Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7620/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN, Soba HOFFMANN, Dr.Beckmann Soba təmizləyən gel, Dr.Beckmann Oxy magic üçün 1384.4 manat ödənilməmiş hissə, 138 manat cərimə pulu, 31.03.2020- ci il tarixli müqaviləsinə əsasən Samsung LED Tv üçün 457 manat ödənilməmiş hissə, 45 manat cərimə; 16.03.2020- ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********10897 X2 8 markalı telefon üçün 199.3 manat ödənilməmiş hissə, 19.7 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********78465 X2 8 Pro markalı telefon üçün 120 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Soyuducu HOFFMANN, Aspirator HANSA, Dr.Beckmann Steklokeramika təmziləyici krem, Sobalar uchun yuksək təsirli təmizləyici vasitə, Plitə HOFFMANN, X3, LG OK55 musiqi mərkəzi üçün 515 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə 2942 manat borc, 49.42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN, Soba HOFFMANN, Dr.Beckmann Soba təmizləyən gel Dr.Beckmann Oxy magic, Samsung LED Tv, İmei kodu **********10897 X2 8 markalı telefon, İmei kodu **********78465 X2 8 Pro markalı telefon, Soyuducu HOFFMANN, Aspirator HANSA, Dr.Beckmanr Steklokeramika təmziləyici krem, Sobalar uchun yuksektesirli temizleyici vasite, Plitə HOFFMANN, X3, LG OK55 musiqi mərkəzi, almış və nəticədə 2942 (iki min doqquz yüz qırx iiki) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2694.6 manat olan Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN, Soba HOFFMANN, Dr.Beckmann Soba təmizləyən gel, Dr.Beckmann Oxy magic üçün ümumilikdə 1523 manat olmaqla, ondan, 1384.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.6 manat cərimə pulu, 31.03.2020- ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1062 manat olan Samsung LED Tv üçün ümumilikdə 502 manat olmaqla, ondan, 457 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 598.8 manat olan, İmei kodu **********10897 X2 8 markalı telefon üçün ümumilikdə 219 manat olmaqla, ondan, 199.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.7 manat cərimə, 16.02.2020- ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 599 manat olan, İmei kodu **********78465 X2 8 Pro markalı telefon üçün ümumilikdə 132 manat olmaqla, ondan, 120 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3038.4 manat olan, Soyuducu HOFFMANN, Aspirator HANSA, Dr.Beckmann Steklokeramika təmziləyici krem, Sobalar uchun yuksək təsirli təmizləyici vasitə, Plitə HOFFMANN, X3, LG OK55 musiqi mərkəzi üçün ümumilikdə 566 manat olmaqla, ondan, 515 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 manat cərimə, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixində Soyuducu HOFFMANN və X1, xx.xx.2020-ci il tarixində isə Aspirator HANSA, Plitə HOFFMANN, 2 ədəd X1 imtina etmiş və məhsullar 2021.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 502 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2021.4 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2793.7 manat təşkil edir. Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri təqdim edilmiş və iddiaçı "xxxx" MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, 01168508 №-li müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMCdən Plitə HOFFMANN, Soyuducu HOFFMANN, Aspirator HANSA, Dr.Beckmann Steklokeramika təmziləyici krem, Sobalar uchun yuksək təsirli təmizləyici vasitə, Plitə HOFFMANN, X3, LG OK55 musiqi mərkəzi almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Dr.Beckmann Steklokeramika təmziləyici krem, Sobalar uchun yuksək təsirli təmizləyici vasitə, X3, LG OK55 musiqi mərkəzi təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli, 20180391 №-li müqaviləsinə əsasən cavabdeh, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********10897 X2 8 markalı telefon almışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-dən X2 8 markalı telefon təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli, 20209130 №-li müqaviləsinə əsasən cavabdeh, Cavabdeh "xxxx" MMC-dən İmei kodu Samsung LED Tv markalı televizor almışdır. xx.xx.2019-cu il tarixli, 01171802 №-li müqaviləsinə əsasən cavabdeh, Cavabdeh "xxxx" MMC-dən İ Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN, Soba HOFFMANN, Dr.Beckmann Soba təmizləyən gel, Dr.Beckmann Oxy magic almışdır. xx.xx.2019-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-dən Dr.Beckmann Soba təmizləyən gel, Dr.Beckmann Oxy magic təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli, 20108163 №-li müqaviləsinə əsasən cavabdeh, Cavabdeh "xxxx" MMC-dən mei kodu **********78465 X2 8 Pro markalı telefon almışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-dən X2 8 Pro markalı telefon təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə Cavabdeh 2675,7 manat ödənilməmiş hissə, 266,3 manat cərimə, cəmi 2942 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 49,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 2942 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 2942 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1384,4 manat ödənilməmiş hissə, 138,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 457 manat ödənilməmiş hissə, 45 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 199,3 manat ödənilməmiş hissə, 19,7 manat cərimə, xx.xx.2019-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2019-ci il tarixli müqavilə üzrə 515 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə 2942 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,42 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1384,4 manat ödənilməmiş hissə, 138,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 457 manat ödənilməmiş hissə, 45 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 199,3 manat ödənilməmiş hissə, 19,7 manat cərimə, xx.xx.2019-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2019-ci il tarixli müqavilə üzrə 515 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə 2942 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,42 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7620/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7620/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver