Məhkəmə qərarları › İş №e-2(011)-837/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-837/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-837/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 1274.9 manat əsas, 382.4 manat cərimə, cəmi 1657.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 677 manat əsas, 203.1 manat cərimə, cəmi 880.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 429.5 manat əsas, 128.8 manat cərimə, cəmi 558.3 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 440 manat əsas, 132 manat cərimə, cəmi 572 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 363 manat əsas, 108.9 manat cərimə, cəmi 471.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 577.9 manat əsas, 173.3 manat cərimə, cəmi 751.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 979.7 manat əsas, 293.9 manat cərimə, cəmi 1273.6 manat ümumilikdə yeddi müqavilə üzrə 4742 manat əsas, 1422.4 manat cərimə, cəmi 6164.4 manat borcun və 81.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq «İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone” markalı mobil telefon, “Honor” markalı qulaqcıq, “İphone” markalı stiker, “Honor” markalı smart saat, “DVR” markalı kamera, “Micro” markalı mikrokart, “Mi” markalı xarici akumlyatora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 255 manat olmaqla cəmi 3059.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Gree” markalı kondisioner, “Tefal” markalı blender, ”Zimmer” markalı elektrikli çaydan, “Mi”makalı 2 ədəd kamera, ”Bosh” markalı mikser və aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 85 manat olmaqla cəmi 1527 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone” markalı mobil telefon, “Apple” markalı 2 ədəd xarici akumlyator, “Mi” markalı wi-fi ,“Hi-Fi” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 145 manat olmaqla cəmi 1734.5 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor” markalı elektron saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 528 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor” markalı elektron saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 440 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefon, ”Casio” markalı 2 ədəd smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 869.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefon, “İphone” markalı stiker,“Honor” markalı hard disk, “Drone” markalı oyuncaq, “Hi-Fi” markalı 2 ədəd qulaqcıq, ”Casio” markalı saata görə 18 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla cəmi 1969.9 manat ümumilikdə yeddi müqavilə üzrə 10129.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 255 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 85 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 145 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022ci il tarixində 44 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 37 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 73 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 110 manat ödəniş etmiş və yeddi müqavilə üzrə cəmi qalıq qalmış 4742 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu yeddi müqavilə üzrə 14224 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər yeddi müqavilə üzrə 14224 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 1422.4 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 1274.9 manat əsas, 382.4 manat cərimə, cəmi 1657.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 677 manat əsas, 203.1 manat cərimə, cəmi 880.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 429.5 manat əsas, 128.8 manat cərimə, cəmi 558.3 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 440 manat əsas, 132 manat cərimə, cəmi 572 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 363 manat əsas, 108.9 manat cərimə, cəmi 471.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 577.9 manat əsas, 173.3 manat cərimə, cəmi 751.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə, 979.7 manat əsas, 293.9 manat cərimə, cəmi 1273.6 manat, ümumilikdə, yeddi müqavilə üzrə 4742 manat əsas, 1422.4 manat cərimə, cəmi 6164.4 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə “İphone” markalı mobil telefon, “Honor” markalı qulaqcıq, “İphone” markalı stiker, “Honor” markalı smart saat, “DVR” markalı kamera, “Micro” markalı mikrokart, “Mi” markalı xarici akumlyator, xx.xx.2021-ci il tarixli, ********** nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Gree” markalı kondisioner, “Tefal” markalı blender, ”Zimmer” markalı elektrikli çaydan, “Mi”makalı 2 ədəd kamera, ”Bosh” markalı mikser və aksesuarlar, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “İphone” markalı mobil telefon, “Apple” markalı 2 ədəd xarici akumlyator, “Mi” markalı wi-fi ,“Hi-Fi” markalı qulaqcıq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı mobil telefon, ”Casio” markalı 2 ədəd smart saat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefon, “İphone” markalı stiker,“Honor” markalı hard disk, “Drone” markalı oyuncaq, “Hi-Fi” markalı 2 ədəd qulaqcıq, ”Casio” markalı saat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Honor” markalı elektron saat satmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçıMMC-yə xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1274,9 manat əsas,3824 manat cərimə, xx.xx.2021-ci il tarixli ********** nömrəli müqavilə üzrə 677 manat əsas, 2031 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* nömrəli 429,5 manat əsas, 1288 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 577,9 manat əsas, 1733 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 979,7 manat əsas, 2939 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 440 manat əsas, 1320 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 363 manat əsas, 1089 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh yeddi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1274,9 manat əsas, xx.xx.2021-ci il tarixli ********** nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 677 manat əsas, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 429,5 manat əsas, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 577,9 manat əsas, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 979,7 manat əsas, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 440 manat əsas, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilələr hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləği azaldılaraq, cavabdehdən yeddi müqavilə üzrə 474 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4742 manat əsas borc, 474 manat cərimə borcu olmaqla, ümumilikdə 5216 manat borc və 81,64 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar