Məhkəmə qərarları › İş №e-2(011)-8417/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8417/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8417/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG GALAXY A24 İMEİ KODU **********20377 markalı telefon, SAMSUNG GALAXY S23 FE İMEİ KODU **********87255 markalı telefon almış və nəticədə 2467 (iki min dörd yüz altmış yeddi) manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 669.36 (altı yüz altmış doqquz manat otuz altı qəpik) manat (12 ay x 55.78 manat + 0 manat ilkin ödəniş) SAMSUNG GALAXY A24 İMEİ KODU **********20377 markalı telefon üçün ümumilikdə, 617 (altı yüz on yedi) manat olmaqla ondan, 560.12 (beş yüz altmış manat on iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56.88 (əlli altı manat səskən səkkiz qəpik) manat cərimə;

3. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2021.94 (iki min iyirmi bir manat doxsan dörd qəp) manat (18 ay x 112.33 manat + 0 manat ilkin ödəniş) SAMSUNG GALAXY S23 FE İMEİ KODU **********87255 markalı telefon üçün ümumilikdə, 1850 (min səkkiz yüz əlli) manat olmaqla ondan, 1681.68 (min altı yüz səksən bir manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 168.32 (yüz altmış səkkiz manat otuz iki qəp) manat cərimə miqdarında borc yaranmışdır.

4. Cavabdehin cəmi ödədiyi məbləğ 449.5 manat təşkil edir.

İddiaçının tələbi:

5. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG GALAXY A24 İMEİ KODU **********20377 markalı telefo üçün 560.12 (beş yüz altmış manat on iki qəpik) manat ödənilməmiş hissə, 56.88 (əlli altı manat səskən səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG GALAXY S23 FE İMEİ KODU **********87255 markalı telefon üçün 1681.68 (min altı yüz səksən bir manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, 168.32 (yüz altmış səkkiz manat otuz iki qəp) manat cərimə olmaqla, ümumilikdə 2467 manat borc, 44.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:

7. xx.xx.2023-cü il tarixli 19601673 saylı müqavilə və ona əlavəyə əsasən SAMSUNG GALAXY A24 (İMEİ KODU **********20377) markalı telefon üçün cavabdeh 12 ay müddətinə hər ay 55,78 manat ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 19601673 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

9. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 19601673 nömrəli müqaviləyə əsasən SAMSUNG GALAXY A24 (İMEİ KODU **********20377) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir.

10. xx.xx.2023-cü il tarixli 02066758 saylı müqavilə və ona əlavəyə əsasən SAMSUNG GALAXY S23 FE (İMEİ KODU **********87255) markalı telefon üçün cavabdeh 18 ay müddətinə hər ay 112,33 manat ödəməyi öhdəsinə götürmüşdür.

11. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 02066758 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

12. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 02066758 nömrəli müqaviləyə əsasən SAMSUNG GALAXY S23 FE (İMEİ KODU **********87255) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir.

13. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 560,12 manat ödənilməmiş hissə, 56,88 manat cərimə cəmi, 617 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1681,68 manat ödənilməmiş hissə, 168,32 manat cərimə cəmi, 1850 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2467 manat borcu vardır.

14. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə icrasını gecikdirməsi məhkəməyə müraciət ediləcəyi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

19. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 560,12 manat ödənilməmiş hissə, 56,88 manat cərimə olmaqla, cəmi 617 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1681,68 manat ödənilməmiş hissə, 168,32 manat cərimə olmaqla, cəmi 1850 manat, hər iki müqavilə üzrə ümumilikdə 2467 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,67 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 560,12 manat ödənilməmiş hissə, 56,88 manat cərimə olmaqla, cəmi 617 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1681,68 manat ödənilməmiş hissə, 168,32 manat cərimə olmaqla, cəmi 1850 manat, hər iki müqavilə üzrə ümumilikdə 2467 (iki min dörd yüz altmış yeddi) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,67 (qırx dörd manat altmış yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova İş № 2(011)-8538/2024

BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU (Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə)

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və mülki iş materiallarını nəzərdən keçirərək 06 noyabr 2024-cü il tarixdə iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi.

Məhkəmə iclas protokolu Azərbaycan Respublikası MPM-nin 272.7.-272.8-ci maddələrinin tələblərinə əsasən 06 noyabr 2024-cü il tarixdə tərtib olunmuşdur.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar