Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7415/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon üçün 533.6 manat ödənilməmiş hissə, 53.4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon üçün 48.58 manat ödənilməmiş hissə, 4.42 cərimə, ümumilikdə 640 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon və İMEİ kodu **********39641 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 640 manat borc yaranmışdır, cavabdehin xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavələrə əsasən restrukturizasiya edilmişdir, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 735.9 manat (21 ay x 33.45 manat + 33.45 manat ilkin ödəniş) olan İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 587 manat olmaqla, ondan 533.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.4 manat cərimə pulu borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 201.28 manat (7 ay x 25.16 manat + 25.16 manat ilkin ödəniş) olan İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 53 manat olmaqla, ondan 48.58 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.42 manat cərimə pulu borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 355 manat təşkil edir, cavabdehlə bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2019-cu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20236765 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefonu müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə 20236765 saylı müqaviləyə xx.xx.2021ci il tarixli Əlavə saziş № 1-dən görünür ki, toplam məbləğ 735,93 manatdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00632470 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə 00632470 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə saziş № 1-dən görünür ki, toplam məbləğ 201.3024 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli əlavələrin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz peniya ödəyir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon üçün 533.6 manat ödənilməmiş hissə, 53.4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon üçün 48.58 manat ödənilməmiş hissə, 4.42 cərimə, ümumilikdə 640 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcunu qısa müddətdə ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 və İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefonlara dair xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı, müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilələrin şərtlərini pozmuşdur, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli əlavə sazizşlərə əsasən, ödəniş cədvəlinə dəyişiklik edilmişdir, hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon üçün 533.6 manat ödənilməmiş hissə, 53.4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon üçün 48.58 manat ödənilməmiş hissə, 4.42 cərimə, ümumilikdə 640 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********02873 olan Samsung Galaxy A51 markalı telefon üçün 533.6 manat ödənilməmiş hissə, 53.4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********39641 Samsung Galaxy A50 markalı telefon üçün 48.58 manat ödənilməmiş hissə, 4.42 cərimə, ümumilikdə 640 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 533.6 manat ödənilməmiş hissə, 53.4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 48.58 manat ödənilməmiş hissə, 4.42 cərimə, ümumilikdə 640 (altı yüz qırx) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7415/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7415/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver