Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8038/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ üçün 294.04 (iki yüz doxsan dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, 29.96 (iyirmi doqquz manat doxsan altı qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********82000 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 273.25 (iki yüz yetmiş üç manat iyirmi beş qəp) manat ödənilməmiş hissə, 27.75 (iyirmi yeddi manat yetmiş qəp) manat cərimə, ümumilikdə 625 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ, İMEİ KODU**********82000 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 625 (altı yüz iyirmi beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 705.96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat (12 ay x 58.83 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ üçün ümumilikdə, 324 (üç yüz iyirmi dörd) manat olmaqla ondan, 294.04 (iki yüz doxsan dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 29.96 (iyirmi doqquz manat doxsan altı qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 655.8 (altı yüz əlli beş manat səksən qəp) manat (12 ay x 54.65 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********82000 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 301 (üç yüz bir) manat olmaqla ondan, 273.25 (iki yüz yetmiş üç manat iyirmi beş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27.75 (iyirmi yeddi manat yetmiş qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 794.47 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 03495820 saylı və xx.xx.2023-cü il tarixli 09632597 saylı müqavilələr bağlanmışdır, müqavilələrə əsasən "xxxx" müştəriyə İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ satmış, o isə həmin malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ adlı mallar Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Əlavədən görünür ki, Cavabdeh toplam məbləği 705,96 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 58,83 manat, ilkin ödəniş 0 manat olmaq şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli Əlavədən görünür ki, toplam məbləği 655,8 manat olan 12 ay müddətinə, aylıq ödənişi 54,65 manat, 0 manat ilkin ödəniş şərti ilə almışdır. Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 294,04 manat ödənilməmiş hissə, 29,96 manat cərimə olmaqla, ümumilikdə 324 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 273,25 manat ödənilməmiş hissə, 27,75 manat cərimə olmaqla, ümumilikdə 301 manat, cəmi 625 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC, Cavabdeh müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 30.00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında, İMEİ KODU **********18309 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE QULAQLİQ adlı məhsullar üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixdə alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya borcu xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 294,04 manat ödənilməmiş hissə, 29,96 manat cərimə olmaqla, ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 273,25 manat ödənilməmiş hissə, 27,75 manat cərimə olmaqla, ümumilikdə 301 (üç yüz bir) manat olmaqla, 625 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 294,04 manat ödənilməmiş hissə, 29,96 manat cərimə olmaqla, ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 273,25 manat ödənilməmiş hissə, 27,75 manat cərimə olmaqla, ümumilikdə 301 (üç yüz bir) manat olmaqla, 625 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 30,00 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 294,04 manat ödənilməmiş hissə, 29,96 manat cərimə olmaqla, cəmi 324 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 273,25 manat ödənilməmiş hissə, 27,75 manat cərimə olmaqla, cəmi 301 manat olmaqla, ümumilikdə 625 (altı yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8038/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8038/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver