Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-794/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********93 nömrəli 08 aprel 2021ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 1.787,29 manat əsas, 436.10 manat faiz borcu olmaqla, cəmi 2.223,39 manat məbləğində, müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 500 manat əsas, 157.61 manat faiz borcu olmaqla, cəmi 657.61 manat məbləğində kredit borclarının və ödənilmiş 48.81 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında BPM**********93 nömrəli 08 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən şərtlər annuitet ödəniş qrafikində müəyyən olunmaqla, cavabdehə 24 ay müddətinə illik 18 faiz olmaqla 2000 manat məbləğində kredit verilmiş və vəsait cavabdeh tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Eyni zamanda müqavilənin 4.1.1.2-ci bəndinə əsasən şərtlər Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olunmaqla, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə hər iki kredit borcunun qaytarılması barədə bildirişlər göndərilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında BPM**********93 nömrəli 08 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən şərtlər annuitet ödəniş qrafikində müəyyən olunmaqla, cavabdehə 24 ay müddətinə illik 18 faiz olmaqla 2000 manat məbləğində kredit verilmiş və vəsait cavabdeh tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Eyni zamanda müqavilənin 4.1.1.2-ci bəndinə əsasən şərtlər Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olunmaqla, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə hər iki kredit borcunun qaytarılması barədə bildirişlər göndərilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış tam kart çərçivə müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tam kart çərçivə müqaviləsi əsasında cavabdehdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən BPM**********93 nömrəli 08 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 1.787,29 manat əsas, 436.10 manat faiz borcu olmaqla, cəmi 2.223,39 manat məbləğində, müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 500 manat əsas, 157.61 manat faiz borcu olmaqla, cəmi 657.61 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 48.81 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödəmişdir, iddia tələbi təmin olunduğundan cavabdehdən 48.81 manat məbləğində rüsum və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh BPM**********93 nömrəli 08 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 1.787,29 (bir min yeddi yüz səksən yeddi manat iyirmi doqquz qəpik) manat əsas, 436.10 (dörd yüz otuz altı manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 2.223,39 (iki min iki yüz iyirmi üç manat otuz doqquz qəpik) manat pul vəsaiti, müqavilənin 4.1.1.2-ci bəndinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 500 (beş yüz) manat əsas, 157.61 (bir yüz əlli yeddi manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 657.61 (altı yüz əlli yeddi manat altmış bir qəpik) manat pul vəsaiti və ödənilmiş 48.81 (qırx səkkiz manat səksən bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-794/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-794/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver