Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7704/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Kazımova Aysel Qədir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxaraq, tərələr arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxaraq, bankla aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-cı il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Bəhruz Qayıbov oğlu və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 arasında xx.xx.2025-cı il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixinə BƏS-də 17.099,81 (on yeddi min doxsan doqquz manat, 81 qəpik) manat əsas, 12.537,66 (on iki min beş yüz otuz yeddi manat, 66 qəpik) manat faiz, 4.490,93 (dörd min dörd yüz doxsan manat, 93 qəpik) manat köçürülmüş faizlər və 5.004,34 (beş min dörd manat, 34 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 5.000 (beş min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 21.000 (iyirmi bir min) manat məbləğində borcun 21 (iyirmi bir) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2026-cı ilin yanvar ayından başlayaraq, hər ay 1.000 (bir min) manatın ödənilməsi öhdəliyini cavabdeh-borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 21.000 (iyirmi bir min) manat borc məbləğinin cavabdeh-borclu tərəfindən ödənilməsinə 21 (iyirmi bir) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci maddəsində göstərilən borc məbləği tam şəkildə cavabdeh- borclu, cavabdeh-birgə borcalan və cavabdeh-zamindən tutulacaqdır, iddiaçı cavabdeh-borcluya, cavabdeh-birgə borcalana və cavabdeh-zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.5. Tərəflər təsdiq edirlər ki, bu sazişin 2.2-ci bəndi cavabdeh-borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7704/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7704/2025
20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver