Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8158/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, İmei kod **********66589 XİAOMİ REDMİ NOTE 14, PAKET L xidməti üçün 499.04 (dörd yüz doxsan doqquz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 49.90 (qırx doqquz manat, 90 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 12204726 saylı fakturaya əsasən, İmei kod **********94603 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün 680.52 (altı yüz səksən manat 52 qəpik) manat ödənilməmiş hissə, 68.05 (altnış səkkiz manat, 5 qəpik) manat cərimə olmaqla ümumilikdə 1297.52 manat borc, 32.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025cü il tarixli 12204726 saylı fakturaya əsasən İmei kod **********66589 XİAOMİ REDMİ NOTE 14, PAKET L xidməti , İmei kod **********94603 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti almış və nəticədə 1297.52 (bir min iki yüz doxsan yeddi manat 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 599.04 (beş yüz doxsan doqquz manat, 4 qəpik) manat (12 ay x 49.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66589 XİAOMİ REDMİ NOTE 14, PAKET L xidmətüiçün ümumilikdə, 548.94 (beş yüz qırx skkiz manat, 94 qəpik) manat olmaqla ondan, 499.04(dörd yüz doxsan doqquz manat, 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.90 (qırx doqquz manat, 90 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 12204726 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 680.52 (altı yüz səksən manat 52 qəpik) manat (12 ay x 56.71 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94603 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmüəçtiün ümumilikdə, 748.57 (yeddi yüz qırx səkki zmanat, 57 qəpik) manat olmaqla ondan, 680.52 (altı yüz səksən manat 52 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 68.05 (altnış səkkiz manat, 5 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 12204726 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-cü il tarixli ******* saylı və xx.xx.2025-cü il tarixli ******* saylı alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, alıcı İmei kod **********66589 XİAOMİ REDMİ NOTE 14, PAKET L xidməti, İmei kod **********94603 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti əldə etmiş, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2025-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 499.04 manat, cərimə borcu üzrə 49.90 manat, xx.xx.2025-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 680.52 manat, cərimə borcu üzrə 68.05 manat, olmaqla, ümumilikdə 1297.52 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 20 manat, xx.xx.2025-cü il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 30 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 499.04 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 680.52 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, ümumilikdə 1229.56 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (1229.56 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.30 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 499.04 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 680.52 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla ümumilikdə 1229 (min iki yüz iyirmi doqquz) manat 56 (əlli altı) qəpik və 32 (otuz iki) manat 30 (otuz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8158/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8158/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver