Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8267/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya əsasən, İmei kod **********19706 XİAOMİ REDMİ NOTE 13, İmei kod **********27660 POCO M6 üçün, 611.06 (altı yüz on bir manat 6 qəpik) manat ödənilməmiş hissə, 61.11 (altmış bir manat 11 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********77927 SAMSUNG GALAXY S24 ULTRA, İmei kod R92XA08AZBF SAMSUNG GALAXY TAB A9+, SAMSUNG CHARGER+CABLE üçün, 2029.53 (iki min iyirmi doqquz manat, 53 qəpik) manat ödənilməmiş hissə, 202.95 (iki yüz iki manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09679779 saylı fakturaya əsasən, PALTARYUYAN LG üçün , 576.87 (beş yüz yetmiş altı manat, 87 qəpik) manat ödənilməmiş hissə, 57.69 (əlli yeddi manat, 69 qəpik) manat cərimə olmaqla ümumilikdə 3539.21 manat borc, 55.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya , xx.xx.2024 -cü il tarixli müqaviləyə, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09679779 saylı fakturaya əsasən, İmei kod **********19706 XİAOMİ REDMİ NOTE 13,. İmei kod **********27660 POCO M6, İmei kod **********77927 SAMSUNG GALAXY S24 ULTRA, İmei kod R92XA08AZBF SAMSUNG GALAXY TAB A9+, SAMSUNG CHARGER+CABLE, PALTARYUYAN LG almış və nəticədə 3539.21 (üç min beş yüz otuz doqquzmanat 21 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 868.68 (səkkiz yüz altmış səkkiz manat, 68 qəpik) manat (18 ay x 48.26 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********19706 XİAOMİ REDMİ NOTE 13,. İmei kod **********27660 POCO M6 üçün ümumilikdə, 672.17 (altı yüz ytemiş iki m anat 17 qəpik) manat olmaqla ondan, 611.06 (altı yüz on bir manat 6 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.11 (altmış bir manat 11 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2810.16 (iki min səkkiz yüz on manat, 16 qəpik) manat (18 ay x 156.12 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********77927 SAMSUNG GALAXY S24 ULTRA, İmei kod R92XA08AZBF SAMSUNG GALAXY TAB A9+, SAMSUNG CHARGER+CABüLçEün ümumilikdə, 2232.48 (ikki min iki yüz otuz iki manat, 48 qəpik) olmaqla ondan, 2029.53 (iki min iyirmi doqquz manat, 53 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 202.95 (iki yüz iki manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 989.04 (doqquz yüz səksən doqquz manat 4 qəpik) manat (12 ay x 82.42 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN LG üçün ümumilikdə, 634.56 (altı yüz otuz dörd manat 56 qəpik) manat olmaqla ondan, 576.87 (beş yüz yetmiş altı manat, 87 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.69 (əlli yeddi manat, 69 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1450.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya , xx.xx.2024 -cü il tarixli müqaviləyə, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09679779 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arası.nda bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, alıcı İmei kod **********19706 XİAOMİ REDMİ NOTE 13,. İmei kod **********27660 POCO M6, İmei kod **********77927 SAMSUNG GALAXY S24 ULTRA, İmei kod R92XA08AZBF SAMSUNG GALAXY TAB A9+, SAMSUNG CHARGER+CABLE, PALTARYUYAN LG əldə etmiş, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı faktura üzrə əsas borc üzrə 611.06 manat, cərimə borcu üzrə 61.11 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 2029.53 manat, cərimə borcu üzrə 202.95 manat, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09679779 saylı faktura üzrə əsas borc üzrə 576.87 manat, cərimə borcu üzrə 57.69 manat olmaqla, ümumilikdə 3539.21 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı faktura üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 75 manat, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 09676868 saylı faktura üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 20 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (3337.46 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53,38 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2029.53 manat ödənilməmiş hissə, 75 manat cərimə, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09676868 saylı fakturaya əsasən 611.06 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli 534987 saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 09679779 saylı fakturaya əsasən 576.87 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 3337 (üç min üç yüz otuz yeddi) manat 46 (qırx altı) qəpik və 53 (əlli üç) manat 38 (otuz səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8267/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8267/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver