Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7400/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında qiyabi icraat qaydasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, "xxxx" ASC ilə X4 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 7000 manat məbləğində nağd kredit, 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etməmişdir. AZ-İİ № 334589 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X4 oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 1921 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 oğlunun qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2938.26 manat, faiz borcuna görə 18.61 manat olmaqla, cəmi 2956.87 manat borcu, xx.xx.2024-cü il tarixinə kredit xətti üzrə əsas borca görə 225.08 manat, faiz borcuna görə 0.09 manat olmaqla, cəmi 225.17 manat borcu mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 51.82 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024cü il tarixində 6-2-22/2-23981/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, X4 oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2938.26 manat, faiz borcuna görə 18.61 manat olmaqla, cəmi 2956.87 manat borcun, xx.xx.2024-cü il tarixinə kredit xətti üzrə əsas borca görə 225.08 manat, faiz borcuna görə 0.09 manat olmaqla, cəmi 225.17 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 51.82 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Talıbova X1 məhkəməyə ərizə ilə müraciət edərək, 2(011)- 7400/2024 saylı mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 oğlu arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcluya 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 7000 manat məbləğində nağd kredit, 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti verilmişdir. İş materialında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X4 oğlunun 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat olmaqla, cəmi 2956, 87 manat borcu, 24 avqust 2024-cü il tarixinə kredit xətti üzrə əsas borca görə 225.08 manat, faiz borcuna görə 0.09 manat olmaqla, cəmi 225,17 manat borcu mövcuddur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 334589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu 17 fevral 2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış X4 oğlunun vərəsəsi – Cavabdehdır. İş materiallarında olan 19 doqquz noyabr 2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 fevral 2023-cü il tarixdə vəfat etmiş X4 oğlunun vərəsəsi arvadı Cavabdehdır, miras əmlakdan tam hissədə irs almalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 31 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-255628/2023 nömrəli məktuba əsasən mərhum X4 oğlunun adına ödənilməmiş sosial müavinət işi üzrə məbləği 229,93 manat və təqaüd məbləği 160,43 manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (Maddə 1307) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyini icra etməli olduğu üçün, eyni zamanda cavabdeh borcun mirasdan çox olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən "xxxx" ASC ilə X4 oğlu arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə nağd kredit üzrə əsas borcuna görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat, kredit xətti üzrə əsas borca görə 225.08 manat, faiz borcuna görə 0.09 manat olmaqla, ümumilikdə 3182,04 manat borc Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə nağd kredit üzrə əsas borcuna görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat, kredit xətti üzrə əsas borca görə 225.08 manat, faiz borcuna görə 0.09 manat olmaqla, ümumilikdə 3182,04 manat borc və 51,82 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7400/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-7400/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver