Məhkəmə qərarları › İş №e-2(011)-7830/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7830/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7830/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı- xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********86284 İphone 11 markalı telefon üçün 1612.5 (bir min altı yüz on iki manat əlli qəp) manat ödənilməmiş hissə, 161.5 (yüz altmış bir manat əlli qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********39990 Samsung Galaxy A52 markalı telefon 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X1 3- 2 ədəd qulaqlıq üçün 45 (qırx beş) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 2010 manat borc, 40.10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları Cavabdeh, "xxxx" MMC ilə arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********86284 İPHONE 11 MARKALİ TELEFONİM, Eİ KODU **********39990 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON, Mİ REDMİ BUDS 3- 2 ƏDƏD QULAQLİQ almış və nəticədə 2010 (iki min on) manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2203.5 (iki min iki yüz üç manat əlli qəp) manat (15 ay x 146.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********86284 İPHONE 11 MARKALİ TELEFON üçün ümumilikdə,1774 (bir min yeddi yüz yetmiş dörd) manat olmaqla ondan, 1612.5 (bir min altı yüz on iki manat əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 161.5 (yüz altmış bir manat əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 855.1 (səkkiz yüz əlli beş manat on qəp) manat (15 ay x 56.4 manat + 9.1 manat ilkin ödəniş) İMEİ KODU **********39990 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün ümumilikdə, 187 (yüz səksən yeddi) manat olmaqla ondan, 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) Mİ REDMİ BUDS 3- 2 ədəd qulaqlıqüçün ümumilikdə, 49 (qırx doqquz) manat olmaqla ondan, 45 (qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1411.1 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40.10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 112.88 manat, xx.xx.2022-ci tarixli müqavilə üzrə 11.9 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.15 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 40.10 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********86284 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 1612.5 (bir min altı yüz on iki manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 112.8 (yüz on iki manat səksən qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********39990 Samsung Galaxy A52 Markalı Telefon 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 11.9 (on bir manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Mİ REDMİ BUDS 3- 2 ədəd qulaqlıq üçün 45 (qırx beş) manat ödənilməmiş hissə, 3.15 (üç manat on beş qəpik) manat cərimə, ümumilikdə 1955.35 (bir min doqquz yüz əlli beş manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 40.10 (qırx manat, on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar