Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7643/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 2 saylı evin 1 saylı mənzilin (bundan sonra – Mənzil) mülkiyyətçisi olmuşdur, hazırda həmin Mənzildə yaşamır. Bağırov Asif ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında Mənzil xx.xx.2009-cu il tarixində “K@TV 1” kabel şəbəkəsinə qoşulub, xx.xx.2015-ci il tarixdə son ödəməsini etməklə borcsuz şəbəkədən ayrılmışdır (iddiaçının xx.xx.2022-ci il tarixli arayışı).
2. xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin də iştirakı ilə Mənzilə baxış keçirilərkən Mənzilin K@TV 1” kabel şəbəkəsinə lazımi qaydada müqavilə bağlamadan qanunsuz qoşulması aşkar edilərək, bu barədə müvafiq olaraq 2512 N saylı akt tərtib edilmişdir.
3. Həmçinin, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin də iştirakı ilə Mənzilə baxış keçirilərkən Mənzilin K@TV 1” kabel şəbəkəsinə lazımi qaydada müqavilə bağlamadan qanunsuz qoşulması aşkar edilərək, bu barədə müvafiq olaraq 4088 N saylı akt tərtib edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 66 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 196 manat 40 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulması barədbarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.66 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən A.Cəlilov küç., ev 2, mənzil 1ünvanda yerləşən yaşayış sahəsi 1991-ci il tarixdən cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixdə həmin ünvanda yaşayan Bağırov Asif iləİddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 15 manat 90 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mutəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2512 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2015-ci il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş , bu barədə müvafiq olaraq 4088 N saylı akt tərtib edilmişdir. Beləliklə də, qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, müqailə iddiaçı ilə oğlu arasında bağlanmışdır. Onlar mənzildən köçüb getmişdir. O, kabel televiziyasına özbaşına qoşulmamışdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
10. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Maddə 115.0.5 Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, Bakı şəhəri Xətai rayon MKTB-nin 66 saylı MKİS tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş 536 nömrəli arayışda qeyd edilmişdir ki, Mənzildə cavabdeh qeydiyyatdadır və Mənzilin mülkiyətçisidir.
21. İddiaçı tərəfindən tərtib edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa görə cavabdehin oğlu Asif Bağırov müqavilə əsasında Mənzildə “K@TV 1” kabel şəbəkəsindən istifadə edilmiş və xx.xx.2015-ci il tarixdə 15,90 manat borcla şəbəkədən ayrılmışdır.
22. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir.
24. İşin halları ilə müəyyən edilir ki, Mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, orada iddiaçı ilə heç bir müqavilə bağlanmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma olmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən istifadə edilmişdir. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdehə məxsus mənzildən isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurulmuşdur.
25. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 66 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, həmin ünvanda yerləşən cavabdehin ünvanına sonuncu baxış keçirildiyi tarixdən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu tarixə qədər olan müddət 20 gün təşkil edir. Bu isə hər gün 30 qəpik maddi ziyan hesablanmaq şərti ilə 66 manat məbləğində təşkil edir.
26. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində nümayəndəyə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən xidmət haqqı ağlabatan məbləğdə, yəni 30 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə hesab edir ki, iddia tələbi 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı verilmişdir. Azərbaycan Respublikası “Dövlət Rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 66 manat məbləğində, nümayəndəyə çəkilən xərclərin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə (K@TV1) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Pərviz Zamanlı