Məhkəmə qərarları › İş №e-2(011)-7636/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7636/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7636/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayeva Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 357610-1-39768 nömrəli “yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması”na əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 3.427,68 manat məbləğində əsas borc, 206,86 manat məbləğində faiz borcu, 134,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.768,84 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 57,69 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli 357610-1-39768 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması” bağlanılmışdır və illik 20,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə 4.029 manat məbləğində kredit ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka, ümumilikdə 3.768,84 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin” 7.1-ci maddəsinə görə kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. Həmin Şərtlərin 7.5-ci maddəsinə görə müştəri krediti və kredit faizini ödəniş cədvəlinə (kredit müqaviləsinə əlavə) uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Şərtlərin 7.23.3-cü maddəsinə görə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər müştəri tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə. habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edilə bilər. Həmin Şərtlərin 7.26.14-cü maddəsinə görə kredit kartları üzrə isə hər gecikdirilən gün üçün ərizədə göstərilən məbləğdə cərimə hesablanır və müştəri tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən görünür ki, Cavabdeh 59 ay müddətində, illik 20,5% ödəmək şərti ilə 4029 manat məbləğində kreditin verilməsinə dair müraciət etmişdir. Həmin ərizədə bankın aksepti qeyd edilmişdir. Müştəri bəyanatları bölməsində müştərinin “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olması və onları qəbul etməsi qeyd edilmişdir. Müştəri aksept aldığını və kreditə dair xidmətləri göstərmək haqqında müqaviləni bağladığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 357610-1-39768 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2022-xx.xx.2027-ci il tarixlərində cəmi 6.427,50 manat məbləğində kredit ödənişinin (4.029 manat əsas məbləğ, 2.398,50 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə qeyd edilən müqavilə üzrə 3.427,68 manat məbləğində əsas, 206,86 manat faiz, 134,30 manat məbləğində cərimə, cəmi 3.768,84 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan Bank "xxxx" ASC tərərfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, 357610-1-39768 müqavilə üzrə Cavabdeh hesabına 4.029 manat vəsait köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın 57,69 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş Bank "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” və xx.xx.2022-ci il tarixli, 357610-1-39768 saylı razılıq ərizəsinə əsasən, 3.427,68 (üç min dörd yüz iyirmi yeddi manat altmış səkkiz qəpik) manat əsas borc, 206,86 (iki yüz altı manat səksən altı qəpik) manat faiz borcu, 134,30 (bir yüz otuz dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.768,84 (üç min yeddi yüz altmış səkkiz manat səksən dörd qəpik) manat məbləğində borc məbləği və 57,69 (əlli yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar