Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7599/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Yakubova Elionoranın cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi artıq ödənilmiş pulun geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Yakubova Elionora cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəfimizdən ödənilmiş 3.887,40 AZN məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması, və “xx.xx.2023cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəfimizdən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması” öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyi yanında X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Yakubova Elionora və alıcı X7 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə satıcı və alıcı arasında alqı-satqı müqaviləsi bağlanmışdır . 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X1 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1465 №-li məktuba əsasən daşınmaz əmlakın Alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445.000 manat 00 qəpik məbləğindən 3887 manat 40 qəpik manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441.112 manat 60 qəpik məbləği Nümayəndə1 – Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi, ev 137, mənzil 36, (AA*******, xx.xx.2019, ASAN 1, FİN: xxxxxxx, D/T: xx.xx.1978) müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında verilməsi üçün bankda olan ******************** №-li Depozit hesabına qəbul olunması xahiş edilmişdir. ABB-1 ******* nömrəli qəbzə əsasən xx.xx.2023-cü il tarixdə 441.112 manat 60 qəpik ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müvafiq mənzil üzrə 3.887,40 manat məbləğində vergi tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li, **********55-05301- 093069 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin xx.xx.2013-cü il tarixdən etibarən (alqı-satqı müqaviləsi bağlananadək) tam mülkiyyət üzrə hüquq sahibi Yakubova Elionora olmuşdur. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Yakubova Elionoranın (X10 vətəndaşı olan) mülkiyyətində Respublika üzrə hər hansı daşınmaz əmlakların (hazırda adına olan, satılan, bağışlanan və digər qaydada özgəninkiləşdirilən torpaqlar, evlər daxil olmaqla) olub-olmaması, əgər vardırsa, hansı tarixdən etibarən mövcud olması, onların barəsində məlumat və ünvanlarını əks etdirən arayış verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Y0156-8/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində Yakubova Elionoranın adına olan və özgəninkiləşdirilmiş əmlaklar barədə məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X14, ev 57, 52 saylı mənzil xx.xx.2013-cü il tarixdə Yakubova Elionoranın adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2410 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Elionora Yakubova ildə 2-3 dəfə ailəsilə (ildə minimum 1 dəfədə olsa) birgə Azərbaycana gəlmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzildə qalmışlar (alqı-satqı müqaviləsi bağlananadək). Qeyd edim ki, Azərbaycanda yeganə mülkiyyəti sonuncu qeyd etdiyim mənzil olmuşdur. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.2024-cü il tarixli, 3-23/2-K-1024-21-660/2024 saylı cavab məktubunda bildirilmişdir ki, vergi siyasəti və gəlirlər şöbəsində ödəmiş olduğunuz sadələşdirilmiş verginin geri qaytarılmasına köməklik göstərilməsi barədə 17 sentyabr 2024-cü il tarixli ərizənizə və əlaqəli sənədlərə baxılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələrin təsdiq edilməsinə münasibətdə notarius vergi agenti hesab olunur və ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 17.2-ci maddəsində vergi agentinin Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, maliyyə orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən təqdim edilmiş rəy, ərizə və şəxsi vəsiqədən çıxarışın surətləri əsasında vəsaitin qaytarılmasını təmin etməlidirlər. Vergi orqanları tərəfindən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq tərtib olunan rəy Maliyyə Nazirliyinə təqdim olunmadığından müraciətdə qeyd olunan vəsaitin qaytarılması imkan xaricindədir. Həmçinin, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsini xahiş etmişik (qoşmaya əlavə olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətiBakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-311326/2024 saylı cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Qeyd olunanlara əsasən bildirilir ki, tərəfinizdən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması üçün aidiyyəti üzrə alqı-satqı apardığınız xüsusi notariusa müraciət edilməli və xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməlidir. Eyni zamanda bildirilir ki, göndərilən sənədlərə Vergi Məcəlləsinin 218-1.1.5.1-1. bəndində qeyd olunduğu kimi, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğunu təsdiq edən arayış, əgər fiziki şəxs subaydırsa subaylıq haqqında arayış əlavə edilməlidir (qoşmaya əlavə olunur). X2 Birliyinə xx.xx.2023-cü il tarixli müraciət göndərilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə qaz abonent kodu və abunəçinin kim olması, həmçinin bağlanılmış abonent müqaviləsinin xx.xx.2013-cü il tarixdən hal-hazırki tarixədək kimin adına olması və hansı tarixdən etibarən onun adına olması barədə məlumat verilməsi və qeyd edilənlərə dair arayış təqdim edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə bağlanılmış qaz abonent müqaviləsinin və digər müqavilələrin surətlərinin təqdim edilməsi xahiş edilmişdir (müraciət və qəbz qoşma olaraq əlavə edilir). Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli, 14-2-2-4/2-K- 4xx-xx/2023-3550 saylı “Müraciətə baxılması barədə” cavab məktubu göndərilmiş və Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52 ünvanı üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə və ödəniş cədvəli bizə təqdim edilmişdir (məktub, müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-03449xx/xx-2021 saylı müqaviləyə əsasən “Azəriqaz” İB və Yakubova Elionara (ünvan: Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52) arasında müqavilə bağlanılmış və Yakubova Elionara tərəfindən 2014-ci il tarixdən etibarən 2023-cü il tarixə kimi davamlı şəkildə ödənişlər edilmiş və cəmi 1.747 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri əsas götürərək xx.xx.2023-cü il tarixdə 2 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisə müraciət ünvanlayaraq, ərizənin təmin edilməsini və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 manat məbləğin geri qaytarılmasını xahiş etmişik. Həmin müraciətə cavab olaraq, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 64 №-li cavab məktubu göndərilmiş və bildirilmişdir ki, Yakubova Elionora ABŞ vətəndaşı olduğundan və Azərbaycan Respublikasında 3 (üç) il daimi yaşamadığından xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə müraciət göndərilmişdir. Həmin müraciətin cavabından sonra məlumat veriləcəkdir. 2 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 192 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş Yakubova Elionaradan tutulmuş 3.887,40 vergi məbləğinin qaytarılması üçün ərinin və özünün adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətindən mülkiyyətində satılan əmlakın yeganə əmlak olması barədə arayış və kommunal ödənişlər barədə təqdim etdiyiniz arayışları möhürlə təsdiq edilmiş təqdim etməlisiniz və tələb olunan sənədlər iddiaçıya təqdim edildikdən sonra bizim tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vergi məbləğinin geri qaytarılması barədə müraciət göndəriləcəkdir. Tərəfimizdən yenidən xx.xx.2024-cü il tarixli müraciətlə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə göndərilmiş müraciətə cavab gəlibgəlməməsi barədə bizə məlumat verilməsi və həmin müraciətin (2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisitərəfindən Dövlət vergi xidmətinə göndərilmiş müraciətin) surətinin bizə təqdim edilməsi xahiş edilmişdir. Beləliklə yuxarıda göstərilən müraciətlərə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşuq. Belə ki, tərəfimizdən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,xx.xx.2023-cü il tarixli, AN-İ №11988811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılmasında köməklik edilməsi və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması öhdəliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 10345/2024 saylı Qərardadı iləiddia mümkün sayılmamış və bizə tövsiyyə edilmişdir ki, müvafiq məsələnin həlli ilə bağlıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək lazımdır (qərardad qoşma olaraq əlavə edilir). xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10345/2024 saylı Qərardadından şikayət verərək, şikayətimizin təmin edilməsini, iddiaçı Yakubova Elionoranın "xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 manat məbləğin geri qaytarılmasında köməklik edilməsi və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 manat məbləğin geri qaytarılması öhdəliyinin 2 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması” barədə iddiasının mümkün sayılmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10345/2024 saylı Qərardadının ləğv edilməsini və həmin inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişik (şikayət qoşmaya əlavə olunur). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4229/2024 saylı qərardadı ilə, məhkəmə işin ümumi məhkəmədə baxılmalı olduğu nəticəsinə gəlmiş, apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (qoşmaya əlavə olunur). Son olaraq, xx.xx.2025-ci il tarixdə 2 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək,ərizəmizin təmin edilməsini və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasəndaşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması üçün müvafiq göstərişlərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi müraciəti cavabsız qoymuş artıq ödənilmiş məbləğin geri qaytarılması üçün hüç bir tədbir görməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsini əsas götürərək, Yakubova Elionaranın mülkiyyətində yalnız 1 yaşayış sahəsi olduğunu nəzərə alaraq və onun həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən “Azəriqaz” İB tərəfindən təqdim edilmiş müqaviləni və ödəniş cədvəlini təqdim edərək, fiziki şəxs Yakubova Elionaranın vergidən azad olduğunu hesab edirəm. Bu səbəbdən Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsaslanaraq,xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılmasına zəruriyyət yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin X1 tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, AN-İ№1198811 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Yakubova Elionora alıcı X5 Bakı şəhər, Nəsimi rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 nömrəli mənzili 445000 manata satmışdır, həmin müqavilədən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan mənzilə görə satıcı Yakubova Elionoradan 3887,40 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı- satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsi və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 manat məbləğin geri qaytarılması öhdəliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması “barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-4229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin X1 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 -Bakı Şəhəri, Nəsimi Rayonu. X14, Ev 57, Mənzil 44 (ŞV:AA0373217, xx.xx.2019. ASAN 2; FİN: 36FPM1Y; d/t:xx.xx.1976) daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445000 manat 00 qəpik (dörd yüz qırx beş min manat sıfır qəpik) məbləğindən 3887 manat 40 qəpik (üç min səkkiz yüz səksən yeddi manat 40 qəpik) manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441112 manat 60 qəpik (dörd yüz qırx bir min yüz on iki manat 60 qəpik) məbləği Nümayəndə1- Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami Küçəsi, Ev 137, Mənzil 36, Mən (AA*******, xx.xx.2019, ASAN 1; FİN: xxxxxxx; d/t: xx.xx.1978) müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün bankınızda olan ******************** №-li Depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallaında olan ******* nömrəli ABB tərəfindən verilən çekdən görünür ki, 441 112 manat pul xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Nümayəndə1 ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X14, ev 57, 52 saylı mənzil xx.xx.2013-cü il tarixdə Yakubova Elionarının adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2410 reyestr nömrəli xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Yakubova Elinora ilə Azəriqaz İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-03449xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş gasrepdən görünür ki, Yakubova Elinoraya məxsus ünvan 1 ünvanı qazla təmin edilmişdir, tərəfindən 2014-2023 illər arasında ödənişlər mövcud olmuşdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2024cü il tarixli məktubdan görünür ki, notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə əsasən bildirilmişdir ki, Yakubova Elionara ABŞ vətəndaşı olduğundan və Azərbaycan Respublikasında 3 il daimi yaşamadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətandaşın vergidən azad olub olmaması barədə müraciət göndərilmişdir, həmin müraciətin cavabından sonra məlumat veriləcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması üçün aidiyyəti üzrə alqısatqı apardığınız xüsusi notariusa müraciət edilməli və xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməlidir. 24.09 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 59 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 24.1.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 24.1.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz hərəkətləri nəticəsində vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 218-1.1.5.1-1-ci maddəsinə əsasən, vergidən azad olma şərtlərinə aiddir: fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ№1198811 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Yakubova Elionoranın nümayəndəsi Nümayəndə1 Bakı şəhər, Nəsimi rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 nömrəli mənzili alıcı X5 445000 manata satmışdır, həmin müqavilədən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan mənzilə görə satıcı Yakubova Elionoradan 3887,40 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin X1 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 -Bakı Şəhəri, Nəsimi Rayonu. X14, Ev 57, Mənzil 44 (ŞV:AA0373217, xx.xx.2019. ASAN 2; FİN: 36FPM1Y; d/t:xx.xx.1976) daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445000 manat 00 qəpik məbləğindən 3887 manat 40 qəpik manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441112 manat 60 qəpik məbləği Nümayəndə1- Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami Küçəsi, Ev 137, Mənzil 36, Mən (AA*******, xx.xx.2019, ASAN 1; FİN: xxxxxxx; d/t: xx.xx.1978) müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün bankda olan ******************** №-li Depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ******* nömrəli ABB tərəfindən verilən çekdən görünür ki, 441 112 manat pul xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Nümayəndə1 ödənilmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, əsas məbləğ iddiaçının nümayəndəsinə ödənilmiş ümumi məbləğdən 3887,40 manat sadələşdirilmiş vergi məbləği tutulmuşdur. Hazırda məhkəmə hesab edir ki, iddiaçı ondan əsassız olaraq tutulmuş vergi məbləğini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi vergidən azad olma şərtlərinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X14, ev 57, 52 saylı mənzil xx.xx.2013-cü il tarixdə Yakubova Elionarının adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2410 reyestr nömrəli xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Yakubova Elionarının mülkiyyətində başqa əmlakı olmamış, yeganə əmlakı satdığı Bakı şəhəri, Nəsimi rayonu, X14, ev 57, 52 saylı mənzili olmuş, habelə iş materiallarına əlavə edilmiş, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-03449xx/xx- 2021 saylı, xx.xx.2021-ci il tarixli müqaviləsindən də görünür ki, abonent kimi həmin mənzildə qeydiyyatda olmuş və ödənişlər etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3- cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3- cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7599/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7599/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver