Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8154/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddiaya dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə hər birinin miras payı həcmində xx.xx.2025-ci il tarixinə Tam kart krediti ilə əlaqədar olaraq əsas borc üzrə 210.03 manat, faiz borcu üzrə 17.89 manat faiz borcu olmaqla, cəmi 227.92 manat borcu tutulması, xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 2261.38 manat əsas borcu tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 49.26 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən 2261.38 manat məbləğində nağd kreditin verilməsi ilə bağlı kreditin müddəti və ödənilməli olan illik faiz dərəcəsi ilə bağlı tərəflər arasında razılaşmanı əks etdirən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tələbi təsdiq edən sənədlər təqdim olunmadığına görə hazırkı ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə hər birinin miras payı həcmində xx.xx.2025-ci il tarixinə Tam kart krediti ilə əlaqədar olaraq əsas borc üzrə 210.03 manat, faiz borcu üzrə 17.89 manat faiz borcu olmaqla, cəmi 227.92 manat borcu tutulması, xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 2261.38 manat əsas borcu tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 49.26 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddiaya dair ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8154/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8154/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver