Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7573/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh 03 aprel 2024 il tariхli, 109804-811333/1 saylı kredit müqaviləsi üzrə 1.173,29 manat məbləğində əsas bоrcu, 44,54 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1.217,83 (bir min iki yüz on yeddi manat səksən üç qəpik) manat məbləğində kredit bоrcunun, 03 aprel 2024 il tariхli, 109797- PC********** saylı kredit xətti müqaviləsi üzrə 218,18 manat məbləğində əsas bоrc, 19,36 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 237,54 (iki yüz otuz yeddi manat əlli dörd qəpik) manat məbləğində kredit borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 1.455,37 (bir min dörd yüz əlli beş manat otuz yeddi qəpik) manat məbləğində kredit borcunun və 34,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 aprel 2024 il tariхli, 109804-811333/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya ay müddətinə, illik 15% dərəcəsi ilə 2.500 (ikimin beş yüz) manat məbləğində krеdit vеrilmişdir. Bundan başqa, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 aprel 2024 il tariхli, 109797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə krеdit xəttiayrılmışdır. Həmin müqavilənin 2.11 bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.11-ci bəndində göstərilmiş hal yarandığına görə 03 aprel 2024 il tariхli, 109797-PC**********nömrəli kredit xətti müqaviləsi 25 dekabr 2024-cü il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən həmin tarixdə borcalanın borclu olduğu 313,78 manat məbləğində borc 12 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, Banka olan borclarını ödəməmişdir. 03 sentyabr 2025-ci il tarixinə cavabdehin 03 aprel 2024 il tariхli, 109804-811333/1 saylı kredit müqaviləsi üzrə 1.173,29 manat məbləğində əsas bоrcu, 44,54 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1.217,83 (bir min iki yüz on yeddi manat, səksən üç qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 03 sentyabr 2025-ci il tarixinə cavabdehin 03 aprel 2024 il tariхli, 109797-PC********** saylı kredit xətti müqaviləsi üzrə 218,18 manat məbləğində əsas bоrcu, 19,36 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 237,54 (iki yüz otuz yeddimanat,əlli dörd qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (“Bank”) ilə Cavabdeh (“Borcalan”) arasında 03 aprel 2024-cü il tarixdə 109804-811333/1 saylı istehlak kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən bu müqaviləyə uyğun olaraq Bank bu Müqavilənin 2-ci bəndində müəyyən edilmiş şərtlərlə Borcalana kredit xəttini açır, Borcalana isə İddiaçı ASC-nin Kredit və qeyri-kredit xidmətlərinin Ümumi Şərtləri (bundan sonra – Ümumi Şərtlər) və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini (bundan sonra “Əsas borc”), habelə kredit xəttindən istifadəyə görə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Banka ödəyir. Həmin müqavilənin 2.1.-ci maddəsinə əsasən 2.500 manat kredit verilir. Həmin müqavilənin 2.2.-ci maddəsinə əsasən kredit 24 ay müddətinə verilir. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən faktiki illik faiz dərəcəsi (FİFD) 15% təşkil edir. Müqavilənin 2.7-ci maddəsində gecikrimə faizin dərəcəsi 20% müəyyən olunmuşdur. 109804-811333/1 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə görə xx.xx.2024-cü il tarixdən 24 ay müddətinə cəmi 2.909,28 manat kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 03 aprel 2024-cü il tarixli 109804-811333/1 saylı kredit müqaviləsinə əsasən 1.173,29 manat əsas, 44,54 manat faiz, cəmi 1.217,83 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 03 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə borc bildirişi ünvanlanmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC (“Bank”) ilə Cavabdeh (“Borcalan”) arasında 03 aprel 2024-cü il tarixdə 109797-PC********** saylı istehlak kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən bu müqaviləyə uyğun olaraq Bank bu Müqavilənin 2-ci bəndində müəyyən edilmiş şərtlərlə Borcalana kredit xəttini açır, Borcalana isə İddiaçı ASC-nin Kredit və qeyri-kredit xidmətlərinin Ümumi Şərtləri (bundan sonra – Ümumi Şərtlər) və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini (bundan sonra “Əsas borc”), habelə kredit xəttindən istifadəyə görə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Banka ödəyir. Həmin müqavilənin 2.1.-ci maddəsinə əsasən 300 manat kredit verilir. Həmin müqavilənin 2.2.-ci maddəsinə əsasən kredit 36 ay müddətinə verilir. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən illik faiz dərəcəsi 24% təşkil edir. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən faktiki illik faiz dərəcəsi (FİFD) 24% təşkil edir. Müqavilənin 2.7-ci maddəsində gecikrimə faizin dərəcəsi 29% müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 25 dekabr 2024-cü il tarixli 109797-PC********** saylı kredit müqaviləsinə əsasən 218,18 manat əsas, 19,36 manat faiz, cəmi 237,54 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 25 dekabr 2024-cü il tarixli kredit müqaviləsi üzrə borc bildirişi ünvanlanmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh verilmiş kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da məhkəmə iddianın 34,27 (otuz dörd manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. 03 aprel 2024 il tariхli, 109804-811333/1 saylı kredit müqaviləsi üzrə 1.173,29 (bir min yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat məbləğində əsas bоrcu, 44,54 (qırx dörd manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu; 03 aprel 2024 il tariхli, 109797-PC********** saylı kredit xətti müqaviləsi üzrə 218,18 (iki yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində əsas bоrc, 19,36 (on doqquz manat otuz altı qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 1.455,37 (bir min dörd yüz əlli beş manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu və 34,56 (otuz dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7573/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7573/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver