Məhkəmə qərarları › İş №e-2(011)-8316/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8316/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8316/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********44767 olan “nokia 8000” markalı telefon üçün, 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu 34688/Q1ZS02631 olan “Xiaomi Pad 5” markalı planşet üçün 361,01 (üç yüz altmış bir manat bir qəpik) manat ödənilməmiş hissə, 36,99 (otuz altı manat doxsan doqquz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Toyota” markalı elektromobil üçün 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Apple Watch 7” markalı qol saatı üçün 966,34 (doqquz yüz altmış altı manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 96,66 (doxsan altı manat altmış altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “X1 13” markalı kompüter üçün 531,5 (beş yüz otuz bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 53,5 (əlli üç manat əlli qəpik) manat cərimə, ümumilikdə 2.633 (iki min altı yüz otuz üç) manat borc məbləği və 46,33 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, imei kodu **********44767 olan “nokia 8000” markalı telefon, (imei kod: 34688/Q1ZS02631) “Xiaomi Pad 5” markalı planşet, “Toyota” markalı elektromobil, “Apple Watch 7” markalı qol saatı, “X1 13” markalı kompüter almış və nəticədə 2.633 (iki min altı yüz otuz üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 306 (üç yüz altı) manat (18 ay x 17 manat + 0 manat ilkin ödəniş) olan (imei kod **********44767) “nokia 8000” markalı telefon üçün 149 (yüz qırx doqquz) manat olmaqla ondan, 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.024,02 (bir min iyirmi dörd manat iki qəpik) manat (18 ay x 56.89 manat + 0 manat ilkin ödəniş) olan (imei kod 34688/Q1ZS02631) “Xiaomi Pad 5” markalı planşet üçün 398 (üç yüz doxsan səkkiz) manat olmaqla ondan 361.01 (üç yüz altmış bir manat bir qəpik) manat ödənilməmiş hissə, 36.99 (otuz altı manat doxsan doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat (24 ay x 30.5 manat + 0 manat ilkin ödəniş) olan “Toyota” markalı elektromobil üçün 438 (dörd yüz otuz səkkiz) manat olmaqla ondan 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1.728 (bir min yeddi yüz iyirmi səkkiz) manat (18 ay x 96 manat + 0 manat ilkin ödəniş) olan “Apple Watch 7” markalı qol saatı üçün 1.063 (bir min altmış üç) manat olmaqla ondan 966,34 (doqquz yüz altmış altı manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 96,66 (doxsan altı manat altmış altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3.561 (üç min beş yüz altmış bir) manat (24 ay x 146 manat + 57 manat ilkin ödəniş) olan “X1 13” markalı kompüter üçün 585 (beş yüz səksən beş) manat olmaqla ondan 531.5 (beş yüz otuz bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 53,5 (əlli üç manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4.957,17 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03571269 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Apple Watch 7” markalı qol saatı həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Apple Watch 7” markalı qol saatı xx.xx.2022-ci il tarixli, 03571269 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 03571269 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 96 (doxsan altı) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02992222 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Toyota” markalı elektromobil həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Toyota” markalı elektromobil xx.xx.2022-ci il tarixli, 02992222 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02992222 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində hər ay 30,5 (otuz manat əlli qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Xiaomi Pad 5 6GB/128GB Grey” markalı planşet həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu 34688/Q1ZS02631 olan “Xiaomi Pad 5 6GB/128GB Grey” markalı planşet xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 56,89 (əlli altı manat səksən doqquz qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Nokia 8000 DS-White” markalı telefon həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu: **********44767, **********29767 olan “Nokia 8000 DS-White” markalı telefon markalı planşet xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 17 (on yeddi) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23011603 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “X1 13” markalı kompüter həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu: SC02F9H4YQ6L4 olan “X1 13” markalı kompüter xx.xx.2021-ci il tarixli, 23011603 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 23011603 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixlərində hər ay 146 (bir yüz qırx altı) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, ümumilikdə 149 (bir yüz qırx doqquz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 361,01 (üç yüz altmış bir manat bir qəpik) manat ödənilməmiş hissə, 36,99 (otuz altı manat doxsan doqquz qəpik) manat cərimə borcu, ümumilikdə 398 (üç yüz doxsan səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 966,34 (doqquz yüz altmış altı manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 96,66 (doxsan altı manat altmış altı qəpik) manat cərimə, ümumilikdə 1.063 (bir min altmış üç) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 531,5 (beş yüz otuz bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 53,5 (əlli üç manat əlli qəpik) manat cərimə, ümumilikdə 585 (beş yüz səksən beş) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 479.9.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 13 manat məbləğində deyil, 6,5 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 36,99 manat məbləğində deyil, 18,50 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 39 manat məbləğində deyil, 19,50 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 96,66 manat məbləğində deyil, 48,33 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimənin 53,5 manat məbləğində deyil, 26,75 manat, məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 46,33 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 6,5 (altı manat əlli qəpik) manat cərimə olmaqla, 142,5 (bir yüz qırx iki manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 361,01 (üç yüz altmış bir manat bir qəpik) manat ödənilməmiş hissə, 18,50 (on səkkiz manat əlli qəpik) manat cərimə olmaqla, 379,51 (üç yüz yetmiş doqquz manat əlli bir qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 19,50 (on doqquz manat əlli qəpik) manat cərimə olmaqla, 418,5 (dörd yüz on səkkiz manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 966,34 (doqquz yüz altmış altı manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 48,33 (doxsan səkkiz manat otuz üç qəpik) manat cərimə olmaqla, 1.014,67 (bir min on dörd manat altmış yeddi qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 531,5 (beş yüz otuz bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 26,75 (iyirmi altı manat yetmiş beş qəpik) manat cərimə olmaqla, 558,25 (beş yüz əlli səkkiz manat iyirmi beş qəpik) manat borc məbləği, cəmi qeyd olunan müqavilələr üzrə 2.513,43 (iki min beş yüz on üç manat qırx üç qəpik) borc məbləği və 46,33 (qırx altı manat otuz üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar