Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7707/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7.282,92 manat əsas borc, 146,14 manat faiz borcu və 5,84 manat cərimə borcu olmaqla cəmi 7.434,9 manat borcun tutulması, Cavabdeh2 İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 360,37 manat əsas borc, 6,81 manat faiz, 0,1 manat cərimə borcu olmaqla cəmi 367,28 manat məbləğində borcun və 98,02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22% faizlə 48 ay müddətinə 8.000 manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 25%-lə 48 ay müddətinə 400 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci il mayın 19-dək Cavabdeh2 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7.282,92 manat əsas borc, 146,14 manat faiz borcu və 5,84 manat cərimə borcu olmaqla cəmi 7.434,9 manat borcu vardır. 2025-ci il mayın 19-dək Cavabdeh2 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 360,37 manat əsas borc, 6,81 manat faiz, 0,1 manat cərimə borcu olmaqla cəmi 367,28 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı "xxxx" ASC iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 114,42 manat əsas borc, 20,49 manat faiz borcu, 0,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 135,38 manat borcun, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7.282,92 manat əsas borc, 146,14 manat faiz borcu və 5,84 manat cərimə borcu olmaqla cəmi 7.434,9 manat borcun tutulması və 98,02 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən məhkəmə iclasında iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməklərinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 808-TK-2-0-6117-24 saylı “Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə qoşulma, Bank hesablarının açılması, Ödəniş kartının emissiyası və verilməsinə dair müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh2 "xxxx" ASC-nin “Fiziki şəxslərə göstərilən Bank xidmətlərinin tənzimlənməsi üzrə” Standart Şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və həmin Standart Şərtlərin gələcəkdə Müştəri ilə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini, Bank isə Azərbaycan Respublikası qanunvericiliyinə, tərəflər arasında imzalanan Müqavilələrə və Standart Şərtlərə uyğun olaraq Müştəriyə müvafiq bank xidmətlərini göstərəcəyini təsdiq edir. İş materiallarında olan “xx.xx.2024-cü il tarixli, 808-TK-2-0-6117-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqavilə üzrə Əlavə № 1”-in məzmunundan görünür ki, Cavabdeh2 "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razıdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1” Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 7.282,92 manat əsas borc, 146,14 manat faiz borcu və 5,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.434,9 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 808-TK-2-0-6117-24 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 360,37 manat əsas borc, 6,81 manat faiz borcu və 0,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 367,28 manat borcu vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 6.566,11 manat əsas borc, 827,34 manat faiz borcu və 142,95 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.536,4 manat borcu vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2024-cü il tarixli 808-TK-2-0-6117-24 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 114,42 manat əsas borc, 20,49 manat faiz borcu və 0,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 135,38 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli 808-TK-2-0-6117-24 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 6- Z1-1-0-3111-24 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı istehlak krediti müqaviləsinin 1.1 maddəsinə əsasən Bank "xxxx" ASC 48 ay müddətinədək, illik 22% ödəmək şərtilə, 8.000 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və ona bank hesabı (carı,kredir) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 6-Z1-1-0-3111-24 saylı Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə qoşulma və Bank hesabının açılmasına dair müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh2 "xxxx" ASC-nin “Fiziki şəxslərə göstərilən Bank xidmətlərinin tənzimlənməsi üzrə” Standart Şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və həmin Standart Şərtlərin gələcəkdə Müştəri ilə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini, Bank isə Azərbaycan Respublikası qanunvericiliyinə, tərəflər arasında imzalanan Müqavilələrə və Standart Şərtlərə uyğun olaraq Müştəriyə müvafiq bank xidmətlərini göstərəcəyini təsdiq edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, Z/16029/24 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0- 3111-24 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 6-Z1-1-0-3111-24 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə görə xx.xx.2024-xx.xx.2028-ci il tarixlərində aylıq 252,05 manat, xx.xx.2028-ci il tarixdə 251,94 manat olmaqla kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. Ödəniş cədvəli Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2204-********** kodlu məxaric qəbzindən görünür ki, 8.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 ödənilmişdir. İş materiallarına hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, işdən görünür ki, maliyyə sənədləri üzrə Cavabdeh2 hazırda xx.xx.2024cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 6.566,11 manat əsas borc, 827,34 manat faiz borcu və 142,95 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.536,4 manat borcu vardır. Bu müqavilə üzrə digər Cavabdeh1 zamindir. Həmçinin, Cavabdeh2 digər xx.xx.2024-cü il tarixli 808-TK-2-0-6117-24 saylı müqavilə üzrə "xxxx" ASC-nə 114,42 manat əsas borc, 20,49 manat faiz borcu və 0,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 135,38 manat borcu vardır. Bu müqavilə üzrə digər Cavabdeh1 zamin olması iş materialları ilə təsdiq olunmur. Dəqiqləşmiş iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 114,42 manat əsas borc, 20,49 manat faiz borcu, 0,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 135,38 manat borcun; Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7.282,92 manat əsas borc, 146,14 manat faiz borcu və 5,84 manat cərimə borcu olmaqla cəmi 7.434,9 manat borcun tutulması və 98,02 manat dövlət rüsumunun tutulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh həmin kreditlərdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə qeyd edir ki, zaminlik xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı müqaviləyə aid olduğundan, digər müqaviləyə aid hissədə Cavabdeh1 aid iddia təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli, 6-Z1-1-0-3111-24 saylı müqaviləyə aid hissədə məhkəmə qeyd edir ki, Cavabdeh2 bu kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, bu kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə qeyd edir, ki maliyyə sənədləri üzrə əsas borcun daha az məbləğdə olması öz təsdiqini tapdığından, iddia qismən təmin edilərək əsas borcla bağlı sonuncu maliyyə göstəriciləri əsas götürülməlidir. Bununla da, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 6.566,11 manat əsas borc, 146,14 faiz borcu, 5,84 manat cərimə borcu olmaqla, cəmi 6.718,06 manat borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Bu müqavilə ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli arayışda əsas borc 7.282,92 manat, faiz borcu 146,14 manat, cərimə 5,84 manat göstərilmişdir. xx.xx.2026-cı il tarixli arayışda isə əsas borc 6.566,11 manat, faiz borcu 827,34 manat, cərimə 142,35 manat göstərilmişdir. Əsas borc azaldığı halda, faiz borcun kəskin dəyişməsi səbəbləri iş materialları ilə müəyyən edilmədiyindən, məhkəmə cərimə və faiz hissəsində ilkin arayışın göstəricilərini əsas tutmağı məqsədəmüvafiq hesab edir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 114,42 manat əsas borc, 20,49 manat faiz borcu, 0,47 manat cərimə borcu olmaqla, cəmi 135, manat borc məbləği Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 98,02 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 98,02 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 6.566,11 (altı min beş yüz altmış altı manat on bir qəpik) manat əsas borc, 146,14 (bir yüz qırx altı manat on dörd qəpik) faiz borcu, 5,84 (beş manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.718,06 (altı min yeddi yüz on səkkiz manat altı qəpik) manat borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 114,42 (bir yüz on dörd manat qırx iki qəpik) manat əsas borc, 20,49 (iyirmi manat qırx doqquz qəpik) manat faiz borcu, 0,47 (qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 135,38 (bir yüz otuz beş manat otuz səkkiz qəpik) manat borc məbləği Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. 98,02 (doxsan səkkiz manat iki qəpik) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7707/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7707/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver