Məhkəmə qərarları › İş №e-2(011)-7506/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7506/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7506/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqısatqı müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, ACER ASPİRE 5 kompüter, üçün 1676.55 manat ödənilməmiş hissə, 233.45 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1481.94 manat ödənilməmiş hissə, 172.06 manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********79541 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER üçün 821.19 manat ödənilməmiş hissə, 244.81 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd X5, PS5 X2, PS5 oyun pultu, X4 2 qulaqlıq üçün 448.74 manat ödənilməmiş hissə, 50.26 manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 138.39 manat ödənilməmiş hissə, 41.61 manat dəbbə Ümumilikdə 5309 manat borc və 73.09 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Acer Aspire 5 kompüter almış və həmin əşya üçün 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 111.77 manat olmaqla, cəmi 2011.92 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən cavabdeh Playstation 5 almış və həmin əşya üçün 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 82.33 manat olmaqla, cəmi 1722 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kod **********79541 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger almış və həmin əşyalar üçün 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 136.88 manat olmaqla, cəmi 2053.35 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən cavabdeh 2 ədəd X5, PS5 X2, PS5 oyun pultu, X4 2 qulaqlıq almış və həmin əşyalar üçün 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 24.93 manat olmaqla, cəmi 448.74 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Apple Airpods 2 qulaqlıq almış və həmin əşya üçün 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23.17 manat olmaqla, cəmi 278.04 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçı MMC-yə xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il tarixli müqavilələr üzrə ödənilməmiş 4566.81 manat, cərimə borcu üzrə 742.19 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 73.09 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 117.3 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 103.73 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 57.5 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 31.00 manat, xx.xx.2023-ci il tarixli müqavilə 9.7 manat olmaqla, 319,23 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 73.09 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 65.66 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə əsas borca görə 1676.55 (min altı yüz yetmiş altı manat əlli beş qəpik) manat, cərimə borcuna görə 117.3 (yüz on yeddi manat, otuz qəpik), xx.xx.2024-ci il tarixli müqavilə üzrə əsas borca görə 1481.94 (min dörd yüz səksən bir manat doxsan dörd qəpik) manat, cərimə borcuna görə 103.73 (yüz üç manat, yetmiş üç qəpik) manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə əsas borca görə 821.19 (səkkiz yüz iyirmi bir manat on doqquz qəpik) manat, cərimə borcuna görə 57.5 (əlli yeddi manat, əlli qəpik) manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə əsas borca görə 448.74 (dörd yüz qırx səkkiz manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 31.00 (otuz bir manat) manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə əsas borca görə 138.39 (yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat, cərimə borcuna görə 9.7 (doqquz manat, yetmiş qəpik) manat olmaqla ümumilikdə 4886,04 (dörd min səkkiz yüz səksən altı manat dörd qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.66 (altmış beş manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar