Məhkəmə qərarları › İş №e-2(011)-78/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-78/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-78/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMMC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh - 537.513,32 manat məbləğində vurulmuş zərərin, 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, 830.02 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMMC-yə ödənilməsi və Cavabdeh üzərinə İddiaçı MMMC-yə məxsus bütün sənəd və əşyaların İddiaçı MMMC-yə təhvil verilməsi (təhvil-təslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək (tam 57 ay ərzində) İddiaçı MMMC-nin İdarə Heyətinin sədri (qanuni təmsilçisi) olmuşdur. Cavabdeh vəzifəsindən azad olunduqdan sonra iddiaçının yeni qanuni təmsilçisinə zəruri sənədləri təhvil verməmişdir. Buna görə də iddiaçı cavabdehin fəaliyyətini mövcud məlumat və sənədlər əsasında təftiş edərək aşağıdakı nəticələrə gəlmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən yaşayış binasının saxlanılması üçün iddiaçıya 950.649,45 manat vəsait ödənilməli idi. Cavabdehin təqdim etdiyi məlumatlara əsasən, sahə mülkiyyətçilərinin iddiaçıya 192.148,80 manat debitor borcu var. Deməli, 758.500,65 manat gəlir əldə olunmuşdur. Digər xidmətlərdən gəlir 58.484 manat təşkil edir. Cəmiyyətin bu cür gəliri ərazisində istifadə olunan boş sahənin icarəsindən, internet provayderləri və telekommunikasiya şirkətləri ilə müqavilə əsasında fəaliyyətinə görə formalaşır. Beləliklə, cavabdehin rəhbərliyi dövründə iddiaçının cəmi gəliri 816.984,65 manat təşkil etmişdir. Xidmət müqaviləsi ilə xidmət göstərən şəxslərə 5.155,14 mant ödənilib. "xxxx" ASC-yə enerjinin istifadəsinə görə 108.091,43 manat ödənilib. Lift təmiri üçün "xxxx" MMC-yə 20.300 manat ödənilib. “Azəriqaz” İB-yə 193.560 manat ödənilib. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh binanın keçmiş idarəçisi olan "xxxx" MMC-nin (əsas iştirakçısı və direktoru cavabdehin əri X7r) (VÖEN **********) “Azəriqaz” İB-nə 51.611,9 manat məbləğində borcunu əsassız olaraq iddiaçının borcu kimi tanımış, yəni onun xərclərinə aid etmişdir. Bu məbləğ heç bir halda xərclərə aid edilə bilməz. Buna görə də iddiaçıya aid real xərc 141.948,10 manat olmuşdur. Vergi, sosial sığorta haqqı və bank komissiyasına görə ümumi 3.941,26 manat ödənilib. Texniki baxış üçün "xxxx" MMC-yə 35,40 manat ödənilib. Beləliklə, cavabdehin rəhbərliyi dövründə iddiaçının cəmi xərci 279.471,33 manat təşkil etmişdir. Cəmi gəlir olan 816.984,65 manat və cəmi xərc olan 279.471,33 manat arasındakı fərq 537.513,32 manat təşkil edir. Cavabdeh işdən gedərkən sənədləri təhvil vermədiyi kimi həmin məbləği də iddiaçıya təhvil verməyib. Başqa sözlə, həmin məbləği mənimsəyib, İddiaçıya zərər vurub. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh - 425.669,74 məbləğində mənimsənilmiş vəsaitin, 87.438,02 manat məbləğində vurulmuş zərərin, 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, 830.02 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMMC-yə ödənilməsi və Cavabdeh üzərinə İddiaçı MMMC-yə məxsus bütün sənədlərin, bütün əşyaların və möhürün, yaşayış kompleksinə aid olan bütün texniki və digər sənədlərin, açarların İddiaçı MMMC-yə təhvil verilməsi (təhviltəslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMMC-də direktor vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı və digər sənədlər əsasında qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh olmuşdur. Təqdim edilmiş 18 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMMC tərəfindən xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasında "xxxx" MMC-yə liftlərin texniki xidməti üçün 32.000 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC sahə mülkiyyətçilərinin qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən X8 olmuşdur. İddiaçının qanuni nümayəndəsi X5 vəsatəti əsasında İddiaçı MMMC-nin 01 fevral 2018 - 30 sentyabr 2022-ci illər ərzində fəaliyyəti dövrü ərzində onun ümumi gəlirlərinin və xərclərinin (vergi, əmək haqqı, kommunal xidmətlər və s. nəzərə alınmaqla) nə qədər təşkil etdiyini müəyyən etmək məqsədilə iş üzrə audit cəlb edilməklə və auditor rəyi alınmaqla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün ekspertə təqdim edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məlumatından görünür ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 31 may 2024-cü il tarixli 1/29 SDO saylı sərəncamı ilə iş üzrə rəy verilməsi "xxxx" MMC-yə tapşırılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 sentyabr 2024-cü il tarixli mənfi auditor rəyindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə "xxxx" MMC-dən 335,09 manat, "xxxx" MMC-dən 5864,00 manat icarədən və Kommunal ödənişlərdən 751195.75 manat məbləğində pul daxil olmuşdur. Ümumilikdə 757394,84 manat məbləğində pul gəliri əldə edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə işçilərə verilmiş əmək haqqı cədvəllərinə əsasən 251640,00 manat, Azəriqaza ödənilən vəsait 177948,00 manat, ABB-dən əmək haqqına 5155,14 manat, "xxxx" MMC-yə liftlərin texniki xidmətinə görə 32000,00 manat, sığorta və sərəncamlara 3352,49 manat, ABB-dən transfer 15502,87 manat, bank xidmətləri 230.13 manat, muzdla işlə bağlı gəlir vergisi 358,64 manat, cari təmir və quraşdırılma işləri 61873,30 manat, fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlər 54824,25 manat, fiziki şəxslərə ödənilən vergilər 3735,97 manat, fiziki şəxslərə ödənilən DSMF 6787,19 manat, kommunal xidmətlərə 19600,00 manat, Azərişığa ödənilən pullar 123494,73 manat, mədaxil qəbzinin alınmasına 520,12 manat və digər xərclərin ödənişinə 800,79 manat, cəmi 757823,62 manat məbləğində daxil olmuş vəsaitdən pul xərclənilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə pul gəliri 757394,84 manat, xərclər 757823,62 manat, fərq 428,78 manat olmuşdur, yəni xərc 428,78 manat artıq olmuşdur. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunun tələblərinə qismən əməl edilmişdir (xx.xx.2004-cü il tarixli № 716 İİQ). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 №-li xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları" -na əməl edilməmişdir. Auditor yoxlamasına təqdim edilən ilk sənədlərdən görünür ki, sənədlərdə müsbət rekvizitləri özündə əks etdirilməmiş həmçinin, aparılmış auditor yoxlaması zamanı yuxarıda qeyd edilən faktlar, yəni Azərbaycan Respublikası X2 tələblərinə, "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları"-na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə "Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasına əməl edilmədiyindən mənfi auditor rəyi verilməsinə əsas verir. 23 sentyabr 2024-cü il tarixli hesab fakturadan görünür ki, auditor xidmət haqqı 6.500 manat təşkil etmişdir. İş materiallarında olan siyahıda cavabdeh Qliyeva Leyla tərəfindən iddiaçıya təhvil verilməmiş əşyalar olaraq Supermax split tipli kondisioner-model:ss920chg, Router TP-link Archer c50, Monitor LG flatron L1753S-BF, Kompyuter baza hissəsi, Pilləkən qəfəslərinin açarları -95 ədəd, Ofis masası-1 ədəd, Oturacaq – 1 ədəd, Printer HP-CB634A, Klaviatura-Genius modeli-0210, Ofis masası-1 ədəd, Oturacaq-1 ədəd, Soyuducu-İran istehsalı-RİL10F, Tefal electric chainik-REF:k1110d31, Divar saatı-Baoli, Elektrik qızdırıcısı -QuickS-Model Q-1033, Televizor altlığı-1 ədəd və Sənədlər - "xxxx"MMMC-nin Nizamnaməsi, "xxxx" MMMC-nin qeydiyyat şəhadətnaməsi, AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarış, "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" Bildiriş, "Azəriqaz” İB ilə "xxxx" MMMC ilə qazın alqı-satqısı haqqında AKT2/640 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMMC-yə məxsus 1 ədəd möhür cəmiyyətin keçmiş direktoru X9 tərəfindən yeni idarə heyətinin sədri X10 təhvil verilmişdir. İddiaçının vəkilinin vəsatəti əsasında İddiaçı MMMC tərəfindən tərtib edilmiş 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktındakı imzaların X11 və X3 tərəfindən icra edilibedilmədiyini müəyyən etmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 4/229 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktında "X11" yazısının qarşısındakı imza - X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktında "X3" yazısının qarşısındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə iddia tələbinin Cavabdeh - 425.669,74 məbləğində mənimsənilmiş vəsaitin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hesabına daxil olmalı olan məbləğin daha az olmasını və cavabdeh tərəfindən mənimsənildiyi bildirilsə də, iddiasının əsasını təşkil edən halları sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf dəfələrlə sənədlərin cavabdehdən tələb edilməsini xahiş etmiş, cavabdeh tərəf öz növbəsində əlində olan bütün sənədləri məhkəməyə təqdim etmişdir. Hazırkı iddia tələbinin həcminin hesablanması xüsusi bilik tələb edən sahə olduğundan məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarından göründüyü kimi mühasibatlıq ekspertizasının keçirilməsi mümkün olmamış, alınmış audit rəyi ilə isə xərclərin gəlirləri 428.78 manat üstələdiyi müəyyən edilmişdir. Beləliklə, araşdırılmış iş materialları ilə iddianın bu hissədə əsaslı olduğu qənaətinə gəlmək mümkün deyil. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymə halı müşahidə olunmur. Məhkəmə iddia tələbinin Cavabdeh 87.438,02 manat məbləğində vurulmuş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi halı müəyyən olunmamışdır. Bu səbəbdən iddia bu hissədə də təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən vəkillə müqavilə bağlanması və göstərilmiş xidmətlərə görə 2.500 manat vəsaitin ödənilməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh üzərinə İddiaçı MMMC-yə məxsus bütün sənədlərin, bütün əşyaların və möhürün, yaşayış kompleksinə aid olan bütün texniki və digər sənədlərin, açarların İddiaçı MMMC-yə təhvil verilməsi (təhvil-təslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh siyahı təqdim edərək ond aolan əşyaların mövcudluğunu etiraf etmişdir. Odur ki, məhkəmə iddia ərizəsində qeyd olunan tələbin qeyri-müəyyən olmaqla konkret olaraq hansı əşya və sənədlərin ona təhvil verilməli olmasının iddia tərəfindən əsaslandırılmamasına baxmayaraq cavabdehin iddianı qismən bu hissədə etiraf etməsinə əsaslanaraq cavabdehin təqdim etdiyi siyahı üzrə əşyaların ondan alınaraq iddiaçıya verilməsini qanuni hesab edir. Eyni zamanda məhkəmə MMMC-yə məxsus möhürün cavabdehdən alınmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan təhvil təslim aktı sübut olaraq qəbul olunmalı və möhürün cavabdehin əri tərəfindən həmin dövr üçün MMMC-nin rəhbəri olan X10 təhvil verilməsini nəzərə alaraq iddianın bu hissədə rədd edilməsi qənaətinə gəlir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMMC-yə məxsus əşyaların - Supermax split tipli kondisionermodel:ss920chg, Router TP-link Archer c50, Monitor LG flatron L1753S-BF, Kompyuter baza hissəsi, Pilləkən qəfəslərinin açarları -95 ədəd, Ofis masası-1 ədəd, Oturacaq – 1 ədəd, Printer HP-CB634A, Klaviatura-Genius modeli-0210, Ofis masası-1 ədəd, Oturacaq- 1 ədəd, Soyuducu-İran istehsalı-RİL10F, Tefal electric chainik-REF:k1110d31, Divar saatı- Baoli, Elektrik qızdırıcısı -QuickS-Model Q-1033, Televizor altlığı-1 ədəd və sənədlərin - "xxxx" MMMC-nin Nizamnaməsi, "xxxx" MMMC-nin qeydiyyat şəhadətnaməsi, AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarış, "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" Bildiriş, “Azəriqaz” İB ilə "xxxx" MMMC arasında bağlanmış qazın alqı-satqısı haqqında AKT2/640 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin Cavabdeh alınaraq İddiaçı MMMCyə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 830.02 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda keçirilmiş auditor xidmətinin əvəzi olan 6.500 manat təşkil edir. Həmçinin, ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş xətşünaslıq ekspertizasının dəyəri 127 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 830.02 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda auditor yoxlamasının keçirilməsinə əsas olan iddia tələbinin hissəsi rədd edildiyindən, keçirilmiş auditor xidmətinin əvəzi olan 6.500 manat pul vəsaiti İddiaçı MMMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməli, keçirilmiş xətşünaslıq ekspertizasının xərci olan olan 127 manatın 63.50 manatı İddiaçı MMMC-dən, qalan 63.50 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMMC-yə məxsus əşyaların - Supermax split tipli kondisionermodel:ss920chg, Router TP-link Archer c50, Monitor LG flatron L1753S-BF, Kompyuter baza hissəsi, Pilləkən qəfəslərinin açarları -95 ədəd, Ofis masası-1 ədəd, Oturacaq – 1 ədəd, Printer HP-CB634A, Klaviatura-Genius modeli-0210, Ofis masası-1 ədəd, Oturacaq- 1 ədəd, Soyuducu-İran istehsalı-RİL10F, Tefal electric chainik-REF:k1110d31, Divar saatı- Baoli, Elektrik qızdırıcısı -QuickS-Model Q-1033, Televizor altlığı-1 ədəd və sənədlərin - "xxxx" MMMC-nin Nizamnaməsi, "xxxx" MMMC-nin qeydiyyat şəhadətnaməsi, AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarış, "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" Bildiriş, “Azəriqaz” İB ilə "xxxx" MMMC arasında bağlanmış qazın alqı-satqısı haqqında AKT2/640 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin Cavabdeh alınaraq İddiaçı MMMCyə təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 830.02 (səkkiz yüz otuz manat iki qəpik) manat dövlət rüsumu İddiaçı MMMC-nin özünə aid edilsin. Keçirilmiş auditor xidmətinin əvəzi olan 6.500 (altı min beş yüz) manat pul vəsaiti İddiaçı MMMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Keçirilmiş xətşünaslıq ekspertizasının xərci olan olan 127 (bir yüz iyirmi yeddi) manatın 63.50 (altmış üç manat əlli qəpik) manatı İddiaçı MMMC-dən, qalan 63.50 (altmış üç manat əlli qəpik) manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE**********00********) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar