Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7751/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: “X2 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 29634.19 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2000.63 manat borcun və ödənilmiş dövlət rüsumu 40 manat iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il ildə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında 283757 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 26455 (iyirmialtı min dörd yüz əlli beş) manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 20% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi“X2 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər Sizin tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 29634.19 manat məbləğində bоrc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 29634.19 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 2000.63 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 35 gün – 144.06 manat 2) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı – 113 gün – 449.40 manat 3) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı – 235 gün – 901.95 manat 4) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 22 gün – 84.13 manat 5) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 31 gün – 118.10 manat 6) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 34 gün – 129.05 manat 7) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 46 gün – 173.95 manat olmaqla ümumilikdə 516 gün olmaqla cəmi 2000.63 manat təşkil edir. Cavabdeh X1 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin e-2(011)-228/2024 saylı, 31.xx.xx.2024 tarixli qətnaməsinə əsasən 29455.79 manat cəmi borc məbləği, eləcə də 178.40 manat dövlət rüsumunun tərəfimdən iddiaçı "X2 Azərbaycan" QSC-yə ödənilməsinə qərar verilmişdir. Bununla bağlı Bakı şəhəri, Xətai rayonu icra şöbəsi tərəfindən 2025-ci ilin yanvar ayında yuxarıda qeyd etdiyim 29455.79 manat cəmi borcun, eləcə də 178.40 manat dövlət rüsumunun və 2074.39 manat icra ödənişinin, toplamda 31708.58 manatın hər ay əmək haqqımın 50%-ni keçməmək şərti ilə əmək haqqından tutularaq ödənilməsi üçün icra sənədi göndərilmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, halhazırda çalışdığım müəssisədə 450 manat aylıq əmək haqqı alıram. Yuxarıda qeyd edilən borcdan əlavə Access Bank QSC-yə olan 2298.25 manat cəmi borcum və 160.87 manat icra ödənişi üçün də Xətai rayonu icra şöbəsi tərəfindən işlədiyim müəssisəyə icra sənədi 2025-ci ilin yanvar ayında daxil olmuşdur. Hər iki borc üçün əmək haqqımın 50%-i DSMF və digər xərclər çıxıldıqdan sonra 203.88 manat hər ay tutularaq hər bir banka 101.94 manat olaraq ödənilir. 2025-ci ilin yanvar ayından bu günə qədər "X2 Azərbaycan" QSCyə 9 ay ərzində hər ay 101.94 manat, toplamda 917.46 manat ödəniş edilmişdir. "X2 Azərbaycan" QSC-yə bu günə olan kredit borcum 28538.33 manat təşkil edir. Bildirmək istərdim ki, Access Bank QSC-yə bu günə kredit borcum 1380.79 manat təşkil edir. Nəzərinizə çatdırmaq istərdim ki, həmin borc bitdikdən sonra "X2 Azərbaycan" QSC-yə hər ay 203.88 manat əmək haqqımdan tutularaq ödəniləcəkdir. Bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, mən bu bank kreditlərini zamanında sahibkarlıq fəaliyyəti göstərdiyim üçün istifadə etmişəm. Və sahibkarlıq fəaliyyətimdə çox böyük zərərlər edərək bütün maddi imkanlarımı itirmişəm. Və bu gün çalışdığım müəssisədə aldığım əmək haqqının zatən yarısını həmin bank kreditlərinə ödəyirəm. Və hal-hazırki maddi durumum bundan artıq ödəniş etməyə imkan vermir. Bütün bunları nəzərə alsaq əlavə borc yükünün mövcud borcun üzərinə əalvə edilməsi nə dərəcə də doğrudur. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-228/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsas borc 26455 manat, 2604,64 manat, cərimə borcu 396,15 manat olmaqla, cəmi 29455.79 manat məbləğində pul vəsaiti iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması və iddia təmin edildiyi üçün iddiaçı “X2 Azərbaycan”QSC tərəfindən ödənilmiş 178,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh (CİF – 357563) hesabdan çıxarışdan görünür ki, cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 35 gün – 144.06 manat 2) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı – 113 gün – 449.40 manat 3) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı – 235 gün – 901.95 manat 4) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 22 gün – 84.13 manat 5) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 31 gün – 118.10 manat 6) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 34 gün – 129.05 manat 7) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 46 gün – 173.95 manat olmaqla ümumilikdə 516 gün olmaqla cəmi 2000.63 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2025-ci ildə “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh Pretenziya məktubu göndərilməklə, ondan xx.xx.2022-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən, cəmi 2000.63 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 283757 nömrəli Kredit Müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə 2000.63 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********03 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən 29455.79 manat məbləğində pul vəsaitinin iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticə etibarı ilə dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsi icrasız qalmışdır, hazırda cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə 2000.63 manat məbləğində borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Mülki qanunvericilikdə pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanuvnericilikdə qeyd edilən tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulan pul məbləği cavabdeh tərəfindən qətnamə qəbul edildikdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək olan dövr ərzində iddiaçıya ödənilmədiyindən iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, cavabdehdən qaydada 2000.63 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (Kreditor) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 432.1-ci maddəsinə əsasən, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29634.19 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2000.63 manat məbləğində borc məbləği iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 29634.19 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 (iki min) manat 63 (altmış üç) qəpik borc və ödənilmiş dövlət rüsumu 40 (qırx) manat iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7751/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7751/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver