Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7728/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2573756Vəkil1, Cavabdeh Miraəli oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh oğluna qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Miraəli oğlundan 2023-cü ilin yanvar ayından başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmaqla hər ay 250 manat və xəstəliyi üçün nəzərdə tutulmuş 100 manat artırılaraq 160 manat olmaqla, cəmi 410 manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 adlı bir övladları dünyaya gəlmişdir. İlk vaxtlar münasibəti normal olsa da sonradan münasibətləri pisləşmiş və birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Aralarındakı nikah formal xarakter daşımışdır. Ona görə də uşağın saxlanması üçün aliment təyin edilməsi məqsədilə 2017-ci ildə məhkəməyə müraciət edilib. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 7692/2017 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh Miraəli oğlundan hər ay cəmi 137 manat tutularaq İddiaçı ödənməsini və müalicəsinin davam etdiyi müddət ərzində əlavə xərclərə görə hər ay 100 manat məbləğində müalicə xərci İddiaçı tutulması qət edilmişdir. Hazırki durumda iddiaçı uşağını saxlamaqda böyük çətinliklərlə qarşılaşmışdır, onun xəstəliyinə çəkilən xərci, təhsil və başqa xərclərini təmin edə bilmir. Valideynləri də xəstə olduğundan və özləri də maddi cəhətdən çətin vəziyyətə düşdüyündən iddiaçıya heç bir maddi köməklik göstərə bilmirlər. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçı birgə nikahdan olan övladları X2 xəstəliyini səbəb gətirərək neçə illərdi cavabdehdən aldığı əlavə 100 manatın konkret hara xərcləndiyini göstərməmişdir. Övladının hansı xəstəlikdən əziyyət çəkdiyi konkret sual altındadır və cavabdehə bugünə qədər məlum deyil. Əks təqdirdə xəstəliklə bağlı sənədlər və arayışlar məhkəməyə iddia ərizəsinə qoşma olaraq təqdim edilərdi. İddiaçının özünün işləyib işləməməsi və əmək haqqı alıb almaması barədə iddia ərizəsində heç nə qeyd edilməyib. Halbuki cavadehdə olan məlumata görə iddiaçı işləyir və əmək haqqı alır. Bundan əlavə cavabdeh 2013-cü ilin oktyabr ayında nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il və xx.xx.2018-ci il təvəllüdlü övladları dünyaya gəlmişdir. Çox xoşbəxt bir ailə kimi birlikdə yaşamaqdadırlar, həmin 2 az yaşlı övladları cavabdehin himayəsindədir. Bundan əlavə cavabdeh Xaçmaz Rayonunda yaşayır və orada bağban vəzifəsində çalışır. Əmək haqqı 450 (dörd yüz əlli ) manatdır. Bunu sübut edəcək arayışlar məhkəməyə təqdim olunur. Bundan əlavə, cavabdeh bir valideyn olaraq övladının xəstəliyi ilə bağlı onun bütün müayinələrdən keçməsinin, onun hansı xəstəliyin daşıyıcısı olduğunu bilməyinin və nəhayət, onun müalicə alaraq hansısa xəstəlikdən azad olunmasının tərəfdarıdır və bunun üçün nə lazımsa onu da etməyə hazırdır. Yəni cavabdeh övladının yalnız özünün iştirakı ilə müayinədən keçməsini və müalicə olunmasını arzu edir. Amma təki bilsinki, xəstəliyin adı nədir və harada müalicə olunur. Bundan əlavə iddiaçı, cavabdehin nikahda olmasını və 2 az yaşlı övladlarının olmasınından xəbərdardır. Bunları bilə-bilə iddia ərizəsində bu barədə qeyd edilməmişdir. İddiaçının özünün də sitat gətirdiyi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələblərindən bir başa aydın olur ki, aliment miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artınla bilər, eyni zamanda valideynlər uşaqlarını saxlamağa borcludurlar, yəni hər iki valideyn, tək ata yox. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını və iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ seriyalı 843497 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh Miraəli oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan 19.xx.xx.2023-ci il tarixli MŞB/2-2849/2023 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki İddiaçı ilkin mediasiya prosesində iştirak etmiş, Cavabdeh Miraəli oğlu iştirak etməmişdir, İddiaçı mediasiyaya dair 50 manat xərci ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7692/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2012-ci ül təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment və xx.xx.2012-ci il təvəllüdlü X2 müalicəsinin davam etdiyi müddət ərzində əlavə xərclərə görə hər ay 100 manat məbləğində müalicə xərci İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci ül təvəllüdlü X3 gidrosefaliya sindromu, 2-ci dərəcəli raxidlik, allergik innağ və 2-ci dərəcəli anemiya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan AZ seriyalı 843497 saylı Nikah haqqında şəhadətnamənin və 323399 və 150849 nömrəli Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh Miraəli oğlu evli olmaqla yetkinlik yaşına çatmayan iki uşağı var. İş materiallarında olan iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh Miraəli oğlu bağban kimi işləməklə aylıq əmək haqqının məbləği 450 manatdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı müəllim kimi işləməklə 350,62 manat və 450,0 manat məbləğində əmək haqqı və 322,86 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2012-ci ül təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, məhkəmə qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci ül təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment və müalicəsinin davam etdiyi müddət ərzində əlavə xərclərə görə hər ay 100 manat məbləğində müalicə xərci İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir, İddiaçı müəllim işləyir və 800 manat, aldığı pensiya isə 322 manat təşkil edir, Cavabdeh Miraəli oğlu bağban vəzifəsində işləyir, aylıq əmək haqqı 450 manat təşkil edir, cavabdeh yeni nikaha daxil olmaqla həmin nikahdan yetkinlik yaşına çatmayan iki övladı var, cavabdeh alimentin artırılmasına etiraz edir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7692/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2012-ci ül təvəllüdlü X3 gidrosefaliya sindromu, 2-ci dərəcəli raxidlik, allergik innağ və 2-ci dərəcəli anemiya xəstəliyindən əziyyət çəkir. Bununla belə birgə nikahdan olan uşağın xəstəliyi ilə bağlı xərclərin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 100 manat məbləğdən daha çox miqdarda olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, uşağa görə cavabdehdən tutulmalı olan aliment miqdarı müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, uşağın saxlanmasına cəlb edilməli olan şəxsin qadın olması, 2023-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu, uzun müddət alimentlə bağlı mübahisənin olmaması (əvvəlki aliment məbləği 2017-ci ildə müəyyən olunmuşdur), uşağın xəstəliyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, yetkinlik yaşına çatana qədər uşağın saxlanması üçün əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin artırılaraq 220 manat miqdarında müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə, iddia tələbinin “xx.xx.2012-ci ül təvəllüdlü X2 xəstəliyi üçün nəzərdə tutulmuş məbləğin 100 manatdan 160 manata artırılması” hissəsinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır. Lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməli, müalicə üçün müəyyən olunmuş 100 manat məbləğ saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinəəsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci ül təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 46,4 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 2(011)-7692/2017 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7728/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7728/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver