Məhkəmə qərarları › İş №e-2(011)-828/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-828/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-828/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işləri aparılarkən həmin ərazidən keçən "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə aid olan rabitə quгğuları aparılan tikinti işləri (Traktor vasitəsilə-** BC ***) nəticəsində zədələnərək yararsız hala salınmışdır. Telekommunikasiya vasitə və qurğularına ziyan vurma faktı üzrə müvafiq akt tərtib edilmiş, daha sonra isə faktiki itkilər də nəzərə alınmaqla, vurulmuş ziyana görə vasitə və qurğularının bərpası üzrə smeta tərtib edilmişdir. Tərtib edilmiş smetaya əsasən Cəmiyyətə 830.80 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlərə rabitə xətlərinin mühafizə zonasında qazıntı işlərinin aparılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi barədə həm şifahi həm də rəsmi qaydada xəbərdarlıq edilsə də, bu günə qədər maddi ziyanın könüllü şəkildə ödənilməsi onlar tərəfindən təmin edilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 830.80 manat dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 860,80 manat məbləğində pulun müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi X4 Telefon Qovşağının rəisinə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli 1342 №-li məktubun surətindən görünür ki, Xətai rayonu, Zığ yolu 39 saylı binanın yaxınlığında xüsusi mülkiyyətdə olan torpaq sahəsində mülkiyyətçilər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən tikinti işləri həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən sahəsi 0.06 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən sahəsi 0.06 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən sahəsi 0.06 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 0008 №-li smetanın surətindən görünür ki, Günəşli qəsəbəsi, “Zığ yolu 39” yaşayış massivinin bərpasına sərf olunan xərclərin smetası ümumilikdə 830,80 manat təşkil etmişdir. İş materiallarında olan X1 və X2 pozulması haqqında 29 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Zığ yolu 39 saylı binanın yanında ev tikintisi ilə əlaqədar qazıntı işləri aparılan zaman rabitə kabelləri və kabellər yararsız hala salınmışdır. İş materiallarında olan "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayonu, Zığ yolu 39 saylı binanın qarşısında hasarlanmış torpaq sahəsində tikinti məqsədi ilə ağır texnika ilə aparılan qazıntı işləri zamanı 3 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan rabitə kabelləri (hər birində 120 metr olmaqla TPP- 100x2, TPP-20x2) dağıdılaraq istifadə üçün yararsız hala salınmışdır. Həmin xətlər üzərindən xidmət göstərdiyi idarə-təşkilatlara, o cümlədən vətəndaşlara göstərilən rabitəinternet xidməti dayanmışdır. Hadisə nəticəsində 3 saylı Rabitə Xidmətləri Mərkəzinə maddi ziyan dəymişdir. Qeyd olunanların nəzərə alınaraq aparılan tikinti işlərinin saxlanılması və həmin sahədə aparılan tikinti işlərinin kimə və ya hansl təşkilata məxsus olmasına dair mövcud sənədlərin göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən Xətai rayn 36-cı Polis Bölməsinə ünvanlanmış 02 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayonu, Zığ yolu 39 ünvanında onlara məlum olmayan təşkilat və ya şəxs tərəfindn tikinti işləri ilə əlaqədar aparılan qazıntı işləri zamanı ağır texnika vasitəsi ilə 3 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan hər birindən 120 metr olmaqla TPP- 100x2 və TPP-20x2 kabelləri dağıdılaraq istifadə üçün yararsız hala salınmışdır.Təşkilat və ya fiziki şəxs olduğu barədə məlumat olmayan tikinti icraçıları bu gün dəymiş maddi ziyanı ödəməkdən yayınmaqla yanaşı kabellərin yerinin dəyişdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Dəymiş zərərin ödənilməsinə və tikinti ərazisində mövcud olan rabitə kabellərinin yerinin dəyişdirilməsinə dair tikinti icraçılarına qanunvericiliyin tələbləri ilə hərəkət etmələri üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi MMC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubların surətindən görünür ki, cavabdehlər aparılan tikinti işləri nəticəsində telekommunikasiya qurğularının yararsız hala salınması ilə bağlı Cəmiyyətə vurulmuş 830.80 manat məbləğində ziyanın ödənilməsinin 3 gün müddətində təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 14 dekabr 2005-ci il tarixli 225 nömrəli qərarının 4-cü bəndində Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan aşağıdakı işlərin görülməsi qadağandır: 4.1.1. tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması; 4.1.2. 0,3 metr dərinlikdə qazma işlərinin aparılması; 4.1.3. xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması; 4.1.4. geoloji axtarış, geodeziya, buruq qazma və digər kəşfiyyat işlərinin aparılması; 4.1.5. ağacların əkilməsi, tarla düşərgələrinin salınması, materialların, yem və gübrələrin saxlanılması, tonqal yandırılması, poliqon yaradılması, rabitə dayaqlarının (dirəklərinin) yanına və hava rabitə xətlərinin altına yanğın təhlükəsi törədə biləcək digər tullantıların yığılması; 4.1.6. avtonəqliyyat, traktor və texnika üçün keçid yollarının salınması, məftilli və kabel rabitə xətlərinin qırılması üçün təhlükə yaradan yük maşınlarının bu xətlərin altından keçirilməsi və qabaritli yüklərin daşınması; 4.1.7. rabitə vasitə və qurğuları yerləşən bina və körpülərin köçürülməsi, təmir olunması və kollektorların, metropoliten tunellərinin, avtomobil və dəmir yollarının əsaslı təmiri; 4.1.8. telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması; 4.1.9. hüquqi və fiziki şəxslərə məxsus elektrik xətlərinin, kabellərin rabitə dirəklərindən asılması və kabel-kanalizasiya qurğuları vasitəsilə çəkilməsi. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işləri aparılan zaman "xxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinə aid olan rabitə quгğuları zədələnərək, yararsız hala salınmışdır. Telekommunikasiya vasitə və qurğularına ziyan vurma faktı üzrə 29 sentyabr 2022-ci il tarixdə akt tərtib edilmişdir. Vurulan ziyana görə vasitə və qurğularının bərpasına dair smetaya əsasən iddiaçıya ümumilikdə 830.80 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə vurulmuş zərərin ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu günədək cavabdehlər zərərin əvəzini qarşılamamışdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 830,80 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 830,80 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar