Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8223/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1272/2016 saylı 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 26 yanvar 2007-ci il təvəllüdlü X2 (Yusifovnanın) və 22 may 2008-ci il təvəllüdlü X4 (Yusifoviçin) yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (Mammedrzaev Yusifdən) İddiaçı xeyrinə tutulan bir uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində bir uşağa görə 220 manat olmaqla, iki uşaq üçün 440 manat məbləğində müəyyən edilməsi, eləcə də iddiaçının ödədiyi mediasiya xərcinin əvəzi olaraq 55 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh vətəndaş nikahı ailə həyatı qurmuşlar, lakin cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olmaqdan imtina etmişdir. İddiaçı və cavabdehin birgə vətəndaş nikahından uşaqları 26 yanvar 2007-ci il tarixdə X7 və 22 may 2008-ci il tarixdə X9 anadan olmuşdur. Daha sonra iddiaçı və cavabdeh ayrılmışlar, uşaqlar iddiaçının yanında qalmışlar. 27 aprel 2007-ci il tarixli atalığın müəyyən olunması haqqında şəhadətnaməyə əsasən X3 və 31 iyul 2008-ci il tarixli atalığın müəyyən olunması haqqında şəhadətnaməyə əsasən X5 atasının Cavabdeh olduğu müəyyən olunmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-684/11 saylı, 26 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 2011-ci il avqustun 24-dən başlayaraq - 2007-ci il yanvarın 26-da doğulmuş qızı Zeynəbin və 2008-ci il mayın 28-də doğulmuş oğlu Hüseynin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Sonuncu dəfə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1272/2016 saylı, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli 2(041)-1022/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 26 yanvar 2007-ci il təvəllüdlü X2 və 22 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan bir uşaq üçün müəyyən edilmiş 70 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində bir uşağa görə 100 manat olmaqla, iki uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüyür, onların xərcləri artıb, iddiaçı onların aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Buna görə də onların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa görə 220 manat olmaqla, iki uşaq üçün 440 manat manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. İddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif edilmiş, daha sonra mediasiya üçün Bakı 18 saylı mediasiya təşkilatına müraciət edilmiş, Bakı 18 saylı mediasiya təşkilatı cavabdeh tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış vermiş, iddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 26 yanvar 2007-ci il təvəllüdlü X6 (Yusifovna) və 22 may 2008-ci il təvəllüdlü X8 (Yusifoviç) anadan olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh 26 yanvar 2007-ci il təvəllüdlü X2 (Yusifovnanın) və 22 may 2008-ci il təvəllüdlü X4 (Yusifoviçin) atasıdır. İş materiallarında görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli 2(041)-684/2011 saylı qətnaməsi ilə 26 yanvar 2007-ci il təvəllüdlü X2 və 22 may 2008-ci il təvəllüdlü X1 üçün 24 avqust 2011-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğdə alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(041)-1272/2016 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılmış və hər ay sabit pul məbləğində bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(041)- 1272/2016 saylı qətnaməsi əsasında 26 yanvar 2007-ci il təvəllüdlü X2 və 22 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya üçün ödənilmiş 55 manat pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 55 manat mediasiya xərci ödədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(041)-1272/2016 saylı qətnaməsi əsasında 26 yanvar 2007-ci il təvəllüdlü X2 və 22 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 yanvar 2007-ci il təvəllüdlü X2 və 22 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 55 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı, 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-8223/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8223/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver