Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7619/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş zərərə görə 583,81 (beş yüz səksən üç manat səksən bir qəpik) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik, ümumilikdə 614,21 (altı yüz on dörd manat iyirmi bir qəpik) məbləğində pulun alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində **-JF-*** DQN-lı “X3 Yük” markalı avtomobilin sürücüsü Cavabdeh olu Bakı şəhəri Sabunçu rayonu A.Əsədullayev küçəsi ilə hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JO-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusu sağ arxa yan tərəfindən vurmuş və bununla da yol-nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən araşdırılaraq cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati xəta haqqında qərar tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmışdır. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0658 saylı Zərər Aktına əsasən **-JO-*** DQN-lı avtobusa 583,81 (beş yüz səksən üç manat səksən bir qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ermişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. İşin halları İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə **-JF-*** dövlət qeydiyyat nişanlı “X3 Yük” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Bakı şəhəri Sabunçu rayonu A.Əsədullayev küçəsi ilə hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JO-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusu sağ arxa yan tərəfindən vurmuş və bununla da yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə İddiaçı MMC-yə məxsus **-JO-*** DQN-lı “BMC Procity Avtobus” markalı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. “İcbari Sığorta Bürosu”nun internet informasiya sistemindən alınan məlumata əsasən müəyyən edilmişdir ki, hadisə baş verən vaxt Cavabdeh məxsus **-JF-*** dövlət qeydiyyat nişanlı “X3 Yük” markalı nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin əmlakına maddi ziyan dəymişdir. Beləliklə, iddiaçının əmlakına dəymiş ziyan aradan qaldırılmalıdır. Lakin hadisə baş verən zaman Cavabdeh avtomobilinin icbari sığortası olmadığı üçün əmlaka dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanmamışdır. Belə olan halda, iddiaçı əmlakına dəymiş ziyanı cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nın əmlakına dəymiş maddi ziyana görə 583,81 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin ödənilməsi ilə məqsədi ilə iddiaçıya məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçıya vurulmuş maddi zərərin məbləğinin cavabdehdən alınmaqla yanaşı eyni zamanda iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 583,81 (beş yüz səksən üç manat səksən bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik, ümumlikdə 614.21 (altı yüz on dörd manat, iyirmi bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7619/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7619/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver