Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7637/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 – iddiaçı "xxxx" ASC-nin kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı – 4.166,00 (dörd min yüz altmış altı) manat sığorta ödənişi məbləğinin və 61,60 (altmış bir manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 4.227,60 (dörd min iki yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284- 3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 284-3.2.4-cü maddəsinə görə tələbin əsaslılığını təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, mövcud kiçik iddia ərizəsi tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilmədən verildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaya əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinə (cavabdeh Əli Əhmədova qarşı) ünvanlanmış iddia ərizəsi, vət. X2 barəsində toplanılmış inzibati xətaya dair materiallar və sair əlaqəli materialların bu işlə (Cavabdeh qarşı yönlənmiş iddia tələbi ilə) əlaqəsinə izah verilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı – 4.166,00 (dörd min bir yüz altmış altı) manat sığorta ödənişi məbləğinin və 61,60 (altmış bir manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 4.227,60 (dörd min iki yüz iyirmi yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7637/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7637/2025
30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver