Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7792/2025 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydada 4.166 manat sığorta ödənişi məbləğinin və 61,60 manat dövlət rüsumunun, cəmi 4.227,60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "Honda CRV" markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Skoda Super B" markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Hadisə nəticəsində dəymiş ümumi zərər 9.366 (doqquz min üç yüz altmış altı) manat təşkil etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4.166 (dörd min bir yüz altmış altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-dən iddiaçının ünvanına xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarın surəti daxil olmuş və sözügedən qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən "Honda CRV" markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5 000 (beş min) manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən "Honda CRV" markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4.166 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/1517 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək iddiaçıya ödənilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "Honda CRV" markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi edərək, "Skoda Super B" markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi zərər dəymişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "Honda CRV" markalı **-FK-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddələri ilə qərar qəbul edilərək cərimələnmişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsi üzrə “nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 66.900 manat həddində sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh 4.166 manat məbləğində sığorta ödənişi məbləğinin subroqasiya qaydasında "xxxx" ASC-yə 5 iş günü ərzində könüllü ödəmək təklif olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25-00482/05/CM-117/22/1 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə 4.166 manat məbləğində sığorta ödənişi ödənilməlidir.. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 2759 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi "xxxx" ASCnə ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 005190 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4.166 manat məbləğində sığorta ödənişi "xxxx" MMCyə ödənilmişdir. İş materiallarına "xxxx" ASC tərəfindən əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktından görünür ki, "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 9.366 manat təşkil edir. İş materiallarına "xxxx" ASC tərəfindən əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktından görünür ki, "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 9.366 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi "Honda CRV" markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMCyə məxsus "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh təqsiri müəyyən edilmiş, "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9.366 manat ziyan dəymişdir. Bu məbləğin 5.000 manat hissəsi Cavabdeh mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Azadolma tətbiq edilməklə "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ziyanın qalığı olan 4.166 manat sığorta ödənişi də "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. İddiaçı təşkilat subroyasiya qaydasında 4.166 manat sığorta ödənişini cavabdehdən tələb edir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus "Skoda Super B" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı iddiaçı təşkilat tərəfindən 4.166 manat sığorta ödənişinin icra olunduğu iş materialları ilə təsdiq tapdığından, iddia təmin edilərək həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 4.166 (dörd min yüz altmış altı) manat məbləğində pul məbləği və 61,60 (altmış bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7792/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7792/2025
09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver