməti xx.xx.2024-cü il tarixli 15951572 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 15951572 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 162,55 manat olmaqla xx.xx.2024xx.xx.2025-ci il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.525,05 manat əsas borca ödənilməmiş hissə, 152,51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 937,8 manat əsas borca ödənilməmiş hissə, 93,78 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 361,08 manat əsas borca ödənilməmiş hissə, 36,11 manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 3.106,32 manat borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2024-cü il tarixli 10778189 saylı müqavilə üzrə cərimənin 93,78 manat məbləğində deyil, 46,9 manat məbləğində, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə isə cərimənin 36,11 manat məbləğində deyil, 17 manat məbləğində və xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 152,51 manat məbləğində deyil, 76 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə həmçinin iddianın 51,07 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 15951572 saylı müqavilə üzrə 1.525,05 (bir min beş yüz iyirmi beş manat beş qəpik) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə olmaqla, ümumilikdə 1.601,05 (bir min altı yüz bir manat beş qəpik) manat pul məbləği; xx.xx.2024-cü il tarixli 10778189 saylı müqavilə üzrə 937,8 (doqquz yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 46,9 (qırx altı manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə 984,7 (doqquz yüz səksən dörd manat yetmiş qəpik) manat borc məbləği; xx.xx.2024-cü il tarixli ********** saylı müqaviləyə əlavə olan xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə 361,08 (üç yüz altmış bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 17 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 378,08 (üç yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat borc məbləği; cəmi 2.963,83 (iki min doqquz yüz altmış üç manat səksən üç qəpik) borc məbləği və 51,07 (əlli bir manat yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7391/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7391/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver