Məhkəmə qərarları › İş №e-2(011)-8331/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8331/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8331/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr, pul tələbi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 2820.79 AZN (iki min səkkiz yüz iyirmi manat 79 qəpik), faiz borcu 843.67 AZN (səkkiz yüz qırx üç manat 67 qəpik), cərimə borcu 423.12 AZN (dörd yüz iyirmi üç manat 12 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 61.28 AZN (altmış bir manat, 28 qəpik)dövlət rüsumunun əvəzi, ümumilikdə 4148.86 AZN (dörd min yüz qırx səkkiz manat 86 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti 4363,00 AZN (dörd min üç yüz altmış üç manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 848-ADT-0562-23 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024cü il tarixə əsas borcu 2820.79 AZN (iki min səkkiz yüz iyirmi manat 79 qəpik), faiz borcu 843.67 AZN (səkkiz yüz qırx üç manat 67 qəpik), cərimə borcu 423.12 AZN (dörd yüz iyirmi üç manat 12 qəpik) olmaqla ümumi borcu 4087.58 AZN (dörd min səksən yeddi manat 58 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 1648/24 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış 848-ADT-0562-23 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh BOKT "xxxx" MMC tərəfindən illik 35% olmaqla 12 ay müddətinə otaq qapıları 5 (beş) ədəd, seyf qapı 1 (bir) ədəd, laminat 1 (bir) almaq məqsədilə 4363,00 manat məbləğində istehlak krediti verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, borcalan ödəniş məbləğlərini borcverənin hər hansı əməkdaşına deyil, yalnız ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələri ilə vaxtında ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" QSC və Cavabdeh tərəfindən imzalanmış 848- ADT-0562-23 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, BOKT "xxxx" QSC tərəfindən Cavabdeh verilən kreditin məbləği 4363 manat, faiz dərəcəsi 35%, müddət 12 aydır, gecikdirilən ödəniş məbləğində hər gün 1% cərimə hesablandığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli N MA-0038382-24 saylı maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 848-ADT-0562-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 2820,79 manat, faiz borcu 843,67 manat, cərimə borcu 423,12 manat olmaqla, ümumi borcu 4087,58 manat təşkil edir. İş materiallarında olan 848-ADT-0562-23 saylı Krеdit Müqaviləsi üzrə Hesabdan çıxarışdan görünür ki, Cavabdeh müqavilə üzrə ödəniş məbləği 2317,00 manat, ödənilmiş kapital 1542,21 manat, ödənilmiş faiz 644,42 manat, ödənilmiş cərimə 130,37 manatdır. İş materiallarından görünür ki, BOKT "xxxx" QSC tərəfindən borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə, 1648/24 saylı “son xəbərdarlıq” məktubu göndərilməklə ondan xx.xx.2024-cü il tarixə yaranmış 4916,42 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 60,88 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Tovuzə Əlizadəyə illik 35% olmaqla 12 ay müddətinə 4363,00 manat məbləğində istehlak krediti verilməsinə dair 848-ADT-0562-23 saylı xx.xx.2023-cü tarixli müqavilə bağlanmışdır, müqaviləyə əsasən, borcalan müqavilə və ödəniş cədvəlinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür, iddiaçı öz vəzifələrini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə - müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, onun tərəfindən 2317 manat əsas borc üzrə, 644,42 manat faiz borcu üzrə ödəniş olunmuşdur, hazırda onun iddiaçıya 2820,79 manat, faiz borcu 843,67 manat, borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2023-cü il tarixli 848-ADT-0562-23 saylı müqavilə üzrə 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 848-ADT-0562-23 saylı mikrokredit müqaviləsi üzrə əsas borcuna görə 2820,79 manat, faiz borcuna görə 843,67 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 3764,46 manat alınaraq iddiaçı BOKT "xxxx" QSC -yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə iddia tələbinin təmin olunmuş hissəsi (3764,46 manat) nəzərə alınmaqla ödənilmiş 57,64 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 848-ADT-0562-23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2820,79 manat əsas borc, 843,67 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumi borcu 3764 (üç min yeddi yüz altmış dörd) manat 46 (qırx altı) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 57 (əlli yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar