Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7766/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X3 (bundan sonra – Borc alan) arasında xx.xx.2021-ci il tarixdə BPM**********28 saylı X5 müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank Borcalana illik 24% olmaq şərtilə, 36 ay müddətinə 300 manat kredit xətti açmışdır.
2. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Borc alan arasında BPM**********76 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı Borc Alana 36 ay müddətinə, 19% dərəcəsi ilə, 5700 manat məbləğində kredit verilməyi, Borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri, o cümlədən müqavilədən irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 287,33 manat müəyyən edilmişdir.
3. Borc alan xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixində V-120/2023 saylı vərəsəlik işi açılmış və cavabdehə Borc alandan miras qalmış 647,97 manat pensiya məbləğinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli, BPM**********28 saylı X5 müqaviləsinə əsasən, 199,51 manat əsas, 29,77 manat faiz borcu olmaqla, cəmi 229,28 manat və xx.xx.2022-ci il tarixli, BPM**********76 nömrəli Kredit müqaviləsinə əsasən 5187,25 manat əsas borc olmaqla, cəmi 5187,25 manat, həmçinin ödənilmiş 74,17 manat dövlət rüsumunun və 0.80 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Borc alan arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 saylı X5 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********76 saylı Kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 5700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №334572 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1848 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh Sərdar qızı olduğu müəyyən edilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
13. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
16. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.
17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Borc Alan arasında xx.xx.2021-ci il tarixdə BPM**********28 saylı X5 müqaviləsi, xx.xx.2022-ci il tarixdə isə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 24 ay müddətinə, illik 19% ödəmək şərti ilə ona 5700 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdehə 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
24. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, Borc Alanın vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.
25. Məhkəmə həmçinin iddianın 74,17 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, BPM**********28 saylı X5 müqaviləsinə əsasən, 199,51 manat əsas və 29,77 manat faiz borcu olmaqla, cəmi 229,28 manat və xx.xx.2022-ci il tarixli, BPM**********76 nömrəli Kredit müqaviləsinə əsasən, 5187,25 manat əsas borc olmaqla, cəmi 5187,25 manat, həmçinin ödənilmiş 74,17 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqının Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı