Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-765/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin məcburi icrası zamanı 4851.91 manat pul məbləğinin və 68,52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)- 3411/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh və zamin İddiaçı birgə qaydada 12.134 ABŞ dolları əsas 2.396,49 ABŞ dolları faiz, cəmi 14.530,49 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qərarı verilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Məhkəmə əmrinin icrası zamanı Xətai rayon İcra Şöbəsi tərəfindən kreditə zamin olan iddiaçının həm rəsmi işlədiyi "xxxx" ASC-nə, həm də təqaüdünə gəlirlərinin 50%-nin tutulub bankın hesabına köçürülməsi barədə icra sənədləri daxil olmuşdur. Bunun nəticəsində sözü gedən məhkəmə əmrinin icrası zamanı onun ümumi olaraq gəlirindən 4851.91 manat pul məbləği tutulmuşdur. İddiaçı bildirmişdir ki, Xətai rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə borc öhdəliyi, xx.xx.2024-cü il tarixində tam olaraq icra edilmiş və iş üzrə tələbkar tərəfindən borcun bitməsinə dair xitam məktubu verilmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O verdiyi izahatında bildirmişdir ki, cavabdeh ona cəmi 900 manat geri qaytarmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O verdiyi izahatında bildirmişdir ki, o iddiaçının ödədiyi ödənişləri ona geri qaytarmışdır. İşin halları 84576/2016-1-27/1 saylı, 03 avqust 2022-ci il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-27 saylı İcra İşi üzrə İddiaçı 192,82 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-27/1 saylı, 08 sentyabr 2022-ci il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-27 saylı İcra İşi üzrə İddiaçı 192,82 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-27/1 saylı, 07 oktyabr 2022-ci il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-27 saylı İcra İşi üzrə İddiaçı 192,82 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-27/1 saylı, 05 oktyabr 2023-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-27 saylı İcra İşi üzrə İddiaçı 346,58 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 02 noyabr 2023-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 346,58 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 01 dekabr 2023-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 346,58 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 03 yanvar 2024-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 346,58 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 02 fevral 2024-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 346,58 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 01 mart 2024-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 385,40 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-35/1 saylı, 03 aprel 2024-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-35 saylı İcra İşi üzrə İddiaçı 385,40 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. 84576/2016-1-18/1 saylı, 01 may 2024-cü il tarixli İnkasso Sərəncamına əsasən 84576/2016-1-18 saylı İcra İşi üzrə İddiaçı 385,40 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 7 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" ASC-də mühafizəçi işləyən İddiaçı əmək haqqından ümumilikdə 1384,35 manat tutularaq "xxxx" ASC-yə köçürülmüşdür. "xxxx" ASC tərəfindən Xətai Rayon İcra Şöbəsinə göndərilmiş 797İB saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3411/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdirlər (h/n 3811001RF**********C). Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu Cavabdeh və zamin İddiaçı tərəfindən "xxxx" ASC-yə 14530,49 ABŞ dolları borcun ödənilməsi əmr edilmişdir. Əsas borclu Cavabdeh "xxxx" ASC qarşısında öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən borcun 4851,91 manat hissəsi məcburi qaydada zamin İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Eyni zamanda məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçıdan məcburi şəkildə tutulmuş borcun 900 manat olan hissəsi cavabdeh tərəfindən ona geri qaytarılmışdır. Belə olan halda zamin olaraq İddiaçı ondan məcburi qaydada tutulmuş borcun qalıq 3951.91 manat hissəsinin əsas borclu Cavabdeh tutularaq ona ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 3951.91 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Cavabdeh zamin olaraq iddiaçının ödədiyi pulları İddiaçı qaytarması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini mövcud olmayan kimi rədd edir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 59,51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 3951.91 (üç min doqquz yüz əlli bir manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59.51 (əlli doqquz manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-765/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-765/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver