Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7637/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********89699 İPHONE 13 PRO markalı telefon üçün 3655,4 manat ödənilməmiş hissə, 1125 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE adapter üçün, 1536.5 manat ödənilməmiş hissə, 470.1 manat dəbbə pulu olmaqla, ümumilikdə 6787 manat borcun və 87.87 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.S.Tomayev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kod **********89699 İPHONE 13 PRO markalı telefon, İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE ADAPTEaRlmış və nəticədə 6787 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4507,2 manat (18 ay x 250.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89699 İPHONE 13 PRO markalı telefon üçün ümumilikdə, 4780,4 manat olmaqla ondan, 3655,4 manat ödənilməmiş hissə, 1125 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4041 manat (18 ay x 224.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE ADAPTEüRçün ümumilikdə, 2006,6 manat olmaqla ondan, 1536,5 manat ödənilməmiş hissə, 470.1 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3356.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda D.S.Tomayev iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında həmin ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3655,4 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1536,5 manat olmaqla, cəmi 5191,9 manat məbləğində qəbul edir, qalan hissədə qəbul etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 03021177 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********89699 İPHONE 13 PRO markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İMEİ kodu **********89699 İPHONE 13 PRO markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 23177713 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE Adapteri müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İMEİ kodu **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE ADAPTER Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********89699 İPHONE 13 PRO markalı telefon üçün 3655.4 manat ödənilməmiş hissə, 1125 manat dəbbə olmaqla, 4780,4; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE ADAPTER üçün, 1536.5 manat ödənilməmiş hissə, 470.1 manat dəbbə pulu olmaqla, ümumilikdə 2006,6 manat borcu olmaqla, hər iki müqavilə üzrə cəmi, 5191,90 manat ödənilməmiş borc, 1595,10 manat dəbbə pulu təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, cavabdehdən borcunu 3 (üç) gün ərzində ödəməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 88,27 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İmei kod **********89699 İPHONE 13 PRO markalı telefona dair xx.xx.2022-ci il tarixli, İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE adapterə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş ödənişləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu 5191,9 manat ödənilməmiş hissə təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 70 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********89699 İPHONE 13 PRO markalı telefon üçün və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********70222 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kod **********42927 İPHONE 12 PRO markalı telefon, APPLE ADAPTER üçün 5191,9 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu olmaqla, ümumilikdə 5261,9 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumuna görə ödənilmiş 72,62 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 5191,9 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, ümumilikdə 5261 (beş min iki yüz altmış bir) manat 90 (doxsan) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 62 (altmış iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7637/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7637/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver