Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7576/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X1 10 markalı telefon üçün 411 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********63594 olan Samsung Galaxy A52 markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, ümumilikdə 875 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X1 10 markalı telefon və İMEİ Kodu **********63594 olan Samsung Galaxy A52 markalı telefon almış və nəticədə 875 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 781 manat (12 ay x 59 manat + 73 manat ilkin ödəniş) Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X2 10 markalı telefon üçün ümumilikdə, 452 manat olmaqla ondan 411 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 manat (12 ay x 55 manat + 132 manat ilkin ödəniş) İMEİ KOD **********63594 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 423 manat olmaqla ondan, 385 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38 manat cərimə miqdarında borc yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 777 manat manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir, cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22429935 saylı, xx.xx.2021-ci il tarixdə 23264973 saylı müqavilələr bağlanmışdır, müqavilələrə əsasən "xxxx", Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X1 10 markalı telefon və İMEİ Kodu **********63594 olan Samsung Galaxy A52 markalı telefonu müştəriyə satmış, o isə malları müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktından görünür ki, Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X1 10 markalı telefon və İMEİ Kodu **********63594 olan Samsung Galaxy A52 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş cədvəllərinə əlavədən görünür ki, “Ödəniş cədvəli”nin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixə olan “Maliyyə və ödəniş cədvəli”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 875 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh xx.xx.2022-ci il tarixdə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa bir zamanda ödəməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Mİ qulaqlıq, Mİ Qulaqlıq, Mİ Qulaqlıq, İmei Kod **********15606 X1 10 markalı telefon dair xx.xx.2021-ci il tarixdə və İMEİ Kodu **********63594 olan Samsung Galaxy A52 markalı telefona dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələri bağlanmış, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetiməməklə - onların şərtlərini pozmuşdur. Hazırda cavabdehin müqavilələr üzrə iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 875 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu olmaqla, ümumilikdə 875 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu olmaqla, ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7576/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7576/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver