Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-778/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaqdan istifadə qaydalarının müəyyən edilməsi, torpaq sahəsinin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaqdan istifadə qaydalarının müəyyən edilməsi, torpaq sahəsinin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 9.055 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş 4 ədəd fərdi yaşayış evlərindən ona məxsus olan konfiqurasiya şəklində “51C” nömrə ilə göstərilmiş evə aid olan torpaq sahəsinin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan mübahisəli torpaq sahəsi (29,40x30,80) 9.055 kv.metrdən ibarətdir. Torpaq sahəsinin hüquqi statusu Müdafiə Nazirliyinin istifadəsində olmaqla dövlət mülkiyyətinə aiddir. 20 ildən artıqdır ki, həmin torpaq faktiki olaraq yaşayış məntəqələrinin torpaqları kimi istifadə olunur. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Göstərilən ünvanda 29.40x30.80 ölçülərdə olan torpaq sahəsinin üzərində 4 ədəd fərdi yaşayış evi tikilmişdir. Evlərin hər birinin ünvanı İlqar Abbasov küçəsi 51 kimi Xətai rayonu 9 nömrəli MİS–də qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin kənarları üç tərəfdən daş hasarla bağlıdır, bir tərəfi isə ictimai yoldur. Yəni 4 ədəd ev həmin hasarın içindədir. Evlərin arasında hasar yoxdur və torpaq sahəsində üzərindəki evlərə görə bölgü aparılmamışdır. Hər bir evdə ayrı-ayrılıqda müstəqil ailə yaşayır. Ailələrin hamısı yaxın qohumlardır. Torpaq sahəsinin və evlərin yerləşmə konfiqurasiyası şəkil formasında tərtib edilərək, bu iddia ərizəsinə əlavə edilmişdir. Həmin şəkildə evlər 51, 51B, 51A və 51C nömrələri ilə nişanlanaraq göstərilmişdir. Dörd ədəd evdən yalnız birinin, “51” nömrəli evin dövlət reyestrindən qeydiyyat haqqında çıxarışı vardır. Digər 3 ədəd ev 1992-1993-cü illərdə inşa edilmiş özbaşına tikililərdir. “51” nömrəli ev 1975-ci ildə order əsasında mərhum X6 ailə üzvüləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətinə qeydə alınmışdır. Lakin faktiki olaraq həmin “51” nömrəli evdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayırlar. “51B” nömrəli evdə isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. “51B” nömrəli ev Cavabdeh3 tərəfindən 2011-ci ildə inşa edilmişdir. “51A” nömrəli evi Məmmədova Şəfiqə 1992-1993-cü illərdə inşa etdirmişdir. Həmin evdə Məmmədova Şəfiqə ilə birlikdə onun ailə üzvləri - X7 və X4 yaşayırlar. “51C” nömrəli evdə İddiaçı Etibar qızı iki azyaşlı övladı ilə birlikdə yaşayır. Bir neçə ildir ki, “51C” və “51A” nömrəli evlərdə yaşayanlar ilə “51” və “51B” nömrəli evlərdə yaşayanlar arasında evlərin altındakı torpaq sahəsindən istifadə ilə bağlı ciddi münaqişələr, dava-dalaş halları davam edir. Belə ki, “51” və “51B” nömrəli evlərdə yaşayanlar birləşərək, “51C” və “51A” nömrəli evlərdə yaşayanlara hücumlar, əxlaqsız və digər müxtəlif ləyaqətsiz hərəkətlər etmək üsulu ilə torpaq sahəsindən istifadəyə və evə giriş-çıxışa maneələr törədirlər. “51C” və “51A” nömrəli evlərdə yaşayanlar arasında problem yoxdur. Problemlər yalnız “51” və “51B” nömrələrdəki evlərdin sakinləri ilə “51C” və “51A” nömrədəki sakinlər arasındadır. Beləliklə, onlar evlərin altındakı ümumi sahəsi 9.055 kv.metr torpaq sahəsinin hər bir evə aid hissəsinin bölgüsü və istifadəsi barədə giriş-çıxış və gediş-gəliş yerləri barədə razılığa gələ bilmirlər. Qeyd olunan problemlərlə əlqədar yaranmış və uzun illərdir ki, ardı-arası kəsilməyən mübahisələrə son qoyulması məqsədi ilə yaşadıqları “51C” nömrəli evə münasibətdə torpaq sahəsi hissəsinin sərhədlərinin və evə giriş-çıxış yerinin məcburi qaydada müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, evlər arasında şərti sərhədlərin müəyyən edilməsi və hasarın çəkilməsi vacibdir. Ünvanda yaşayan 4 ailə arasında ciddi münaqişə vardır. Hasarın çəkilməsi münaqişənin həllində mühüm rol oynayacaqdır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bu məsələnin həlli rayon (ümumi) məhkəmədə mümkün deyil. İddiaçı daşınmaz əmlakla bağlı inzibati qaydada iddia qaldıra bilərdi. İstifadə qaydalarının müəyyən edilməsi paylı mülkiyyətdə mümkündür. Mübahisəli torpaq sahəsi isə dövlətin mülkiyyətindədir. Cavabdeh4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara və işdə iştirak etmiş şəxslər tərəfindən verilmiş izahatlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X22, X23, Cavabdeh2, İddiaçı, X12, Cavabdeh4, X7, Cavabdeh3, X13, X24, X27, Cavabdeh1 və X30 ünvan 4 ünvanında qeydiyyatdadırlar. (Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından əvvəl verilən arayış) -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiuyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında nömrəsiz mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 54,10 kv.metrdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı ünvan 6 ünvanında vətəndaş X11 tərəfindən mövcud 1 mərtəbəli fərdi yaşayış evi sökərək müvafiq icazə və razılaşma sənədləri olmadan 100 kv.metrə уaxın sahədə kürsulu fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 51 saylı yaşayış sahəsinin iddiaçı Cavabdeh3 adına qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X8, X3, X5, X2 və İddiaçı cavabdehlər Cavabdeh2, X17, Cavabdeh3, X18 və Cavabdeh4 qarşı – iddiaçı X8 həyat yoldaşı X3, övladları Əhmədova (Məmmədova) Kəmalə Etibar qızının, X2 və (Məmmədova) İddiaçı yaşadıqları, qeydiyyatda olduqları və yaşamaqlarına imkan verilməyən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi (keçmiş 4-cü Kolsevaya küçəsi) ev 51-ə köçürülməklərini, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsi bağlanılmasının Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, iş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 314 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən fin tipli yaşayış evi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır. İş materiallarında olan 035757 saylı xx.xx.1975-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, 4-cü Kolsevaya küçəsində yerləşən 51 saylı sahəsi 45 kv.metr olan 3 otaqlı mənzil X6 verilmişdir və mənzildə digər hüquq sahibləri X14, X20, X24, Cavabdeh3 və X9 müəyyən edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyata alınmamış, order əsasında iddiaçı X8 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X15 atası mərhum X6 məxsus olmuşdur. İddiaçı X20 və onun ailə üzvləri olan digər iddiaçılar X12, X19, X7 və İddiaçı mübahisəli mənzildə qeydiyyatda olsalar da, lakin 2013-cü ildən həmin mənzildən köçmüşlər. Həmçinin mübahisəli fərdi yaşayış evinin olduğu ünvanda daha üç fərdi yaşayış evi tikilmiş, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Hazırda isə mübahisəli mənzildə Cavabdeh2 oğlu ilə birlikdə yaşayır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7862/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2086/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7862/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12202/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1, X34, X3, X2, İddiaçı, X16, X10 və X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumat təqdim edilməsi haqqında məktubunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşəön mənzil (**********78- 05101-093001 reyestr nömrəli) Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında olan torpaq sahəsində 4 fərdi yaşayış evi tikilmişdir. Həmin yaşayış evlərindən ilkin tikilən və nömrəsiz mənzil Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin qeydə alınmanın əsası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı olmuşdur. Yenə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hazırkı iş üzrə İddiaçı da olmaqla, X1, X34, X3, X2, X16, X10 və X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının istifadə qaydalarının müəyyən edilməsini tələb etdiyi torpaq sahəsinə aid hər hansı əmlak hüququ olmadığından, həmçinin mübahisəli torpaq dövlətə aid olmaqla Müdafiə Nazirliyinin balansında olduğundan, iddia tələblərində göstərilmiş yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinə dair istifadə qaydasının müəyyən edilməsi, sahənin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi barədə tələblər təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən 9.055 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş 4 ədəd fərdi yaşayış evlərindən iddiaçıya məxsus olan “51C” nömrə ilə göstərilmiş evə aid olan torpaq sahəsinin sərhədlərinin və giriş-çıxış yerinin müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-778/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-778/2025
07.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver