Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-750/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30.116.38 manat əsas borc, 20.175 manat faiz borcu və 126.41 manat cərimə borcu olmaqla, cəmi 50.417,93 manat borcun və 241,25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/200 saylı kredit müqaviləsidir. Həmin müqaviləyə görə Cavabdeh1 xx.xx.2014-cü il tarixli 14/200 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.metr olan 10a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40.400 manat məbləğində kredit verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi K.X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, Cavabdeh1 qəza keçirdiyindən ödənişləri gecikdirmişdir. Lakin hər ay 200 manat olmaqla ödənişləri hissə-hissə icra edə bilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14/200 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borverən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.metr olan 10a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40.400 manat məbləğində borcalana kredit vermişdir. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış mənzilin alqı-satqısı haqqında xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240C saylı 8 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68 kv.metr olan 1 (bir) otaqdan ibarət 10a saylı mənzili alıcıya satmışdır. İş materiallarında olan "xxxx" ASC ilə koorperativ "xxxx" MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xirdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə (irəlidə müştərilər adlanacaq) satılmış mənzillərin dəyərinin 85 (səksən beş) faizindən artıq olmayan hissəsinin illik 14 (on dörd) faizlə 120 (bir yüz iyirmi) ay müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflər razılığa gəlmişdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, Bu Müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən olmayaraq, cəmiyyət həmin günə mövcud olan kredit borcunu va ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla va ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür va özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 221İKNW142820001 saylı müqaviləyə əsasən İddiaçı ASC-nə 30.116,38 manat əsas borc, 20.175,14 manat faiz borcu və 126,41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 50.417,93 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli 14/200 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 60.814,57 manat (35.981,12 manat əsas və 24.833,45 manat faiz) məbləğində müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından bankla cavabdehlər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində öhdəliklər lazımınca icra edilmədiyi üçün cavabdehlər məsuliyyət daşımalıdırlar. Tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14/200 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 14 faizlə 120 ay müddətinə 40.400 manat məbləğində kredit verilmişdir. Krediti aldığı vaxtdan cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq, banka olan kredit və faiz borcunu tam ödəməmiş və nəticədə cavabdehin bank qarşısında əsas borc üzrə 30.116,38 manat, faiz borcu üzrə 20.175,14 manat və 126,41 manat cərimə borcu yaranmışdır və həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdeh "xxxx" MMC-nə qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabderh "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə "xxxx" MMC onun müraciəti əsasında müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəliklə bağlı müqavilə yazılı qaydada bağlanmışdır. Həmin müqavilənin 4.3-cü bəndinə görə "xxxx" MMC gələcəkdə yaranacaq öhdəliyin icrasına təminat vermişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəlik təkcə girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə deyil, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, "xxxx" MMC mənzil satdığı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılmış kredit üzrə borcun geçikdirilməsinə görə həmin borcu ödəməyi öhdəsinə götürdüyündən, Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 241,25 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən xx.xx.2023-cü il tarixə 30.116,38 (otuz min yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 20.175,14 (iyirmi min yüz yetmiş manat on dörd qəpik) manat məbləğində faiz borcu, 126,41 (bir yüz iyirmi altı manat qırx bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.417,93 (əlli min dörd yüz on yeddi manat doxsan üç qəpik) manat məbləğində borc məbləği və 241,25 (iki yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 alınaraq iddiaçı LPO İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-750/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-750/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver