Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7565/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə” kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Panasonic” markalı ətçəkən, “Bosch” markalı şirəçəkən üçün 699,4 (altı yüz doxsan doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 69,6 (altmış doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Gorenje” markalı mikrodalğalı soba, “Gorenje” markalı soba, “LG” markalı paltaryuyan üçün 936,8 (doqquz yüz otuz altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 93,2 (doxsan üç manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1.799 manat borc, 37,99 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Panasonic” markalı ətçəkən, “Bosch” markalı şirəçəkən, “Gorenje” markalı mikrodalğalı soba, “Gorenje” markalı soba, “LG” markalı paltaryuyan almış və nəticədə 1.799 (bir min yeddi yüz doxsan doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.546,4 (bir min beş yüz qırx altı manat qırx qəpik) manat (18 ay x 77.8 manat + 146 manat ilkin ödəniş) olan “Panasonic” markalı ətçəkən, “Bosch” markalı şirəçəkən üçün ümumilikdə, 769 (yeddi yüz altmış doqquz) manat olmaqla ondan, 699,4 (altı yüz doxsan doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 69,6 (altmış doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.748,8 (üç min yeddi yüz qırx səkkiz manat səksən qəpik) manat (12 ay x 312.4 manat + 0 manat ilkin ödəniş) “Gorenje” markalı mikrodalğalı soba, “Gorenje” markalı soba, “LG” markalı paltaryuyan üçün ümumilikdə 1.030 (bir min otuz) manat olmaqla ondan, 936,8 (doqquz yüz otuz altı manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 93,2 (doxsan üç manat iyirmi qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.659 manat təşkil edir Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23095013 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Panasonic MK-ZJ2700KTQ” markalı ətçəkən, “Bosch MES4000” markalı şirəçəkən paltaryuyan həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Panasonic MK-ZJ2700KTQ” markalı ətçəkən, “Bosch MES4000” markalı şirəçəkən xx.xx.2021-ci il tarixli 23095013 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 23095013 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində hər ay 77,80 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 699,4 (altı yüz altmış doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 69,6 (altmış doqquz manat altmış qəpik) manat cərimə, ümumilikdə 769 (yeddi yüz altmış doqquz manat) borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23095007 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Gorenje BM235CLB” markalı mikrodalğalı soba, “Gorenje BO7530CLB” markalı soba, “LG F4M5VS6S”(Gümüşü) markalı paltaryuyan həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Gorenje BM235CLB” markalı mikrodalğalı soba, “Gorenje BO7530CLB” markalı soba, “LG F4M5VS6S”(Gümüşü) markalı paltaryuyan xx.xx.2021-ci il tarixli 23095007 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 23095007 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində hər ay 312,40 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 69,6 manat məbləğində deyil, 35 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehdən “Gorenje” markalı mikrodalğalı soba, “Gorenje” markalı soba, “LG” markalı paltaryuyan üçün 936,8 (doqquz yüz otuz altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 93,2 (doxsan üç manat iyirmi qəpik) manat cərimənin tutulması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına xx.xx.2020-ci il tarixli müqavilə ilə həmin müqaviləyə aid sənədlər əlavə edilmədiyindən və məhkəmə tərəfindən hazırki iddia tələbləri çərçivəsində tərəflərin arasında bağlanılmış bütün müqavilələrin qeydiyyatını yoxlamaq mümkün olmadığından, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 23095007 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə “Gorenje” markalı mikrodalğalı soba, “Gorenje” markalı soba, “LG” markalı paltaryuyan adlı əşyaların alqı-satqısı tənzimlənir. Lakin, o müqavilə iddia tələbləri ilə ehtiva edilmədiyindən, həmin müqavilə üzrə yaranmış hüquq münasibətləri hazırki iş üzrə yoxlanılmır. İddiaçının həmin müqavilə ilə bağlı cavabdehə qarşı məhkəmədə iddia irəli sürmək hüququ istisna edilmir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 23095007 saylı müqaviləyə əsasən “Panasonic” markalı ətçəkən, “Bosch” markalı şirəçəkən adlı əşyalara görə 699,4 (altı yüz doxsan doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7565/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7565/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver