Məhkəmə qərarları › İş №e-2(011)-8235/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8235/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8235/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – iddiaçı "xxxx" ASC -nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 320642-CNS-44699 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 1373.04 manat məbləğində əsas borc, 42.73 manat məbləğində faiz borcu, 31 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə isə 1446.77 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34.47 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində texniki səhvlər olduğu üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən geri qatarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.9, 260, 263-264, 266-268-ci maddələrini, habelə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan dispozitivlik prinsipini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 34,47 (otuz dörd manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-8235/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı iddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-da qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar