Məhkəmə qərarları › İş №e-2(011)-753/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-753/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-753/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 13317.55 manat məbləğində əsas kredit borcunun, 739.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 66.62 manat məbləğində cərimənin,cəmi 14123.28 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 132.37 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbi barədə ərizə ilə müraciət etmişdir. Mülki işə məhkəmə baxışında tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:

1. Borcalan Bankla bağladığı xx.xx.2022-ci il tarixli 4019***-*******02L nömrəli əsas kredit limiti razılaşması xx.xx.2024-cü il tarixə Banka 13317,55 manat əsas borc, 1186,36 manat faiz borcu və 161,06 manat cərimə olmaqla, cəmi 14664,97 manat borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 14664,97 manat borcunu xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2029-cu ilə qədər 59 ay müddətində, həmin borc məbləğinə illik 16 faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 10-dan gec olmayaraq ayda 360.60 azn (üç yüz altmış manat, 60 qəpik) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə mini və öhdəlik tam icra olunana qədər qüvvədədir.

4. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət dilməsinə yol verilməməsi) onlara aydındır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 13317.55 manat məbləğində əsas kredit borcunun, 739.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 66.62 manat məbləğində cərimənin,cəmi 14123.28 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 132.37 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Borcalan Bankla bağladığı xx.xx.2022-ci il tarixli 4019***-*******02L nömrəli əsas kredit limiti razılaşması xx.xx.2024-cü il tarixə Banka 13317,55 (on üç min üç yüz on yeddi manat əlli beş qəpik) manat əsas borc, 1186,36 (bir min yüz səksən altı manat otur altı qəpik) manat faiz borcu və 161,06 (yüz altmış bir manat altı qəpik) manat cərimə olmaqla, cəmi 14664,97 (on dörd min altı yüz altmış dörd manat doxsan yeddi qəpik) manat borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 14664,97 (on dörd min altı yüz altmış dörd manat doxsan yeddi qəpik) manat borcunu xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2029-cu ilə qədər 59 ay müddətində, həmin borc məbləğinə illik 16 faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 10-dan gec olmayaraq ayda 360.60 azn (üç yüz altmış manat, 60 qəpik) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə mini və öhdəlik tam icra olunana qədər qüvvədədir.

4. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət dilməsinə yol verilməməsi) onlara aydındır. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar