Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-81/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı "Xətai-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "Həkəri” Firmasına qarşı binanın əsas giriş hissəsində maneələrin aradan qaldırılaraq əvvəlki vəziyyətinə və binanın zirzəmilərinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq sahə mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı Mənzin Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 40 (əvvəlki qaydalarla ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin xx.xx.2014-cü il və ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarlarına əsasən yaradılmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2015ci il tarixli, 111-MM2-0016 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A, 30 saylı binanın sifarişçisi Cavabdeh2 firması olmuşdur. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli “bəzi çox mənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi barədə” fərmanının icrası ilə bağlı binanın istismarına icazə verilmiş və bütün sənədləşmə işləri Cavabdeh2 firmasının adına rəsmişləşdirilmişdir. Sahə mülkiyyətçilərinin ümumi yığıncağında qarşılaşdıqları problemlərin həlli üçün müzakirə aparılmış və binanın əsas girişinin əvvəlki vəziyyət qaytarılması və zirzəmilərin Cavabdeh1 tərəfindən qanunsuz istfadəsinə son qoyulması barədə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanladıqları sorğu əsasında məlum olmuşdur ki, binanın prospektdən olan giriş hissəsi 476,70 kv.metr qeyri yaşayış sahəsi olmaqla xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin sorğularına cavab məktubunda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə tərtib edilmiş texniki pasportda yaşayış binasının giriş hissəsi tərəfində qapı nəzərdə tutulmamışdır. Binanın birinci mərtəbəsinə olan giriş hissəsi dəmir qapı yerində qalmaqla kərpiclə hörülmüş və ümumiyyətlə orda heç giriş qapısı olmamış kimi Cavabdeh1 tərəfindən bağlanılmışdır. Binanın sakinləri binanın arxa tərəfindən -1 qeyri yaşayışdan mənzillərinə daxil olur və binaya daxil omaq üçün nəzərdə tutulan pilləkən ümumiyyətlə təhlükəsizlik qaydalarına uyğun deyildir, sakinlər üçün ciddi maneə və təhlükədir. Qış aylarında yağan qar və yağış nəticəsində pilləkənlər buz bağlayır və istifadəyə yararsız olur. Bir halda ki yaşlıları və uşaqları nəzərə alsaq həmin pilləkəndən istifadə onlar üçün təhlükəlidir. Bundan başqa binanın zirzəmiləri də Cavabdeh1 tərəfindən özbaşına zəbt edilmişdir. Baxımsızlıq nəticəsində həmin zirzəmilərdə nəmişlik yaranmış və binanın əsas sütunları yararsız hala salınmışdır. Zirzəmilər sahə mülkiyyətçilərinin qanunvericilklə istifadəsində olmalıdır və belə olan halda Cavabdeh1 həmin zirzəmilərdən qanunsuz istifadəsinə son qoyulmalıdır.
İddiaçının tələbi:
2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın əsas giriş hissəsində maneələrin aradan qaldırılaraq əvvəlki vəziyyətinə və binanın zirzəmilərinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq sahə mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəblərdən məhkəmə baxış iclasında iştirak etməyinin mümkün olmadığını, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 ekspert rəyinə istinad edərək iddia tələbinin əsassız olduğunu bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Digər Cavabdeh2 Firmasına məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Nizamnaməsi.
8. Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən İddiaçı MMMC xx.xx.2015-ci il tarixı dövlət qeydiyyatına alınmışdır.
9. Azərbaycan Respublikasınınh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 40B) ünvanında yerləşən 476,70 m² qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə həmin qeyriyaşayış sahəsinə tərtib edilmiş texniki pasportda yaşayış binasının giriş hissəsi tərəfində qapı nəzərdə tutulmamışdır.
10. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan yaşayış binasının, "Bəzi çoxmənzilli binalarının istismarına icazə verilməsinin sadələşdirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-ci il tarixli 529 nömrəli Fərmanının icrası ilə bağlı istismarına icazə verilmişdir. Bütün sənədləşdirmə işləri "xxxx" firmasının adına rəsmiləşdirilmışdır. Qeyd edilən sənədləri "xxxx" firmasından əldə edə bilərlər. Eyni zamanda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən istismarda olan binaların lazımı texniki vəziyyətinin təmin edilməsi idarəedici qurumun vəzifələrinə aid edilmişdir.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2021-ci il tarixli, №2535 yanğın texniki müayinə aktı.
13. xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol.
14. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 273/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" firması arasında Bakı şəhəri İcra Hakimiyyəti başçısının 323 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə xx.xx.2005-ci il tarixli, 11705 saylı inşaat pasportu əsasında Xətai rayonu, Gəncə prospektindəki 2942-A saylı məhəllədə yerləşən 1100 kv.m torpaq sahəsinə dair bağlanmış 22 İyul 2005-ci il tarixli 0560 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X5 xx.xx.2012-ci il tarixli, №278 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-A saylı məhəllədə Cavabdeh2 firması tərəfindən inşa olunmuş 1 girişli 2 səviyyəli zirzəmili 18 mərtəbəli (liftin maşın bölməsi) yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.
16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2012-ci il tarixli, №13958 saylı rəyinə əsasən “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942-A saylı məhəllədə 1 girişli, 18 mərtəbəli yaşayış binası” üzrə işçi layihəsini qüvvədə olan tikinti norma və qaydala-ra, o cümlədən СНиП İİ-7-81*-in tələblərinə uyğun hesab edib razılaşdırmaq olar.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942-A (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 40B Cavabdeh1 xüsusi mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942-A Cavabdeh2 Firmasının xüsusi mülkiyyətindədir və xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
19. xx.xx.2003-cü il tarixli X1 Reyestrindən çıxarış.
20. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2-1112/2024 saylı məktubu.
21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-18-2/2-2555/2024 saylı məktubu.
22. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 10/2701 nömrəli məhkəmə tikinti texniki ekspertizasının rəyinə əsasən, 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın (əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti məhəllə 2942A ev 30) girişində yerləşən zirzəmilərin təyinatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışlara əsasən qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. 2-ci və 3-cü suallar üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın (əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti məhəllə 2942A ev 30) hazırki əsas girişinin həyətyanı sahədən olduğunu nəzərə alaraq, həmin girişin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Səhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. 4-cü sual üzrə: Bu sualın həlli "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, Rogoyulmus sual üzrə tədqiqat aparılmadı.
23. Foto şəkillər və sxemlər.
24. Mülki iş materiallarına əlavə edilmiş sənədlər.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək; 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək.
28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
31. Beləki, iddiaçının tələbi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın əsas giriş hissəsində maneələrin aradan qaldırılaraq əvvəlki vəziyyətinə və binanın zirzəmilərinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq sahə mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi ilə bağlıdır.
32. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı Mənzin Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 40 (əvvəlki qaydalarla ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin xx.xx.2014-cü il və ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarlarına əsasən yaradılmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2015-ci il tarixli, 111-MM2-0016 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A, 30 saylı binanın sifarişçisi Cavabdeh2 firması olmuşdur. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli “bəzi çox mənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi barədə” fərmanının icrası ilə bağlı binanın istismarına icazə verilmiş və bütün sənədləşmə işləri Cavabdeh2 firmasının adına rəsmişləşdirilmişdir. İddiaçı MMMC-nin Nizamnaməsindən görünür ki, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. (§7) İddiaçı MMMC müstəqil təsərrüfat subyekti olmaqla, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A, 30 saylı binanın sahə mülkiyyətçilərinin ümumi yığıcağının qərarına əsasən yaradılmışdır. Qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və mübahisəli bina iddiaçı MMMC-yə təhvil verilərkən MMMC-nin nizamnaməsindən və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bilməz. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın (əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti məhəllə 2942A ev 30) girişində yerləşən zirzəmilərin təyinatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışlara əsasən qeyri-yaşayış sahəsi, qaraj olduğu müəyyən edilmişdir. Qeyd edilən hal yerində baxış protokolu və ekspert rəyi (§22) ilə də öz təsdiqini tapır. Belə olan halda, zirzəmi ərazilərinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin cavabdehdə və cavabdeh MTK-dan tələb edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə iddia tələbini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın zirzəmilərinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq sahə mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılması hissəsində əsasız hesab edir.
33. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın əsas giriş hissəsində maneələrin aradan qaldırılaraq əvvəlki vəziyyətinə qaytarılmasını da tələb etmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 40 saylı binanın (əvvəlki qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti məhəllə 2942A ev 30) hazırki əsas girişinin həyətyanı sahədən olduğunu nəzərə alaraq, həmin girişin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. (§22) Məhkəmə araşdırması zamanı binanın girişinin layihəyə uyğun olduğu müəyyən edilmişdir.
34. Məhəkəm qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı. tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (§28)
35. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
36. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Həmçinin iddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutulmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı X2 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova