Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7878/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçıMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən, Cavabdeh 128.99 manat dəyərində olan " BQ " markalı tozsoran almışdır. Müqavilə 12 ay müddətində, aylıq ödənişi müddəti 11.00 manat müəyyən olunmuşdur.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən, Cavabdeh 79.90 manat dəyərində olan "XM" markalı ütü almışdır. Müqavilə 18 ay müddətində, aylıq ödənişi müddəti 10.00 manat müəyyən olunmuşdur.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməli olan əsas borc 30.40 manat, cərimə borcu 4.5 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməli olan əsas borc 69.90 manat, cərimə borcu 104.00 manat, ümumilikdə iki müqavilə üzrə 100.3 manat əsas, 14.9 manat cərimə, cəmi 115.2 manat borcu vardır.
İddiaçının tələbi:
4. xx.xx.2022-ci il tarixli №011096793 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 30.4 manat əsas, 4.5 manat cərimə cəmi 34.9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 69.9 manat əsas 10.4 manat cərimə cəmi 80.3 manat borc ümumiliksə iki müqavilə üzrə 100.3 manat əsas, 14.9 manat cərimə, 115.2 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. Cavabdeh tərəfindən İddiaçı MMC-yə verilmiş kreditin alınması üçün ərizə-anket.
7. xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satmağı, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcu satıcıya ödəməyi öhdəsinə götürür.
8. 7 may 2022-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə Əlavə №1-ə əsasən, Satıcı XM İron Tefal markalı məhsulu alıcıya müəyyən müddətə nisyə satır. Müqavilə üzrə borc 179,99 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 10 manatdır.
9. İddiaçı MMC tərəfindən verilmiş 7 may 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, kreditin aylıq ödənişi 10 manat təşkil edir.
10. xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satmağı, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcu satıcıya ödəməyi öhdəsinə götürür.
11. 15 may 2022-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə Əlavə №1-ə əsasən, Satıcı BR tozsoran markalı məhsulu alıcıya müəyyən müddətə nisyə satır. Müqavilə üzrə borc 129,99 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 11 manatdır.
12. İddiaçı MMC tərəfindən verilmiş 7 may 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, kreditin aylıq ödənişi 11 manat təşkil edir. 13 . İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən, xx.xx.2022-ci tarixli müqavilə üzrə əsas bocun qalığı 69.9 manat, gecikmiş 343 günə görə hesablanmış 104 manat cərimə məbləği, ümumilikdə cavabdehin İddiaçı MMC-yə olan cəmi borc 173.9 manat məbləğindədir.
14. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən, xx.xx.2022-ci tarixli müqavilə üzrə əsas bocun qalığı 30.4 manat, gecikmiş 335 günə görə hesablanmış 45 manat cərimə məbləği, ümumilikdə cavabdehin İddiaçı MMC-yə olan cəmi borc 75.40 manat məbləğindədir.
15. İddiaçı MMC tərəfindən verilmiş Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 30.4 manat əsas borcu, gecikdirilmiş günlərə görə hesablanmış 45 manat cərimə borcu, müqavilə üzrə cəmi 75.4, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 69.9 manat əsas borcu, gecikdirilmiş günlərə görə hesablanmış 104 manat cərimə borcu, müqavilə üzrə cəmi 173.9 manat, hər iki müqavilə üzrə cəmi 249.3 manat borcun ödəməsi tələb edilmiş, əks halda qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
19. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
20. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli №011096793 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 30.4 manat əsas, 4.5 manat cərimə, cəmi 34.9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 69.9 manat əsas 10.4 manat cərimə, cəmi 80.3 manat borc, ümumilikdə iki müqavilə üzrə 115.2 manat pul məbləği İddiaçıMMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli №011096793 saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 30.4 manat əsas hissə, 4.5 manat cərimə, olmaqla, cəmi 34.9 manat borc, xx.xx.2022-ci il tarixli №011090790 saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 69.9 manat əsas hissə, 10.4 manat cərimə olmaqla, cəmi 80.3 manat borc, ümumilikdə iki müqavilə üzrə 115.2 (yüz on beş manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova