Məhkəmə qərarları › İş №e-2(011)-8160/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8160/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8160/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 960 manat məbləğində pulun, ödənilmiş 30 manat olmaqla cəmi 990 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2023-cü ilin əvvələrində tanış olmuşdur. İddiaçı bildirir ki, cavabdeh internetdə elan vermişdiki İphone telefonlarının xarici dövlətlərdən gətirib Respublika ərazisində satışı ilə məşğuldur. Ona görə də iddiaçı 3 ədəd telefonun pulunu xx.xx.2023-cü il tarixdə 590 manat, xx.xx.2023-cü il tarixdə 330 manat və xx.xx.2023-cü il tarixdə isə 340 manat olmaqla cəmi 1260 manat onun 521367******0519 kart hesabına köçürmüşəm. Pulu Cavabdeh hesabına köçürdükdən sonra uzun müddət keçməsin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: baxmayaraq o, sifariş verdiyim telefonları gətirmədiyi üçün mən məcbur qalıb onun barəsində Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 21- ci polis bölməsinə rəsmi qaydada şikayət verdim. Biz hər ikimiz polis bölməsinə dəvət edildik və orada bizim izahatlarımız alındı. Bundan sonra Cavabdeh həmin pulun 300 manatını xx.xx.2023-cü il tarixdə “Leobank” kart ödəmə vasitəsiylə 409858****3143 saylı kartdan iddiaçının bank kartına göndərdi. Qalan 960 manat pulu isə bu günə kimi qaytarmadı. Hər dəfə də pulu istəyəndə müxtəlif bəhanələr gətirərək qaytaracağını desə də qaytarmadı. Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsində araşdırma aparılsa da ona heç bir cavab verilmədiyi üçün təkrar bölməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona müraciətinin mülki xarakterli mübahisə olduğu üçün, mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etməyi bildirildi. Ona görə də bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh “X2” hesabına 590 manat ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh “X2” hesabına 330 manat ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh “X2” hesabına 340 manat ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli bank çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 300 manat ödənilmişdir. İş materiallarında olan, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, şikayəti əsasında Cavabdeh (AZE ********, FİN xxxxxxx, xx.xx.1996) barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində 2023-cü ildə müvafiq araşdırma materialı olmuşdur, bu barədə hər ikisi bölməyə dəvət olunaraq, izahatları alınmışdır, araşdırma materialının nəticəsi barədə məlumat verilməsini və həmin materialın kserosurətlərini ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 21-ci PB-yə daxil olmuş müraciətə tərəflərindən baxılmış, müraciətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş CMS Elketron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş əlaqə məlumatlarından görünür ki, ***-***-**-** mobil nömrəsi Cavabdeh məxsusdur. İş materiallarında olan “whatsapp” tətbiqi çıxarışlarından görünür ki, iddiaçının cavabdehlə yazışdığı nömrə +994 50-880-90-27 nömrədir. İddiaçının cavabdehlə “whatsapp” yazışmasından cavabdehin yazılı mesajlarından görünür: -mən Kərimli X1 Qoşqar İlqar oğlundan 590 azn ilkin ödəniş aldım. Ona tam orginal Amerikadan İphone 14 pro 256GB deep Purple məhsulunu 10 gün ərizndə təqdim etməliyəm. Bu yazı tam sübut hesab edilsin. - xx.xx.2023-cu il tarixində sizdən götürəcəm duzdu? -bəli..... - mən Kərimli X1 Qoşqar İlqar oğlundan 330 azn ilkin ödəniş aldım. Ona tam orginal Amerikadan İphone 14 pro max 256GB deep Purple məhsulunu yaxın günlərdə təqdim etməliyəm. Bu yazı tam sübut hesab edilsin. - mən Kərimli X1 Qoşqar İlqar oğlundan 340 azn ilkin ödəniş aldım. Ona tam orginal Amerikadan İphone 14 pro 128GB deep Purple məhsulunu yaxın günlərdə təqdim etməliyəm. Bu yazı tam sübut hesab edilsin. - 14 pro max 256GB deep Purple , 14 pro 256GB deep Purple, 14 pro 128GB deep Purple, 4580 azn sənə qalan pulu verib malları götürəcəm 1-ci gün inşallah. - 590 azn, 330 azn,340 azn verdim sənə. - hə gəlib qardaş, bəli.Doğrudur..... - 590+340+330=1260 azn göndər geri kartıma. - qardaş nə səsinə qulaq asmışam nə də bu saniyə telefonu aça bilirəm rahatlandım qulaq da asacam pul dda onu da deyəcəm atsın göndərim sənə bir balaca səbrli ol - gözləyirəm pulumu atarsan sən sağ mən salamat, **********050321, azerturkdu ele.... - Qoşqar salam polislər gəlmişdi evə - salam şikayətim qüvvədədir. mən sənə demişdim axı 3-cu gündə deyəcəm polisə - sən biraz səbrli ola bilərsən polislər barədə də atam uje hay salıb tapıb düzəldib kimnən olsa deyir verək - saxlatdıra bilərsən polisləri? - mümkün deyil o dünən əməlli başlı dalaşdım onlarnan niyə bu işin ustunə düşməmisiz mən artıq heçnə saxlatdıran deyiləm hələ bu başlanğıcdır susdum susdum məndən bu qədər, pulumu ver mən şikayətimi lap bu gün götürürəm, amma pul kartıma oturandan sonra - şikayət nədi axtarış verib haqqımda polis atır içəri məni.... Yazışmada cavabdeh tərəfindən göndərilən ödəniş qəbzindən görünür cavabdeh tərəfindən iddiaçıya 300 manat geri qaytarılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, **********77 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərəkən tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı şifahi alqı-satqı müqaviləsi əsasında cavabdehin iddiaçıya razılaşdıqları malları təhvil vermədiyindən iddia tələbində göstərilən 960 manat məbləğində borcu yaranmışdır. Həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuş, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, borc məbləğinin ödənilməsi gecikdirməklə hər hansı bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasına dəvət edilsə də, məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının “whatsapp” tətbiqi vasitəsi ilə cavabdehlə yazışdığı +994 50-880-90-27 nömrə ilə bağlı qeyd edir ki, məhkəmə iclaslarının vaxtı barədə cavabdehə həmin nömrə vasitəsi ilə dəfələrlə məlumat verilmiş və həmin nömrənin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, 960 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 960 manat (doqquz yüz altmış) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar