Məhkəmə qərarları › İş №e-2(011)-8275/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8275/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8275/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli, 17641803 saylı fakturaya əsasən, “Apple Aırpods 4” markalı qulaqlıq, “qızıl zəmanət ultra 2 il” xidməti üçün 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 38,30 (otuz səkkiz manat otuz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı fakturaya əsasən “Canyon” markalı oyun kreslosu, “Hyperx” markalı klaviatura üçün 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 44,5 (qırx dörd manat əlli qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024cü il tarixli, 05721996 saylı fakturaya əsasən, “X1” markalı proyektor, qızıl zəmanət ultra 2 il xidməti üçün 237,42 (iki yüz otuz yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 23,74 (iyirmi üç manat yetmiş dörd qəpik) manat cərimə; ümumilikdə 1.171,96 manat borc, 31,72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı faktura, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli, ********* saylı faktura, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 05721996 saylı fakturaya əsasən “Apple Aırpods 4” markalı qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti, “Wanbo” markalı proyektor, “Canyon” markalı oyun kreslosu, “Hyperx” markalı klaviatura, “X1” markalı proyektor, qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 1.171,96 (bir min yüz yetmiş bir manat doxsan altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı fakturaya əsasən alqı-satqı qiyməti 642,96 (altı yüz qırx iki manat doxsan altı qəpik) manat (12 ay x 53.58 manat + 0 manat ilkin ödəniş) olan “Apple Aırpods 4” markalı qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti, “Wanbo” markalı proyektor üçün ümumilikdə 421,30 (dörd yüz iyirmi bir manat otuz qəpik) manat olmaqla ondan, 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38,30 (otuz səkkiz manat otuz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (12 ay x 49.5 manat + 0 manat ilkin ödəniş) olan “Canyon” markalı oyun kreslosu, “Hyperx” markalı klaviatura üçün ümumilikdə, 489,5 (dörd yüz səksən doqquz manat əlli qəpik) manat olmaqla ondan, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 44,5 (qırx dörd manat əlli qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 05721996 saylı fakturaya əsasən alqı-satqı qiyməti 259,92 (iki yüz əlli doqquz manat doxsan iki qəpik) manat (12 ay x 21,66 manat + 0 manat ilkin ödəniş) olan “X1” markalı proyektor, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 261,16 (iki yüz altmış bir manat on altı qəpik) manat olmaqla ondan, 237,42 (iki yüz otuz yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23,74 (iyirmi üç manat yetmiş dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı fakturaya əsasən xx.xx.2024-cü il tarixində “Wanbo” markalı proyektordan imtina etmiş və məhsul 219,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı faktura üzrə cəmi ödədiyi məbləğ 40 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 219,96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 171,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçının arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli , 17641803 saylı faktura, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı faktura, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 05721996 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu iddiaçı rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilənin 1.2-ci maddəsinə əsasən “Müştəri” bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq 'Mal' adlanacaq) “ABC”yə sifariş verir, “ABC” həmin “Mal”ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, “Müştəri” isə həmin “Mal”ın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin Müqavilənin 2.2-ci maddəsinə görə “Müştəri” qəbul və bəyan edir ki, 0(077)337-20-20 mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər) dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Həmin Müqavilənin 5.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini tam yerinə yetirənə qədər “Mal” ABC-nin mülkiyyəti hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal” mülkiyyət hüququ “Müştəri”yə keçir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2-%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2024-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Apple Aırpods 4” markalı qulaqlıq, qızıl zəmanət ultra 2 il xidməti, “Wanbo” markalı proyektor xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli , ********* saylı müqavilənin xx.xx.2024-cü il tarixli Əlavəsinə əsasən hər ay 53,58 manat olmaqla 12 ay müddətində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Canyon” markalı oyun kreslosu, “Hyperx” markalı klaviatura xx.xx.2024-cü il tarixli , ********* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli , ********* saylı müqavilənin xx.xx.2024-cü il tarixli Əlavəsinə əsasən hər ay 49,5 manat olmaqla 12 ay müddətində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki “X1” markalı proyektor, qızıl zəmanət ultra 2 il xidməti xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən hər ay 21,66 manat olmaqla 12 ay müddətində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli, 17641803 saylı faktura üzrə 383 manat əsas borca ödənilməmiş hissə, 38,3 manat cərimə olmaqla, ümumilikdə 421,3 manat; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı faktura üzrə 445 manat əsas borca ödənilməmiş hissə, 44,5 manat cərimə olmaqla, ümumilikdə 489,5 manat borcu var; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli, 05721996 saylı faktura üzrə 237,42 manat əsas borca ödənilməmiş hissə, 23,74 manat cərimə olmaqla, ümumilikdə 261,16 manat olmaqla ümumilikdə, hər müqavilə üzrə 1.171,96 manat borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı faktura üzrə cərimənin 38,3 manat məbləğində deyil,19,15 manat məbləğində, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı faktura üzrə cərimənin 44,5 manat məbləğində deyil, 22,25 manat məbləğində, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 05721996 saylı faktura üzrə cərimənin 23,74 manat məbləğində deyil, 11,9 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 31,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 17641803 saylı faktura üzrə 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 19,15 (on doqquz manat on beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 402,15 (dörd yüz iki manat on beş qəpik) manat; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, ********* saylı faktura üzrə 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 22,25 (iyirmi iki manat iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 467,25 (dörd yüz altnış yeddi manat iyirmi beş qəpik) manat borc məbləği; xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli, 05721996 saylı faktura üzrə 237,42 (iki yüz otuz yeddi manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 11,9 (bir on bir manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə 249,32 (iki yüz qırx doqquz manat otuz iki qəpik) manat borc məbləği; cəmi 1.118,72 (bir min yüz on səkkiz manat yetmiş iki qəpik) borc məbləği və 31,72 (otuz bir manat yetmiş iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar