Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7428/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı İNEX” MMC Cavabdeh qarşı- tərəflər arasında bağlanılmış 18 avqust 2023-cü il tarixli, 2219 nömrəli “Müqavilə Əlavəsi 3” üzrə 2577 manat qalıq borc, 447,20 manat hesablanmış cərimə məbləğinin və 45,77 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 3069,97 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasındaxx.xx.2023-cü il tarixli, 2219 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2219 nömrəli “Müqavilə Əlavəsi”nə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Sonradan Cavabdeh İddiaçı MMC-ə müraciət edərək “Elos Trio” cihazını əvəzləmək istədiyini bildirmiş və İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 2219 nömrəli "Müqavilə Əlavəsi №2" bağlanmışdır. xx.xx.2023-cü il tarixli 2219 nömrəli "Müqavilə Əlavəsi №2"-ə əsasən, yeni (işlənməmiş) “Lutera” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmiş və eyni tarixli təhvil-təslim aktı ilə “Elos Trio” cihazı təhvil alınmışdır. Bildirək ki, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,“təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, 19 Aprel 2023-cü il tarixli, 2219 saylı "Nisyə alqı-satqı haqqında Müqavilə” üzrə “Sifarişçi” Cavabdeh şifahi müraciətinə əsasən müqavilə üzrə “Satıcı” İddiaçı MMC-nin (bundan sonra «Satıcı») “Sifarişçi”nin istəyi ilə xx.xx.2023 tarixli "Müqavilə Əlavəsi" üzrə satış predmeti olan “ELOS TRÌO” cihazı xx.xx.2023 tarixli "Müqavilə Əlavəsi №2" üzrə “LUTERA” cihazı ilə əvəz edilmişdir. Eyni zamanda tərəflərin qarşılıqlı razılığına əsasən, 19 aprel 2023-cü il "Müqavilə Əlavəsi” üzrə ödənilmiş 2013 manat məbləğdən 598 manatı “Satıcı”nın xeyrinə tutulur. Qalıq 1415 manat isə 29 may 2023-cü il "Müqavilə Əlavəsi №2"-nin "Mərhələ 1" ödənişi olaraq qeydiyyata alınır. Bu əvəz edilmə sonuncudur və gələcəkdə İddiaçı MMC-yə ünvanlana biləcək hər hansı müraciət əsasında “LUTERA” cihazının dəyişilməsi halı mümkün olmayacaqdır. Buna baxmayaraq Cavabdeh İddiaçı MMC-ə yenidən müraciət edərək ödənişləri edə bilmədiyini və cihazı qaytarmaq istədiyini bildirdi. Hər iki tərəfin təklifləri əsasında xx.xx.2023-cü il tarixli 2219 saylı "Müqavilə Əlavəsi №3" bağlanmışdır. "Müqavilə Əlavəsi №3" əsasən xx.xx.2023-cü il tarixli tarixli təhvil-təslim aktı ilə “Lutera” cihazı təhvil alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2219 saylı "Müqavilə Əlavəsi №3"ün 2.3-cü bəndinə əsasən, satış obyekti üzrə xx.xx.2023-cü il tarixinədək ödənilmiş məbləğ 5923 manatdır. Satış obyekti və hədiyyələr 14000 manat qarşılığında geri götürülür və qalıq borc olaraq 2577 manat qalır. Satış qiymətinin ödəniş mərhələləri və tarixi qeyd edilmiş 3 (üç) mərhələdən ibarət olmaqla 3 (üç) ay müddətində “Sifarişçi” tərəfindən tam şəkildə ödənilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə 860 manat ödəniş edilməli idi. Lakin ödəniş öhdəliyi icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 860 manat ödəniş icra edilməmişdir. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh daha əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, o, məhsulu bəyənmədiyi üçün qaytarmaq üçün aldığı filiala gəlmiş, lakin məhsulun təhvil verilməsi mümkün olmadığından onu filiala qoyaraq çıxıb getmişdir. İşin halları İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasındaxx.xx.2023-cü il tarixli, 2219 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2219 nömrəli “Müqavilə Əlavəsi”nə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Sonradan Cavabdeh İddiaçı MMC-ə müraciət edərək “Elos Trio” cihazını əvəzləmək istədiyini bildirmiş və İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 2219 nömrəli "Müqavilə Əlavəsi №2" bağlanmışdır. xx.xx.2023-cü il tarixli 2219 nömrəli "Müqavilə Əlavəsi №2"-ə əsasən, yeni (işlənməmiş) “Lutera” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmiş və eyni tarixli təhvil-təslim aktı ilə “Elos Trio” cihazı təhvil alınmışdır. Bildirək ki, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,“təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, 19 Aprel 2023-cü il tarixli, 2219 saylı "Nisyə alqı-satqı haqqında Müqavilə” üzrə “Sifarişçi” Cavabdeh şifahi müraciətinə əsasən müqavilə üzrə “Satıcı” İddiaçı MMC-nin (bundan sonra «Satıcı») “Sifarişçi”nin istəyi ilə xx.xx.2023 tarixli "Müqavilə Əlavəsi" üzrə satış predmeti olan “ELOS TRÌO” cihazı xx.xx.2023 tarixli "Müqavilə Əlavəsi №2" üzrə “LUTERA” cihazı ilə əvəz edilmişdir. Eyni zamanda tərəflərin qarşılıqlı razılığına əsasən, 19 aprel 2023-cü il "Müqavilə Əlavəsi” üzrə ödənilmiş 2013 manat məbləğdən 598 manatı “Satıcı”nın xeyrinə tutulur. Qalıq 1415 manat isə 29 may 2023-cü il "Müqavilə Əlavəsi №2"-nin "Mərhələ 1" ödənişi olaraq qeydiyyata alınır. Bu əvəz edilmə sonuncudur və gələcəkdə İddiaçı MMC-yə ünvanlana biləcək hər hansı müraciət əsasında “LUTERA” cihazının dəyişilməsi halı mümkün olmayacaqdır. Buna baxmayaraq Cavabdeh İddiaçı MMC-ə yenidən müraciət edərək ödənişləri edə bilmədiyini və cihazı qaytarmaq istədiyini bildirdi. Hər iki tərəfin təklifləri əsasında xx.xx.2023-cü il tarixli 2219 saylı "Müqavilə Əlavəsi №3" bağlanmışdır. "Müqavilə Əlavəsi №3" əsasən xx.xx.2023-cü il tarixli tarixli təhvil-təslim aktı ilə “Lutera” cihazı təhvil alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2219 saylı "Müqavilə Əlavəsi №3"ün 2.3-cü bəndinə əsasən, satış obyekti üzrə xx.xx.2023-cü il tarixinədək ödənilmiş məbləğ 5923 manatdır. Satış obyekti və hədiyyələr 14000 manat qarşılığında geri götürülür və qalıq borc olaraq 2577 manat qalır. Satış qiymətinin ödəniş mərhələləri və tarixi qeyd edilmiş 3 (üç) mərhələdən ibarət olmaqla 3 (üç) ay müddətində “Sifarişçi” tərəfindən tam şəkildə ödənilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə 860 manat ödəniş edilməli idi. Lakin ödəniş öhdəliyi icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 860 maant ödəniş icra edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 623. Malın dəyişdirilməsi 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 623.3. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu M a d d ə 15. İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ
1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.
“Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı:
1. Qızıl və qızıl məmulatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsalıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığına görə, azaldılaraq 180,39 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın 45,77 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin özünun də qeyd etdiyi kimi, məhsulda hər hansı istehsal qüsuru olmamışdır, məhsulun qaytarılmasına səbəb onun formasının bəyənilmədiyi olmuşdur. Yuxarıda qeyd edilənlərə, eyni zamanda məhsul Nazirlər Kabinetinin qərarına əsasən qaytarılması mümkün olmayan malların siyahısına aid edildiyindən məhkəmə tərəfindən cavabdehin bu dəlilləri həqiqətə uyğun olmayan kimi qəbul edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 18 avqust 2023- cü il tarixli 2219 nömrəli "Nisyə alqı-satqı müqaviləsinə 3 nömrəli Əlavə" üzrə əsas borca görə 2577 (iki min beş yüz yetmiş yeddi manat) manat, cərimə borcu üzrə 180,39 (yüz səksən manat otuz doqquz qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,77 (qırx beş manat yetmiş yeddi qəpik) manat, ümumilikdə 2803,16 (iki min səkkiz yüz üç manat on altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova